Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Milli kimliyin əsas sütunu: Azərbaycan dili və onun tarixi-mədəni missiyası

By Vüsal Rafiqoğlu
05.03.2026 3 Min Read

media-photo_5463144451887795364_m

  • Rəsul Mirhəşimli,
    araşdırmaçı jurnalist – publisist

Azərbaycan dili təkcə ünsiyyət vasitəsi deyil, xalqın tarixi yaddaşını, mənəvi dəyərlərini və dünyagörüşünü özündə yaşadan milli varlıq hadisəsidir. Millətin kimliyi, onun özünü dərk etməsi və gələcək nəsillərə ötürülən mədəni irs ilk növbədə dil vasitəsilə qorunur. Buna görə də dil məsələsi yalnız filoloji və ya mədəni məsələ deyil, dövlətçilik, təhlükəsizlik və milli davamlılıq məsələsidir. Xalq tarix boyu dövlətini itirə bilər, lakin dilini qoruyursa, yenidən dirçələ bilir. Əgər hansısa xalq dilini itirərsə, milli kimliyi də tədricən zəifləyir.

Azərbaycan dili əsrlər boyu xalqın formalaşma prosesinin əsas dayaqlarından biri olmuşdur. Oğuz türkcəsi əsasında inkişaf edən bu dil yalnız ünsiyyət vasitəsi kimi deyil, xalqın həyat fəlsəfəsini, qəhrəmanlıq düşüncəsini və mənəvi dünyasını ifadə edən mədəni kod kimi mövcud olmuşdur. Şifahi xalq ədəbiyyatı, dastanlar və aşıq yaradıcılığı dilin ilkin mədəni missiyasını yerinə yetirmiş, xalqın kollektiv yaddaşını qoruyaraq onu nəsildən-nəslə ötürmüşdür. Bu mənada Azərbaycan xalqı əvvəlcə siyasi sərhədlərlə deyil, məhz dil və mədəniyyət birliyi ilə xalq kimi formalaşmışdır.

XIX əsrdə maarifçilik hərəkatı başlayarkən Azərbaycan dili milli oyanışın ideoloji platformasına çevrildi. Ana dilində yazılan əsərlər və qəzetlər milli özünüdərki gücləndirdi, xalqın dünyagörüşünü dəyişdi və müasir millət anlayışının formalaşmasına xidmət etdi. Dil yalnız mədəniyyət daşıyıcısı olmaqdan çıxaraq ictimai inkişafın aparıcı qüvvəsinə çevrildi. Bu mərhələdə dil artıq xalqın kimliyini qoruyan vasitə deyil, onu yenidən yaradan vasitə idi.

Sovet dövründə Azərbaycan dili formal şəkildə mövcud olsa da, başqa dillərin dominantlığı şəraitində milli yaddaşın sığınacağı rolunu oynadı. Məhz dil xalqın tarixi kimliyini qorudu, ədəbiyyat və incəsənət vasitəsilə milli düşüncə yaşadı. Dövlət müstəqilliyi bərpa olunduqdan sonra Azərbaycan dili dövlət quruculuğunun əsas atributlarından birinə çevrildi və milli ideologiyanın mərkəzi elementi kimi qəbul edildi. Latın qrafikasına keçid, terminologiyanın yenilənməsi və ana dilində təhsil sisteminin möhkəmləndirilməsi bu prosesin mühüm mərhələləri oldu.

Bu gün dövlət tərəfindən həyata keçirilən dil siyasəti dilin yalnız qorunmasını deyil, inkişafını və beynəlxalq səviyyədə tanıdılmasını da hədəfləyir. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Fərmanla Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə Azərbaycan dilinin tətbiqinə nəzarət və onun inkişafının təmin edilməsi, eləcə də Azərbaycan ədəbiyyatının dünyada tanıdılması səlahiyyətlərinin verilməsi dil siyasətinin yeni mərhələyə keçdiyini göstərir. Bu addım dilin sadəcə qorunan irs deyil, inkişaf etdirilən strateji resurs kimi qəbul olunduğunu nümayiş etdirir.

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində çıxışı zamanı ana dilinin milli varlığımız üçün əhəmiyyətini xüsusi vurğulayaraq bildirmişdir: “Hər bir millət, hər bir xalq üçün onun Ana dili onun milli mənsubiyyətinin əsas amilidir və bu istiqamətdə bütün ictimai fəallar, bütün ictimaiyyət bir nöqtəyə vurmalıdır” və “Azərbaycan dili çox zəngin dildir. Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir. Ancaq təmiz, saf, ədəbi Azərbaycan dilinin qoruyucuları bizik – müstəqil Azərbaycan dövləti”.

Bu fikirlər müasir dövrdə dilə münasibətin mahiyyətini açıq şəkildə ifadə edir. Dil artıq yalnız keçmişin yadigarı deyil, gələcəyin təminatıdır.

Qloballaşma şəraitində dillər arasında rəqabət güclənir, informasiya məkanı genişlənir və milli dillər yeni çağırışlarla üzləşir. Bu şəraitdə Azərbaycan dili həm rəqəmsal mühitdə mövcudluğunu gücləndirməli, həm də mədəni diplomatiyanın vasitəsinə çevrilməlidir. Azərbaycan ədəbiyyatının xarici dillərə tərcüməsi, dünya ədəbiyyatının Azərbaycan dilində yayılması və diaspor mühitində ana dilinin qorunması milli kimliyin davamlılığını təmin edən mühüm amillərdir. Dil bu gün artıq yalnız ölkə daxilində deyil, beynəlxalq mədəni kommunikasiya sistemində də fəaliyyət göstərir.

Azərbaycan dili tarix boyu xalqı qoruyan amil olmuşdur, bu gün isə xalqın gələcəyini formalaşdıran strateji dəyərə çevrilmişdir. Dövlətin dil siyasəti göstərir ki, dil mədəniyyətin ayrılmaz hissəsi olmaqla yanaşı, milli təhlükəsizliyin və dövlətçilik ideologiyasının əsas sütunlarından biridir. Dövlətin sərhədləri siyasi xəritədə müəyyən edilir, lakin millətin sərhədləri onun dilində yaşayır və Azərbaycan dili bu sərhədlərin ən möhkəm dayağı olaraq milli kimliyimizi gələcəyə daşıyır.

Məqalə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Media və Mülki Cəmiyyət İctimai Birliyinin həyata keçirdiyi “Dilimizin milli kimliyimizdə rolu: Azərbaycan dilinin mədəniyyət missiyası” layihəsi çərçivəsində hazırlanmışdır.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Xameneinin qətli ilə bağlı ŞOK DETAL – Həmin gün səhər saatlarında…

Next

İran səfiri Azərbaycan XİN-ə çağırılıb, nota təqdim ediləcək

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv