Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Uşaqlar niyə piylənmədən əziyyət çəkir? – OXUYUN XƏBƏRİNİZ OLSUN

By Vüsal Rafiqoğlu
05.03.2026 3 Min Read

Pediatr: Müasir dövrdə uşaqların çox vaxtını evdə keçirməsi, açıq havada oyun və fiziki hərəkətin azalması artıq çəkinin yaranmasına səbəb olur

Dünyada uşaqlar arasında artıq çəki və piylənmə halları getdikcə daha ciddi narahatlıq doğuran qlobal sağlamlıq probleminə çevrilir. Beynəlxalq təşkilatların son hesabatları göstərir ki, bu tendensiya qarşıdakı illərdə daha da dərinləşə bilər. Britaniyanın nüfuzlu “The Guardian” qəzetinin “World Obesity Federation”-nın yeni hesabatına istinadən yaydığı məlumata görə, növbəti 14 ildə dünyada piylənmədən əziyyət çəkən uşaqların sayının 227 milyona çatacağı proqnozlaşdırılır. Təşkilatın hesablamalarına əsasən, 2040-cı ilə qədər isə artıq çəkili uşaqların sayı 500 milyonu keçə bilər. Bu göstəricilər problemin miqyasının getdikcə böyüdüyünü və uşaqların sağlamlığı ilə bağlı qlobal səviyyədə daha ciddi tədbirlərin görülməsinə ehtiyac yarandığını göstərir.

Hesabatda xüsusilə beş yaşdan 19 yaşa qədər uşaqlar və yeniyetmələrin daha böyük risk qrupuna daxil olduğu vurğulanır. Müqayisə üçün qeyd edilir ki, 2025-ci ildə dünyada təxminən 180 milyon uşaq artıq çəki və piylənmə problemi ilə üzləşib. Bu rəqəmlərin sürətlə artması müasir həyat tərzində baş verən dəyişikliklərlə də əlaqələndirilir. Fiziki aktivliyin azalması, yüksək kalorili qidaların daha əlçatan olması, eləcə də uşaqların gündəlik həyatında rəqəmsal texnologiyaların payının artması bu tendensiyanı gücləndirən əsas amillər kimi göstərilir.

Ümumdünya Piylənmə Federasiyasının icraçı direktoru Joanna Ralston bu vəziyyətin cəmiyyət üçün ciddi siqnal olduğunu bildirərək qeyd edir ki, uşaqlıq dövründə piylənmənin artması dünyanın bu problemi hələ də kifayət qədər ciddi qəbul etmədiyini göstərir. Onun sözlərinə görə, bütöv bir nəslin piylənmə və onunla bağlı müxtəlif xroniki xəstəliklər riski ilə üz-üzə qalması gələcəkdə qlobal səhiyyə sistemləri üçün böyük yük yarada bilər.

Belə bir fonda uşaqların qidalanma vərdişləri, fiziki aktivliyi və gündəlik həyat tərzinin düzgün formalaşdırılması daha da aktual məsələ kimi önə çıxır. Mütəxəssislər hesab edirlər ki, erkən yaşlardan sağlam həyat tərzinin təşviqi uşaqlar arasında piylənmə hallarının qarşısının alınmasında əsas amillərdən biri hesab olunur. Bu baxımdan valideynlərin maarifləndirilməsi, uşaqların fiziki aktivliyinin artırılması və balanslı qidalanmanın təşviqi xüsusi əhəmiyyət daşıyır.

Körpəlikdə ana südü yetərli olmadıqda gələcəkdə piylənmə riski artır

Pedaitr Gülnar Abdullayeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, son illərdə uşaqlar arasında artıq çəki və piylənmə halları nəzərəçarpacaq dərəcədə artır: “Bu tendensiyanın formalaşmasında bir sıra amillər rol oynayır. Problemin qarşısının alınması uşaqların doğulduğu vaxtdan başlamalıdır. İlk növbədə, uşağın ana südü ilə qidalanması mühüm əhəmiyyət daşıyır. Ana südü körpənin sağlam inkişafını təmin etməklə yanaşı, gələcəkdə piylənmə riskinin azalmasına da kömək edir. Əksinə, körpə yalnız süni qidalarla qidalanarsa, artıq çəkiyə meyillilik müəyyən qədər arta bilər.

Daha böyük yaşlarda isə uşaqların həyat tərzində baş verən dəyişikliklər bu problemi daha da aktuallaşdırır. Müasir dövrdə uşaqların çox vaxtını evdə keçirməsi, açıq havada oyun və fiziki hərəkətin azalması, eləcə də telefon və televizor qarşısında uzun müddət qalması artıq çəkinin yaranmasına səbəb olan əsas amillərdəndir. Əvvəllər uşaqların günün böyük hissəsini həyətlərdə oynayaraq keçirməsi onların daha aktiv həyat tərzi sürməsinə imkan yaradırdı. Hazırda isə təhlükəsizlik və digər sosial amillər səbəbindən uşaqların açıq havada aktivliyi xeyli azalıb.

Məktəb yaşlı uşaqlarda isə əlavə bir problem dərs yükünün artması ilə bağlıdır. Valideynlərin övladlarının daha uğurlu və savadlı yetişməsi istəyi bəzən onların gündəlik qrafikinin həddindən artıq yüklənməsi ilə nəticələnir. Uzun müddət dərslərlə məşğul olmaq, repetitor və əlavə məşğələlər uşaqların fiziki aktivliyini məhdudlaşdırır ki, bu da artıq çəki riskini artırır”.

Hazır yeməklər və şirin paketlər sağlam qidalanma balansını pozur

Pedaitr qeyd etdi ki, qidalanma vərdişləri də bu məsələdə mühüm rol oynayır: “Son illərdə paketlənmiş və hazır qidaların, müxtəlif şirin və yüksək kalorili məhsulların uşaqlar tərəfindən daha çox istehlak edilməsi sağlam qidalanma balansını pozur. Bu cür məhsulların tez-tez qəbulu uşaqlarda piylənmə riskini artıran əsas amillərdən biri hesab olunur. Valideynlər digər bir məqama da diqqət etməlidirlər. Belə ki, bəzən nənə və babalar və ya valideynlər uşaqlara həkim məsləhəti olmadan müxtəlif vitamin və əlavələr verirlər. Lakin bu cür vasitələrin yerli-yersiz istifadəsi də bəzi hallarda çəki artımına səbəb ola bilər. Buna görə də uşaqların qidalanması və əlavə preparatların qəbulu yalnız həkim tövsiyəsi əsasında tənzimlənməlidir”.

G. Abdullayeva diqqətə çatdırdı ki, uşaqlarda piylənmənin qarşısını almaq üçün balanslı qidalanma, müntəzəm fiziki aktivlik və sağlam həyat tərzinin formalaşdırılması əsas şərtlərdir. Valideynlər uşaqların gündəlik rejiminə diqqət etməli, onların açıq havada hərəkət etməsinə şərait yaratmalı və qidalanma vərdişlərini düzgün istiqamətləndirməlidirlər. Bu yanaşma həm uşaqların sağlam inkişafına, həm də gələcəkdə yaranması mümkün olan sağlamlıq problemlərinin qarşısının alınmasına kömək edə bilər.

Nigar Orucova, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanlılar İran ordusundan imtina edir

Next

Üçüncü adam artıqdır: Valideyn məsləhətləri niyə güclü gənc ailələri məhv edir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv