Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Bayram süfrəsi neçəyə başa gəlir? – Novruz yarmarkasından REPORTAJ

By Vüsal Rafiqoğlu
16.03.2026 5 Min Read

Rəngarəng bəzədilmiş səmənilər, şəkərbura və paxlava qoxusu, bayram dekorları və insanların gülümsəyən siması… Novruz bayramı yaxınlaşdıqca şəhərdə canlanma, bayram ab-havası hiss olunur. Məhz bu ərəfədə paytaxtın müxtəlif yerlərində təşkil olunan yarmarkalar şəhərə xüsusi rəng qatır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən “Gənclik” metrostansiyası yaxınlığında təşkil olunan “Kənddən Şəhərə” Novruz yarmarkası da bayramın daha xoş keçməsində xüsusi önəm daşıyır.

Qeyd edək ki, burada 25 regiondan iştirak edən 55 fermer bayram süfrəsi üçün 145 çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir. Yarmarkanın fəaliyyəti 7-18 mart tarixlərində hər gün saat 09:00-dan 19:00-dək nəzərdə tutulub. Biz də yarmarkaya baş çəkərək satıcılarla söhbət etdik, qiymətlər və satışlarla bağlı məlumat topladıq, bir ailənin bayram süfrəsinin neçəyə başa gəldiyini müəyyənləşdirməyə çalışdıq.

Beləliklə, Publika.az “Kənddən Şəhərə” Novruz yarmarkasından hazırladığı reportajı təqdim edir:

İlk olaraq, yarmarkanın girişində təqdim olunan bal piştaxtasına yaxınlaşdıq. Arıçı fermer Qəhrəman İbrahimov bildirdi ki, hər il yarmarkada iştirak edərək, alıcılara bir neçə çeşiddə bal təqdim edir:

“Çiçək, meşə, qaratikan və cökə balı kimi çeşidlər var. Alıcıları nəzərə alaraq çalışırıq ki, məhsulları bazar qiymətlərindən nisbətən ucuz qiymətə təqdim edək. Sağlamlığını düşünənlər məhz bu ballardan ala bilərlər. Məsələn, meşə balı ürək-damar xəstəliyi, qaratikan balı qaraciyər, böyrək və öd, çökə balı isə soyuqlama və bronxlar üçün xeyirlidir. Balın qiymətini isə çeşidinə görə 20-30 manat olaraq təklif edirik”.

Ümumiyyətlə, yarmarkada bal qiymətləri 20-35 manat arasında dəyişir. Zaqataladan gələn arıçı mütəxəssis Kənan dayı deyir ki, müştərilərinə endirimlər də edir:

“6 ildir ki, bu yarmarkada iştirak edirəm. Əgər təmiz məhsul satırsansa, alıcıların da çox olur”.

Yarmarkada diqqətimizi çəkən məqamlardan biri fındıq qiymətləri oldu. Müşahidələrimizə əsasən, ötənilki qiymətlərlə hazırkı qiymətlər arasında xeyli fərq var. Əvvəlki illərdə qabıqlı fındıq 5-8, ləpə fındıq isə 13-18 manata təklif olunurdusa, bu il bu rəqəmlər 10-12 və 20-22 manat olaraq dəyişib.

Qəbələdən olan satıcı Şahmar dayının sözlərinə görə, bunun səbəbi bu il yerli fındığın az məhsul gətirməsidir:

“Qiymətlərin bahalaşması səbəbindən bu il alıcılıq qabiliyyəti də zəifdir. Bahalaşmaya da məhsulun azlığı səbəb olub”.

Digər qiymətlərə gəldikdə isə meyvələrdən armud 1,50, alma növünə görə 1-3, portağal 3, üzüm 2, qabıqlı qoz 7-10, qoz ləpəsi 12-20, şabalıd 11, badam ləpəsi 14-18 manata təklif olunur.

Quru meyvələrdən innab 8-11, xurma 5-10, ərik qurusu 10, kişmiş 8-18, iydə 12, gavalı qurusu isə 7-14 manata müştərilərə təqdim edilir.

Yarmarkada diqqətçəkən digər məqam isə ət satışının az olmasıdır. Bunun üçün yalnız bir stend ayrılıb və burada mal əti 16, qoyun əti isə 17 manata satılır.

Bayram süfrəsindəki isti təam və salatlarda istifadə olunan kartof 0,70-1,40, soğan 0,25-0,40, çuğundur 0,50-1, pomidor 4,50, xiyar 4,50, kök 1, turp isə 1 manata təklif edilir.

Yarmarkada ağartı məhsullarına ayrılan piştaxtada pendir 10-14, qatıq 1,50-4, süzmə 4, qaymaq 6, süd 1,50, ərinmiş yağ 20 manata alıcıya təqdim olunur.

Həmçinin çayın yanında tez-tez istifadə olunan mürəbbələr növünə və ölçüsünə görə 8-15 manata satılır. Alıcılara həmçinin turşular da təklif olunur ki, onların da qiyməti kilo və növünə görə 3-16 manat arasında dəyişir.

Sözsüz ki, Novruz süfrəsini səmənisiz təsəvvür etmək olmaz. Səmənilər isə dekorasiya və ölçüsünə görə 1-15 manata müştərilərə təqdim edilir.

Beləliklə, qeyd olunanların əsasında deyə bilərik ki, 4-5 nəfərlik ailənin bayram süfrəsi təxminən 200-250 manata başa gəlir.

Yarmarkada həmçinin uşaqlar üçün xüsusi guşə mövcuddur və valideynlər alış-veriş edərkən övladları orada əyləncəli zaman keçirə bilərlər.

Onu da nəzərinizə çatdıraq ki, Aqrar Tədarük və Təchizat İdarəsinin ictimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri Nilüfər Qaçayeva Publika.az–a açıqlamasında “Kənddən şəhərə” yarmarkasının regionlar da daxil olmaqla ümumilikdə 11 əlavə məntəqədə təşkil olunduğunu bildirdi:

“Yarmarkalarda 25 regiondan iştirak edən 146 fermer, 145 çeşiddə kənd təsərrüfatı və qida məhsulları satışını həyata keçirir. Yarmarkaların təşkilində əsas məqsəd bayram günlərində yerli fermerlərin məhsullarının bazara çıxışını dəstəkləmək, eyni zamanda şəhər sakinlərinin təbii, yerli və sağlam kənd məhsullarına əlçatanlığını təmin etməkdir. Satışa çıxarılan məhsulların keyfiyyətinə nəzarət Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Səyyar Qida Laboratoriyası tərəfindən həyata keçirilir.

Yarmarkalar “Gənclik” metrostansiyası ilə yanaşı, “Əhmədli”, “Neftçilər”, “Nəriman Nərimanov”, “Azadlıq prospekti” və “Elmlər Akademiyası” metrostansiyalarının çıxış hissələrində, eyni zamanda, regionlarda- Sumqayıt şəhəri, Xankəndi şəhəri, Cəbrayıl, Zəngilan, Ağdaş şəhəri və Abşeron rayonunun Mehdiabad qəsəbəsində fəaliyyət göstərir. Yarmarkalarda fermerlər piştaxta, tərəzi və digər lazımi avadanlıqlarla ödənişsiz şəkildə təmin olunur”.

Roza Şəfiyeva

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bu həftə 11 günlük tətil başlayır

Next

Əkiz doğan 53 yaşlı qadının ölümünün ilkin SƏBƏBLƏRİ AÇIQLANDI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv