Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

Azərbaycanlılar 3 virtual qumarın GİROVLUĞUNDA

By Vüsal Rafiqoğlu
14.03.2026 3 Min Read

Azərbaycanda son illər onlayn qumar və virtual kazino oyunları sürətlə yayılaraq ciddi sosial problemə çevrilməkdədir. Əyləncə və maraq xatirinə başlayan bir çox vətəndaş qısa müddətdə bu platformaların asılılığına düşür, nəticədə ailə münasibətləri pozulur, maliyyə problemləri dərinləşir, bəzən isə bu proses cinayət və hətta intihar halları ilə nəticələnir. 

Hazırda Azərbaycanda onlayn kazino fəaliyyətinə rəsmi icazə verilməyib. Buna baxmayaraq, xarici platformalar, xüsusilə Mostbet, 1xBet və Pin-Up kimi saytlar ölkə vətəndaşları üçün hələ də əlçatandır. Bu platformalar müxtəlif üsullarla, məsələn, sosial şəbəkələrdə reklam, “mirror” saytlar, VPN vasitəsilə giriş və mobil tətbiqlər vasitəsi ilə istifadəçilərə çatır. Nəticədə texniki bloklamalar tətbiq edilsə belə, istifadəçilər alternativ ünvanlar vasitəsilə yenidən bu saytlara daxil ola bilirlər.

Niyə Oyunçular Mostbet-i Seçir? Müsbət İstifadəçi Rəyləri

Ekspertlər bildirirlər ki, bu saytların əsas təhlükəsi yalnız pul itkisi deyil. Onlar psixoloji asılılıq yaradan mexanizmlərdən istifadə edirlər. Davamlı bonuslar, “pulsuz spin”lər və sürətli uduş vədləri istifadəçiləri sistem daxilində saxlamağa hesablanıb. Psixoloqlar qeyd edir ki, qumar asılılığı artıq dünya miqyasında ciddi psixoloji problem kimi qəbul edilir. Mütəxəssislər dəfələrlə bildiriblər ki, qumar asılılığı insan beynində dopamin mexanizmini aktivləşdirir və nəticədə bu, narkotik və ya alkoqol asılılığına bənzər psixoloji bağlılıq yaradır. İnsan uduzduqca itirdiyini geri qaytarmaq üçün daha çox pul qoyur və nəticədə borc bataqlığına düşür.
Belə hallarda ailə münasibətləri də ciddi zərbə alır. Bir çox ailələrdə gizli kreditlər, borclar və maliyyə böhranı məhz virtual qumar səbəbindən ortaya çıxır.

Texniki mütəxəssislərin fikrincə, bu saytların tam bloklanması müəyyən çətinliklər yaradır. Çünki platformalar tez-tez domen dəyişir, “mirror” saytlar yaradır və istifadəçilərə alternativ giriş yolları təqdim edir.

İT mütəxəssisi Fərhad Mirəliyevin fikrincə, virtual qumarla mübarizədə ən effektiv üsullardan biri maliyyə kanallarının məhdudlaşdırılmasıdır: “Onlayn mərc və qumar platformalarının bloklanması texniki baxımdan mümkündür. Bu, həm DNS (Domain Name System) ünvanları, həm də IP ünvanları vasitəsilə həyata keçirilə bilər. Lakin məsələ təkcə texniki bloklama ilə məhdudlaşmır.

Burada əsas sual ondan ibarətdir ki, bu mərc oyunlarında iştirak edən şəxslər sistemə pulu necə daxil edir və qazandıqları vəsaiti necə çıxarırlar. Artıq məsələ elektron pul kisələri və digər maliyyə alətləri ilə bağlıdır. Baxmayaraq ki, bu fəaliyyətlər qanunvericiliklə qadağandır, vətəndaşlar xaricdə yerləşən, xarici rezident olan mərc və lotereya platformalarına müxtəlif maliyyə vasitələri ilə rahat şəkildə pul göndərə, depozit edə və qazandıqları məbləği geri çəkə bilirlər”.

Bütün məlumatlar elektron bazada var, bəs niyə yenidən yükləmə etməliyik?"  - Mütəxəssisdən SƏRT REAKSİYA

Ekspert qeyd edib ki, bu vəziyyət müəyyən boşluqların mövcudluğuna işarə edə bilər: “Bunun hansı mexanizm vasitəsilə həyata keçirildiyini dəqiq demək çətindir. Lakin fakt ondan ibarətdir ki, maliyyə vəsaitləri hansısa kanallarla həmin platformalara daxil olur və oradan da çıxarılır”. Mütəxəssis deyib ki, hüquq-mühafizə orqanlarının açıqladığı bəzi kriminal xəbərlər də bu mexanizmlərin necə işlədiyinə müəyyən ipucları verir: “Tez-tez xəbərlərdə rast gəlirik ki, mütəşəkkil qruplar zərərsizləşdirilir və onlardan yüzlərlə bank kartı müsadirə olunur. Bu kartlar müxtəlif şəxslərin – bəzən ailə üzvlərinin adına rəsmiləşdirilmiş olur. Həmin şəxslərlə müəyyən razılaşmalar edilir və kartlar qanunsuz mərc oyunlarında istifadə olunur”.

F. Mirəliyev hesab edir ki, maliyyə axınlarının izlənməsi bu problemin həlli üçün əsas vasitələrdən biri ola bilər. “Bu məbləğlər istənilən halda müəyyən bank hesablarında görünür. Pulların kimin hesabına daxil olması, haradan və necə gəlməsi, eləcə də sonradan xaricə necə çıxarılması ciddi suallar yaradır. Buna görə də fəaliyyətin qarşısını almaq mümkündür. Birinci mərhələdə həmin saytların ünvanları bloklanmalıdır. Lakin əsas məsələ maliyyə dövriyyəsidir. Əgər bu platformalara pul daxilolmaları və oradan vəsaitlərin çıxarılması məhdudlaşdırılarsa, hətta saytlar tam bloklanmasa belə, onların fəaliyyəti faktiki olaraq mənasını itirəcək. Çünki bu sistemlərin əsas məqsədi maliyyə qazancıdır”.

Qeyd edək ki, DİN Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə onlayn qanunsuz qumar və mərc oyunlarının təşkilinə qarşı mübarizə davam etdirilir:”Bir daha vətəndaşları xaricdən idarə olunan və ölkə ərazisində qanunsuz hesab edilən qumar oyunlarında iştirakdan çəkinməyə çağırırıq. Bildiririk ki, qanunsuz onlayn qumar oyunlarının təşkili ilə yanaşı, həmin oyunlarda iştirak etmək də məsuliyyət yaradır. Xüsusi olaraq vurğulayırıq ki, qanunsuz mərc oyunları üzərindən qazanılan məbləği göndərmək adı ilə vətəndaşlardan bank kartı məlumatları tələb edilir. Belə olan təqdirdə isə həmin şəxslər kibertalama cinayətləri ilə üzləşə və bank hesablarında olan pul vəsaitlərini itirə bilərlər”, -DİN-in məlumatında bildirilir.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Ramazanın iyirmi dördüncü gününün duası – İmsak və iftar vaxtı

Next

İranda “qara yağış” – Azərbaycana TƏHLÜKƏ qalır?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv