Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
İSLAM

Ramazan İslamın ən müqəddəs bayramıdır

By Vüsal Rafiqoğlu
20.03.2026 3 Min Read

Mənəviyyat və əxlaqın zənginləşməsinə vəsilə olan oruc ibadəti insanın daxili saflığına, pis vərdişlərdən uzaq durmasına, Allah yolunda xeyirxah işlər görməsinə, fiziki və mənəvi cəhətdən sağlamlığına səbəb olur

İslam dininə qəlbən bağlı olan Azərbaycan xalqı, neçə əsrlərdir ki, Ramazan bayramını yüksək inam və ruh yüksəkliyi şəraitində qeyd edir. Xüsusi vurğulamaq lazımdır ki, hələ keçmiş Sovet İttifaqı dövründə bütün qadağalara baxmayaraq, Ramazan bayramının qeyri-rəsmi səviyyədə keçirilməsi Ümummilli Lider Heydər Əliyevin milli maraqlara xidmət edən fəaliyyətinin nəticəsi idi. Ulu Öndər 1993-cü ildə xalqın təkidli tələbilə hakimiyyətə qayıtdıqdan sonra ölkədə dini, milli, etnik münasibətlərin yüksək səviyyədə tənzimlənməsi, vicdan azadlığının tam bərqərar olması naminə ardıcıl tədbirlər həyata keçirdi, xalqın milli təhlükəsizlik maraqları baxımından bu sahəyə daim xüsusi diqqətlə yanaşdı. Ulu Öndər Heydər Əliyev xalqın qəlbən tapındığı dini dəyərlərə bağlı olmaqla yanaşı, həm də müqəddəs İslam bayramlarının dövlət səviyyəsində qeyd olunmasını təmin etmişdir. Ramazan bayramının da rəsmi dövlət bayramları sırasına daxil edilməsi məhz Onun təşəbbüsü və qayğısı sayəsində mümkün olmuşdur. Milli Məclisdə qəbul olunmuş “Azərbaycan Respublikasının bayramları haqqında” Qanuna və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 105-1-ci maddəsinə əsasən, Ramazan bayramı iş günü olmayan bayram hesab edilir və bu, dövlətin vətəndaşların vicdan azadlığına necə yüksək həssaslıqla yanaşdığını bir daha təsdiqləyir.

Təməlini Ulu Öndər Heydər Əliyevin qoyduğu dövlət-din münasibətləri bu gün də uğurla davam etdirilir. Hər il Prezident İlham Əliyev müqəddəs Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir. Tarixən Azərbaycan cəmiyyətində vəhdətin, həmrəyliyin və nümunəvi tolerantlıq mühitinin bərqərar olmasında İslam dininin əhəmiyyətli rol oynadığını bildirən ölkə başçısı milli-mənəvi dəyərlərinə hər zaman dərin bağlılıq nümayiş etdirən xalqımızın öz adət-ənənələrini, dini ayin və mərasimlərini bu gün də layiqincə qoruyub saxladığını, o cümlədən Ramazan bayramını hər il xüsusi təntənə ilə qeyd etdiyini bildirir.

Göründüyü kimi, Ramazan bayramı İslam dinində mövcud olan ən böyük bayramlardan biridir, bəlkə də birincisidir. Bu bayram Ramazan ayının sona çatması münasibətilə Şəvval ayının birində qeyd edilir və dini mənbələrdə “Fitr bayramı” kimi də xatırlanır. Bayram günü İslam şəriətinə görə oruc tutmaq haramdır. Ramazan bayramına keçən gecə fitrə pulunu ayırıb həmin axşam, ya bayram namazına qədər, ya da gün ərzində öz təyinatı üzrə çatdırmaq lazımdır. Bayram namazına qədər fitrə pulunu çatdırmaq daha savab əməl hesab olunur. Fitrə zəkatının vacibliyini Məhəmməd Peyğəmbər (s.v.s) hicrətin 2-ci ilində Ramazan ayının sonunda söylədiyi xütbədə müsəlmanlara elan etmişdir. Fitrə zəkatı maddi vəziyyəti dözülməz dərəcədə çətin olan adamlara (fəqirlərə) verilməlidir. Fitrə zəkatını hər kəs öz kasıb qohumuna və ya qonşusuna versə daha yaxşı olar. Həmin gün qəbirləri ziyarət etmək, onları səliqə-sahmana salmaq, ölənlərin ruhlarına rəhmət diləmək, Fatihə, İxlas və Yasin surələrini oxumaq və ya oxutdurmaq ənənəyə çevrilmişdir.

On bir ayın Sultanı Ramazan ayını şükranlıq duyğuları və könül xoşluğu ilə yola salırıq. Bayrama keçən gecəni ibadətdə keçirmək tövsiyə olunur. Həmin gecə də Qədr gecələri kimi oyaq qalıb çoxlu namaz qılmaq, dua, Allahı zikr etmək, “Qurani-Kərim”i oxumaq və s. kimi ibadətlərlə məşğul olmaq böyük savabdır. Çünki bu gecə də müqəddəs gecə hesab olunur. Rəvayətlərdə deyilir ki, imam Zeynül-abidin (ə) Ramazan bayramının gecəsi sübhə kimi oyaq qalıb namaz qılar və deyərdi: “Bu gecə heç də Qədr gecəsindən əskik deyil”. İmam Əli ibn Əbu Talib (əs) isə həmin gecənin üstünlüyünü belə təsvir edirdi: “… insan hər il dörd gecə yalnız ibadətlə məşğul olsun. Fitr bayramı gecəsi, qurban bayramı gecəsi, şabanın orta gecəsi və rəcəb ayının birinci gecəsi.”

Ramazan bayramı oruc tutub-tutmamasından asılı olmayaraq hər bir müsəlmanın bayramıdır. Bütün dünya müsəlmanları bu bayramı qeyd edirlər. Bəzi müsəlman ölkələrində bu bayram rəsmi şəkildə təntənəli surətdə keçirilir. Bu bayramı başqa bayramlardan fərqləndirən bir xüsusiyyət də bir ay boyunca gündüzlər ac-susuz qalıb, axşamlar ibadət edən və bu ibadətlərin çətinliklərinə dözən, Qədr gecələrində səhərə qədər oyaq qalıb ibadət edən müsəlmanların bu ayın tələblərindən irəli gələn məsuliyyətin başa çatmasından dolayı hiss etdikləri bir rahatlıq və arxayınlıq duyğusudur. Başqa bayramlarda olduğu kimi, Ramazan bayramı da insanların yaşayış tərzinə öz müsbət təsirini göstərir. Ümumiyyətlə, bu bayramın yaxınlaşması belə insanlarda xoş əhval-ruhiyyə yaradır. Belə xoş emosiyaların insan psixikasına müsbət təsirinin isə sübuta ehtiyacı yoxdur. Bayram günündə insanlar şadlanır, əhatəsi ilə səmimi və isti münasibət saxlayır, ailəsinə daha çox vaxt ayıraraq bayram gəzintisinə çıxırlar. Ramazan bayramının əsas üstünlüklərindən biri də bir ay boyunca insanın etdiyi əməlləri müqabilində mükafatlandırılacağına inamı və bu işin öhdəsindən gəldiyi üçün keçirdiyi sevinc hissidir. Heç şübhə yoxdur ki, orucluq, Ramazan bayramı insanlara vəhdət, birlik, həmrəylik, sülh, barışıq, mərhəmət gətirdiyi kimi, müsəlman dövlətlərini də ən azından ilahi amallar ətrafında birləşdirəcək, aralarındakı xırda ədavətləri bir kənara qoyaraq müsəlmanların rifahı naminə bir-birini dəstəkləməsinə və onların beynəlxalq miqyasda sülhün bərqərar olmasına öz töhfələrini verməsi yolunda bir vəsilə olacaqdır. Ramazan bayramınız mübarək!

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Bayramda nə üçün sevdiklərimizi ziyarət etməliyik?

Next

Ramazan ayı hər il xalqımızın birlik və bərabərliyini daha da gücləndirir

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv