Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Nəzarətsiz və təhlükəli rəqəmsal kontent uşaqların psixoloji durumuna ciddi təsir edir – ŞƏRH

By Vüsal Rafiqoğlu
03.03.2026 4 Min Read

QHT sədri: Prezident İlham Əliyevin imzaladığı “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncam rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş sistemli və çoxşaxəli fəaliyyətin başlanğıcıdır

Rəqəmsal transformasiya dərinləşdikcə cəmiyyət qarşısında yeni və daha mürəkkəb çağırışlar dayanır. İnternet artıq yalnız informasiya mənbəyi deyil, həm də sosiallaşma, təhsil, əyləncə və özünüifadə platformasıdır. Bu reallıqda ən həssas auditoriya isə uşaqlardır. Onlar texnologiyaya ən sürətli uyğunlaşan, lakin eyni zamanda, zərərli təsirlərə qarşı ən müdafiəsiz təbəqədir. Məhz buna görə Prezident İlham Əliyev tərəfindən “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamın imzalanması təkcə inzibati qərar deyil, rəqəmsal təhlükəsizlik siyasətində yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilir.

Sərəncamın əsas tələblərindən biri dövlət qurumları ilə yanaşı, elmi müəssisələrin və vətəndaş cəmiyyəti institutlarının da prosesə cəlb olunmasıdır. Bu, məsələyə yalnız inzibati nəzarət prizmasından deyil, kompleks və çoxşaxəli yanaşma kontekstində baxıldığını göstərir. Rəqəmsal təhlükəsizlik artıq təkcə texniki filtr və bloklama mexanizmi deyil, maarifləndirmə, monitorinq, ictimai nəzarət və hüquqi tənzimləmə elementlərinin vəhdətini tələb edən strateji istiqamətdir.

Belə bir şəraitdə ekspertlərin, ictimai fəalların və qeyri-hökumət təşkilatlarının mövqeyi xüsusi əhəmiyyət kəsb edir. Onların qiymətləndirmələri göstərir ki, qarşıdakı mərhələ yalnız hüquqi sənədlərin qəbulu ilə yekunlaşmamalı, real icra mexanizmləri, davamlı maarifləndirmə proqramları və çevik monitorinq sistemləri ilə müşayiət olunmalıdır. Çünki rəqəmsal mühitin dinamikası sürətlidir və ənənəvi yanaşmalarla effektiv nəticə əldə etmək mümkün deyil.

Bu kontekstdə “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadənin mövqeyi məsələnin ictimai baxış prizmasından şərh edilməsi baxımından diqqət çəkir. Onun fikirləri Prezident İlham Əliyevin sözügedən Sərəncamının mahiyyətini və vətəndaş cəmiyyətinin qarşıdakı mərhələdə üzərinə düşən missiyanı daha geniş çərçivədə təhlil etməyə imkan verir.

Prezidentin Sərəncamı vaxtında atılmış mühüm strateji addımdır

C. Hüseynzadə “İki sahil”ə açıqlamasında bildirdi ki, Prezident İlham Əliyevin “Uşaqların rəqəmsal mühitdə zərərli məzmun və təsirlərdən qorunması ilə bağlı tədbirlər haqqında” Sərəncamı uzun müddətdir vətəndaş cəmiyyəti institutları, ictimai fəallar və mütəxəssislər tərəfindən gündəmə gətirilən məsələlərin məntiqi nəticəsi kimi dəyərləndirilə bilər: “Son illər ərzində bu sahədə mövcud problemlər mütəmadi şəkildə ictimai müzakirələrə çıxarılır, debatlarda ön plana çəkilir, rəqəmsal mühitdə uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlar açıq şəkildə ifadə edilirdi.

Rəqəmsal imkanların genişlənməsi və uşaqların internet mühitindən daha sərbəst istifadə etməsi bir tərəfdən onların bilik və bacarıqlarının inkişafına xidmət edir, digər tərəfdən isə zərərli məzmun və təsirlərlə üz-üzə qalma riskini artırır. Beynəlxalq təcrübə göstərir ki, nəzarətsiz və təhlükəli rəqəmsal kontent uşaqların psixoloji durumuna ciddi təsir edir, bəzi hallarda onları özünəqəsd həddinə qədər aparır, təhsildən yayınma və sosial təcrid kimi mənfi nəticələrə səbəb olur. Bu baxımdan Prezidentin Sərəncamı vaxtında atılmış mühüm strateji addım olduğu aydın görünür.

Sərəncamda xüsusilə diqqət çəkən məqamlardan biri Nazirlər Kabinetinə müvafiq hüquqi aktların hazırlanması üçün üç ay müddətində təkliflərin hazırlanaraq cənab Prezidentə təqdim olunması ilə bağlı tapşırığın verilməsidir. Eyni zamanda, sənəddə aidiyyəti dövlət orqanları, elmi müəssisə və təşkilatlarla yanaşı, vətəndaş cəmiyyəti institutlarının da prosesə cəlb olunması ayrıca qeyd edilir. Bu, vətəndaş cəmiyyətinin rolunun normativ sənəd səviyyəsində təsbit olunması deməkdir və onların daha fəal iştirakına real zəmin yaradır”.

QHT sədri qeyd etdi ki, vətəndaş cəmiyyəti institutları bu sahədə artıq müəyyən təcrübəyə malikdir: “Lakin Sərəncamda onların iştirakının xüsusi bənd kimi göstərilməsi qarşıdakı mərhələdə daha sistemli, koordinasiyalı və davamlı fəaliyyət üçün imkanlar açır. Qəbul ediləcək qanunlar, qərarlar və digər normativ hüquqi aktlar yalnız inzibati və texniki tənzimləmə ilə məhdudlaşmamalıdır. Bu proses milli – mənəvi dəyərlərin qorunması, uşaqların psixoloji sağlamlığının müdafiəsi və informasiya təhlükəsizliyinin təmin olunması baxımından kompleks yanaşma tələb edir. Həmin kompleks yanaşmada vətəndaş cəmiyyəti mühüm istiqamətlərdən birini təşkil edir.

Maarifləndirmə bu sahədə əsas prioritetlərdən biridir. İstənilən cəmiyyətdə davamlı və effektiv nəticə əldə etmək üçün ictimai şüurun formalaşdırılması vacib şərtdir. Uşaqların rəqəmsal təhlükəsizliyi ilə bağlı ictimai nəzarətin gücləndirilməsi, zərərli kontentin aşkarlanaraq ictimailəşdirilməsi, valideynlərin və müəllimlərin rəqəmsal savadlılığının artırılması istiqamətində təşəbbüslər qeyri-hökumət təşkilatlarının fəaliyyətinin əsas istiqamətlərindən biri ola bilər. Profilaktik və maarifləndirici layihələrin genişləndirilməsi bu sahədə yeni mərhələnin başlanğıcı kimi çıxış edir”.

Elektron əsaslı, əlçatan və istifadəçi dostu mexanizmlərin tətbiqi vacibdir

C. Hüseynzadə vurğuladı ki, monitorinq mexanizmlərinin gücləndirilməsi də zəruridir: “Ümumi bəyanatlar və çağırışlar mühüm əhəmiyyət daşısa da, real vəziyyətin qiymətləndirilməsi üçün mütəmadi hesabatların hazırlanması vacibdir. Zərərli kontentlərlə bağlı ictimai hesabatların hazırlanması, riskli istiqamətlərin müəyyən edilməsi və statistik təhlillərin aparılması gələcək siyasətin formalaşdırılmasına ciddi töhfə verə bilər. Digər mühüm məsələ çevik və effektiv müraciət mexanizmlərinin yaradılmasıdır. Zərərli məzmun aşkarlandıqda operativ reaksiya verilməsi üçün dövlət qurumları ilə koordinasiyalı şəkildə onlayn şikayət və bildiriş platformalarının hazırlanması məqsədəuyğundur. Kağız daşıyıcılar üzərindən aparılan müraciət prosedurları uzun müddət tələb edir və rəqəmsal mühitin sürətinə uyğun gəlmir. Buna görə də elektron əsaslı, əlçatan və istifadəçi dostu mexanizmlərin tətbiqi vacibdir.

Məktəblərdə və regionlarda internet təhlükəsizliyi üzrə təlimlərin təşkili, valideynlər üçün rəqəmsal nəzarət alətləri ilə bağlı seminarların keçirilməsi də prioritet istiqamətlər sırasındadır. Beynəlxalq praktikada geniş tətbiq edilən rəqəmsal nəzarət vasitələrinin yerli reallıqlara uyğunlaşdırılması və hətta müvafiq qurumlar tərəfindən pulsuz tətbiqlərin hazırlanması valideynlər üçün ciddi dəstək ola bilər. Bu cür alətlər ailələrin övladlarının onlayn fəaliyyətinə nəzarət imkanlarını genişləndirir. QHT-lər sosial şəbəkələrdə qısa maarifləndirici videoçarxlar, infoqrafik materiallar və izahlı paylaşımlar hazırlamaqla ictimai məlumatlandırmaya töhfə verə bilər”.

QHT sədri diqqətə çatdırdı ki, Prezidentin sözügedən Sərəncamı yalnız hüquqi sənəd deyil, rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin olunmasına yönəlmiş sistemli və çoxşaxəli fəaliyyətin başlanğıcıdır. Bu prosesdə dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti institutlarının fəal iştirakı, maarifləndirmə, monitorinq və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi həlledici rol oynayacaq.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Araz Paşayev: Fevralda 980 nəfər ittifaq üzvü sanatoriya-kurort yollayışından istifadə edib

Next

“Həyat yoldaşım qadınlarla duet oxumağa icazə vermir”

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv