Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Qaz çıxarışsız evlərə gəlir? – Həmin qayda ilə bağlı AÇIQLAMA

By Vüsal Rafiqoğlu
31.03.2026 2 Min Read

Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı, xüsusilə mülkiyyət hüququnu təsdiq edən “kupça”nın alınması uzun illərdir vətəndaşların ən ağrılı problemlərindən biri olaraq qalır. Bakı və Abşeron yarımadasında, eləcə də bölgələrdə sənədsiz evlərin sayı təxminən 500 minə çatır. Bu gün Azərbaycanda on minlərlə mənzil, fərdi ev və obyekt faktiki istifadə olunsa da, hüquqi baxımdan mövcud sayılmır. Yəni həmin əmlaklar dövlətin rəsmi bazasında qeydiyyata alınmayıb.

“Kupça”sı olmayan fərdi yaşayış evlərinə kommunal xidmətlərin -qaz, işıq və su xətlərinin çəkilməsində hazırda ciddi çətinliklər yaranır. Xüsusilə son illərdə tikilmiş evlərin sahibləri sənəd çatışmazlığı səbəbindən bu xidmətlərdən yararlana bilmədiklərini bildirirlər. Məlumdur ki, 1 oktyabr 2023-cü il tarixindən etibarən paytaxt və ətraf ərazilərdə sənədsiz fərdi yaşayış evlərinin qaz təchizatı şəbəkəsinə qoşulması dayandırılıb. Bu qərar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklə əlaqədardır.

Bununla belə, son dövrlərdə sosial şəbəkələrdə və müxtəlif platformalarda bələdiyyə sənədi və etibarnamə əsasında sənədsiz evlərə qaz çəkilməsi ilə bağlı elanlar yayılır. Bu cür məlumatlar bəzi vətəndaşlarda ümid yaratsa da, onların nə dərəcədə real və qanuni olduğu sual altındadır. Xüsusilə sənədsiz evlərdə yaşayan insanlar qaz probleminin həlli ümidi ilə bu elanlara maraq göstərirlər.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat katibi Eldəniz Vəliyev Musavat.com-a açıqlamasında bildirib ki, birlik qazlaşdırma xidmətini ona təqdim olunan qaydalara əsasən həyata keçirir: “Sənədsiz evlərin qazlaşdırılması ilə bağlı birliyə heç bir qayda təqdim edilməyib. Birlik hazırda bununla bağlı hansısa fəaliyyət həyata keçirmir”.

Millət vəkili Razi Nurullayev bildirir ki, hazırda ölkənin bir çox kənd və qəsəbələrində insanlar evlərinə sənəd ala bilmədikləri üçün qaz və işıq çəkdirə bilmir. Söhbət qeyri-qanuni tikililərdən getmir. Söhbət illərdir yaşayış olan, ailələrin məskunlaşdığı evlərdən gedir.

“Ən acınacaqlısı isə odur ki, çox vaxt qaz borusu həmin evlərin düz önündən keçir. Texniki imkan var, qaz var, amma vətəndaşa deyilir ki, çıxarış, evin qeydiyyat sənədini gətir. Kənd yerində yaşayan, aşağı gəlirli ailə üçün kupça almaq həm baha, həm də olduqca mürəkkəb prosesdir. Aylarla davam edən sənədləşmə, idarələr arasında süründürməçilik insanları bezdirir. Nəticədə vətəndaşlar bu prosesdən imtina edir və deyir ki, evimdə donaram, amma bu sənədləşmə əzabını bir daha yaşamayacam. Bu, artıq təkcə sosial məsələ deyil. Bu, insan ləyaqətinə toxunan bir problemdir. Kənd yerlərində yaşayan, illərdir evində məskunlaşan, lakin bu imtiyazlı kateqoriyalara daxil olmayan minlərlə aşağı gəlirli ailə var ki, mövcud mexanizmlərdən kənarda qalır. Bu insanlar nə sənədləşməni tamamlaya bilir, nə də kommunal xidmətlərə çıxış əldə edir”.

Qeyd edək ki, Prezident İlham Əliyev bu məsələyə dəfələrlə toxunaraq müvafiq fərman və sərəncamlar imzalasa da, onların praktik nəticələri hələ də gözlənilən səviyyədə deyil.

Musavat.com-un məlumatına görə, Prezidentin 19 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında ipoteka kreditləşməsi və daşınmaz əmlak bazarının inkişafına dair əlavə tədbirlər haqqında” Fərmanda daşınmaz əmlakın qeydiyyatı prosesinin sadələşdirilməsi və sürətləndirilməsi tapşırılıb.

Bundan əvvəl, 2009-cu ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilən dəyişikliklər bu sahənin tənzimlənməsini hədəfləmişdi. 2016-cı ildə Nazirlər Kabinetinin qərarı ilə torpaq sahələrinin sənədləşdirilməsi proseduru sadələşdirildi. Eyni zamanda, 2014-cü ildə imzalanmış “Elektron xidmətlərin təşkili haqqında” Fərman daşınmaz əmlakın elektron qeydiyyatını nəzərdə tuturdu.

Şahanə Rəhimli
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Dəmir yollarında QADAĞA: CƏRİMƏ oluna bilərsiniz

Next

Müdafiə Nazirliyi MƏLUMAT YAYDI

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv