Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Piylənmə Azərbaycanı “yeyir”

By Vüsal Rafiqoğlu
11.03.2026 4 Min Read

Mütəxəssislərdən SOS: bu, alkoqol kimi asılılıq yaradır, imtina etməsəniz…

Piylənmə müasir dövrdə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin ən vacib sağlamlıq problemləri arasında liderlik edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1 milyarddan çox piylənmədən əziyyət çəkən insan var və 2035-ci ildə bu rəqəmin 4 milyardı keçəcəyi təxmin edilir. 

2035-ci ildə insanların artıq çəki və piylənmə problemləri ilə bağlı Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər. Bu proqnoz isə hələ bir neçə ay əvvəl Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsində əks olunub.

Hesabatda təqdim edilən məlumatlara əsasən, 2020-ci ildə əhalinin artıq çəki və piylənmə səbəbindən Azərbaycan iqtisadiyyatının itkiləri $1,273 milyard və ya ÜDM-in 2,8%-ni təşkil edib, 2035-ci ildə – isə bu rəqəm 3 milyard 461 milyon dollara (ÜDM-in 4,4%-ni) çata bilər.

Təşkilatın qiymətləndirmələrinə görə, Azərbaycanda səhiyyə sisteminin xərcləri 2030-cu ildə – 165 milyon, 2035-ci ildə – 210 milyon dollar təşkil edəcək. Təşkilatın analitikləri hesab edirlər ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək.

Müşahidələrə görə, Azərbaycanda piylənmə problemi qadınlarda daha çox rast gəlinir.  Ölkəmizdə  əmək qabiliyyətli insanların orta hesabla 30-40%-nin piylənməsi, 25-30%-nin isə artıq çəkisi var. Son illər əksər ölkələrdə piylənmənin yayılmasının həm böyüklərdə, həm də uşaqlarda əhəmiyyətli artımı müşahidə olunur.

Piylənmə olan insanlarda ümumi əhaliyə nisbətən  şəkərli diabet və arterial hipertenziya 2,9 dəfə çox, hiperlipidemiya 1,5 dəfə çox rast gəlinir.

Mütəxəssislər hesab edir ki, problemin qarşısını almaq üçün yalnız tibbi tədbirlər kifayət deyil. Dövlət səviyyəsində sağlam qidalanmanın təşviqi, idmanın kütləviləşdirilməsi, məktəblərdə qidalanma standartlarının sərtləşdirilməsi və ictimai maarifləndirmə kampaniyaları böyük əhəmiyyət daşıyır. Əks halda, piylənmə gələcəkdə həm səhiyyə, həm də iqtisadi sabitlik üçün ciddi riskə çevrilə bilər.

Aydın görünür ki, piylənmə ilə mübarizə yalnız həkimlərin işi deyil. Bu, cəmiyyətin bütün təbəqələrini əhatə edən kompleks yanaşma tələb edən məsələdir. Sağlam həyat tərzinin təşviqi və profilaktik tədbirlərin gücləndirilməsi isə bu “səssiz epidemiyanın” qarşısını almağın ən effektiv yolu hesab olunur.

Bəs tibdən əlavə bu məsələdə nələrə diqqət edilməlidir? 

Marketdəki meyvələrdə niyə iynə izi olur? - Ekspert Asim Vəliyev TƏHLÜKƏNİ  AÇIQLADI: - Sağlam Qida

Asim Vəliyev 

Qida eksperti Asim Vəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a fikrini bölüşüb: “Obezitə dediyimiz piylənmə dünyada ciddi problemlərdən biridir. Bu problem, sadəcə, çəki artımı deyil, həm də bədənin maddələr mübadiləsinin pozulmasıdır. Bir tərəfdən dünyada 1 milyarda yaxın ac insan var deyirik, digər tərəfdən piylənmə ilə mübarizə aparırıq. Piylənmənin qarşısını alan möcüzəvi bir qida yoxdur. Amma elə qidalar var ki, insanı daha tez doydurur və uzun müddət tox saxlayır. Bu da gün ərzində artıq yeməyin qarşısını ala bilər.

Ən çox kömək edən qidalar lifli qidalardır. Tərəvəz, meyvə, mərcimək, noxud, lobya kimi paxlalılar belə qidalardandır. Kəpəkli çörək və tam taxıllar da eyni qrupa daxil qidalardır. Bu qidalar mədəni doldurur, acmağı gecikdirir.

Zülal mənbələri də faydalıdır. Zülalla zəngin qidalar maddələr mübadiləsini sürətləndirir. Yumurta, balıq, toyuq, qatıq, kəsmik kimi qidalar toxluq hissini artırır. Şoraba kimi probiyotiklər bağırsaq florasını gücləndirərək çəki atmağa kömək edir. İnsan daha az qəlyanaltı axtarır. Bu, xüsusilə axşam saatlarında özünü göstərir.

Sağlam yağlar da kömək edə bilər. Amma ölçü hər zaman olduğu kimi vacibdir. Qoz, fındıq, tum, zeytun yağı kimi məhsullar faydalıdır. Sadəcə, çox yeyiləndə kalorini artırır. Yəni bir qida sağlamdır deyə nəzarətsiz yeyilməməlidir”.

Ekspert bildirir ki, şəkəri, qazlı içkilər və hazır meyvə şirələri ən böyük təhlükə mənbəyidir: “Bu içkilərdəki yüksək fruktoza qaraciyərin piylənməsinə səbəb ola bilir. Buna görə risklidir. Qazlı içkilər, enerji içkiləri, şirin paket şirələr, şəkərli qəhvələr burada birinci yerdədir. İnsan bu içkilərlə çox kalori alır, amma toxluq hiss etmir. Piylənməni ən çox artıran qidalar adətən hazır və çox emal olunmuş qidalardır. Çips, şirniyyatlar, fast-food, sosiska-kolbasa tipli məhsullar buna daxildir. Bu qidalar həm çox kalorili olur, həm də porsiyanı böyütmək asan olur.

Bəzi qidalar bədəndə birbaşa yağ yığılmasına səbəb olur. Bunların başında rafinə edilmiş şəkər və ağ un məmulatları gəlir. Ağ çörək, bulkalar və şirniyyatlar qan şəkərini sürətlə qaldırır. Bu zaman bədən həddindən artıq insulin hormonu ifraz edir. Ağ unla hazırlanan un məmulatları da tez-tez və çox yeyiləndə çəki artımını sürətləndirir. Bu o demək deyil ki, heç vaxt yemək olmaz. Sadəcə, gündəlik vərdişə çeviririksə, problem yaradır.

Qızartmalar da eyni riski artırır. Eyni yemək sobada bişəndə başqa, yağda qızaranda başqadır. Yağ kalorini yüksəldir və tez-tez porsiya da böyüyür

Həmçinin, trans yağlar dediyimiz marqarinlər və təkrar qızdırılmış yağlar bədəndə iltihab yaradır. Fast-food qidalar və paketlənmiş hazır qəlyanaltılar piylənmənin əsas hərəkətverici qüvvəsidir.

Piylənmə təkcə qida ilə bağlı deyil. Yuxu az olanda, stress çox olanda, hərəkət az olanda da çəki artır. Bəzən dərmanlar və hormon problemləri də təsir edir.

Marketdən alış-veriş edərkən məhsulların etiketini mütləq oxumalıyıq. Tərkibində qarğıdalı siropu, hidrogenləşdirilmiş yağ olan məhsulları almasaq yaxşı olar. Yemək yeyərkən tələsməməliyik. Qidaları daha çox çiynəməliyik ki, həzmə kömək edək. Beyin doyma siqnalını təxminən 20 dəqiqə sonra qəbul edir. Sürətlə yemək həmişə ehtiyacdan artıq kalori almağa səbəb olur”.

Həlimə Qəmərlinskaya – Azərbaycan Bank və Maliyyə Tədris Mərkəzi

Həlimə Qəmərlinskaya

Psixiatr Həlimə Qəmərlinskaya isə hesab edir ki, piylənmə multidissiplinar problemdir, onu yalnız dietologiya və ya endokrinologiya çərçivəsində qiymətləndirmək düzgün deyil: “Bir çox hallarda psixiatrik faktor əsas rol oynayır. Çıxışımda vurğuladım ki, həddindən artıq yemək hər zaman yalnız qida davranışı pozuntuları və ya təşviş pozuntuları ilə bağlı olmur. Bəzi hallarda biz qidaya qarşı davranış asılılığı ilə qarşılaşırıq. Bu mexanizm öz mahiyyətinə görə qumar oyunları, onlayn oyunlar, alkoqol və ya digər maddə asılılıqları ilə çox oxşardır. Belə hallarda müalicə yanaşması da tamamilə fərqli olur.

Bu səbəbdən mütəxəssislər üçün ən vacib məsələlərdən biri düzgün anamnez toplamaq və xəstənin niyə həddindən artıq yeməyə başladığını anlamaqdır. Bəzən səbəb uzunmüddətli rutin, darıxma və emosional boşluq olur və qida insan üçün sürətli “dopamin mükafatı” funksiyasını yerinə yetirməyə başlayır.

Belə vəziyyətlərdə psixiatrın müalicə prosesinə cəlb olunması çox vacib ola bilər.

Piylənmə problemini yalnız qidanı məhdudlaşdırmaqla həll etmək mümkün deyil – bəzən asılılıq mexanizminin özü ilə işləmək lazımdır”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah 12 dərəcə şaxta olacaq, yağış yağacaq – PROQNOZ

Next

SON DƏQİQƏ: Putin İlham Əliyevə ZƏNG ETDİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv