Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Hansı ali məktəblər hansı şəhərlərə köçürüləcək – İlkin siyahı

By Vüsal Rafiqoğlu
02.04.2026 4 Min Read

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir

Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatına görə, “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda Bakıdakı universitetlərin köçürülməsi və bölgələrdə yeni universitetlərin açılması məsələsi öz əksini tapacaq. Hazırda müzakirə mərhələsində olan “Azərbaycan Respublikasının 2027-2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası” layihəsində müvafiq illər üzrə müəyyən tədbirlərin görülməsi nəzərdə tutulub. Eyni zamanda bölgələrdə yeni universitetlərin tikintisi məsələsinə aidiyyəti sifarişçi təşkilatların əsaslandırılmış təklifləri təqdim olunduğu təqdirdə Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 20 dekabr tarixli 257 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət İnvestisiya Proqramının tərtibi, icrası monitorinqi və qiymətləndirilməsi Qaydaları”nın tələblərinə uyğun büdcənin imkanları çərçivəsində prioritetlik əsasında baxılacaq.

Publika.az xəbər verir ki, bu kontekstdə paytaxtda yerləşən hansı ali təhsil müəssisələrinin regionlara köçürülməsinə və hansı təmayüldən olan yeni universitetlərin açılmasına ehtiyacın olması məsələsi gündəmə gəlir.

Ekspertlərə görə, köçürülmə prosesi ixtisaslaşma və regionun potensialı paralelliyi əsasında həyata keçirilməlidir. Hər ali məktəb yerləşəcəyi regionun iqtisadi profili ilə uzlaşmalıdır. Belə ki, texniki və sənaye təmayüllü universitetlər – məsələn, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin bəzi fakültələrinin və ya ümumilikdə texniki profilli müəssisələrin Sumqayıt sənaye zonasına və ya gələcəkdə Qarabağın sənaye mərkəzlərinə (məsələn, Ağdam) yaxın yerləşdirilməsi məqsədəuyğun ola bilər. Kənd təsərrüfatı və aqrar profilli müəssisələr regionlarda yerləşməlidir. Bu müəssisələr Gəncə ilə yanaşı, Lənkəran, Quba-Xaçmaz və digər zonalarla daha sıx inteqrasiya olunmalıdır. Ələt Azad İqtisadi Zonası və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ətrafında logistika və nəqliyyat üzrə ixtisaslaşmış ali məktəb şəhərciklərinin (kampusların) yaradılması məqsədəuyğundur.

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi “Yeni Müsavat”a danışıb. Mütəxəssisin fikrincə, Bakı şəhərində fəaliyyət göstərən bəzi ali təhsil müəssisələrinin mərhələli şəkildə bölgələrə və ya paytaxta yaxın ərazilərə köçürülməsi fikri xüsusilə tələbə kontingenti yüksək olan universitetləri əhatə edir: “Eyni zamanda şəhərin mərkəzində yerləşərək sıxlığa və infrastruktur yüklənməsinə səbəb olan ali məktəblərin paytaxtdan kənara çıxarılması əsas prioritetlərdən biri kimi müəyyən edilib.

Bu qərarın arxasında duran əsas ideya ölkə prezidenti İlham Əliyevin təşəbbüsü ilə hazırlanan və 2050-ci ilə qədər Bakının yenidən qurulmasını nəzərdə tutan Baş Plan çərçivəsində formalaşıb. Həmin strategiyada ali təhsil müəssisələri üçün xüsusi universitet şəhərciklərinin yaradılması planlaşdırılır. Bu şəhərciklər yalnız tədris binalarından ibarət olmayacaq, eyni zamanda tələbə yataqxanaları, müasir laboratoriyalar, elmi-tədqiqat mərkəzləri və sosial infrastruktur obyektlərini də özündə birləşdirəcək. Məqsəd universitetləri bir məkanda cəmləşdirmək, vahid akademik mühit formalaşdırmaq və təhsilin keyfiyyətini yüksəltməkdir”.

Elçin Əfəndi qeyd edib ki, belə bir yanaşmanın həyata keçirilməsi yalnız paytaxtın yükünü azaltmaqla məhdudlaşmır, universitetlərin bölgələrə köçürülməsi həmin ərazilərin sosial-iqtisadi inkişafına ciddi təkan verə bilər: “Yeni tələbə axını, müəllim heyətinin yerləşməsi, xidmət sektorunun genişlənməsi və ümumilikdə iqtisadi dövriyyənin artması regionlarda canlanma yaradacaq. Turizm, xidmət və digər sahələrdə də müsbət dinamika müşahidə oluna bilər. Bununla yanaşı, universitet şəhərciklərinin yaradılması təhsil prosesinə də müsbət təsir göstərəcək. Müəllim və tələbələrin eyni akademik mühitdə cəmləşməsi elmi müzakirələrin intensivliyini artıracaq, tədqiqat fəaliyyətini stimullaşdıracaq və nəticə etibarilə akademik göstəricilərin yüksəlməsinə gətirib çıxaracaq. Bu cür mühitdə innovativ yanaşmaların tətbiqi, elmi layihələrin həyata keçirilməsi və beynəlxalq əməkdaşlıqların genişlənməsi daha real görünür”.

Təhsil mütəxəssisi paytaxtdan köçürülə biləcək universitetlərin adlarını da açıqlayıb: “Bunlar Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, eləcə də Mədəniyyət və İncəsənət Universiteti ola bilər. Eyni zamanda şəhər mərkəzində fəaliyyət göstərən bəzi özəl ali təhsil müəssisələrinin də paytaxtdan kənarda yerləşən kampuslara köçürülməsi mümkündür.

Bu universitetlərin vahid kampus şəklində fəaliyyət göstərməsi həm tədris keyfiyyətinin artmasına, həm də tələbələrin sosial həyatının daha sistemli təşkilinə imkan yaradacaq. Digər tərəfdən, onların Şamaxı və digər regionlara köçürülməsi həmin bölgələrin inkişafına mühüm töhfə verə bilər. Beləliklə, bu təşəbbüs həm paytaxtın urbanistik problemlərinin həllinə, həm də regionların balanslı inkişafına xidmət edən strateji addım kimi qiymətləndirilə bilər”.

İqtisadçı Natiq Cəfərli isə qeyd edib ki, işğaldan azad olunmuş bir neçə şəhəri tələbə şəhərciyinə çevrilmək mümkündür: “Bu, yalnız təhsil sahəsinin inkişafına deyil, eyni zamanda Qarabağ bölgəsinin məskunlaşmasına, iqtisadi aktivliyin artmasına və ümumilikdə regionun sosial həyatının canlanmasına mühüm töhfə verə bilər. Paralel olaraq, bu addım Bakının üzərindəki demoqrafik və infrastruktur yükünün azaldılması baxımından da əhəmiyyətli rol oynaya bilər. Burada əsas məsələ yalnız universitetlərin köçürülməsi ilə məhdudlaşmır. Söhbət tam mənada müasir standartlara cavab verən tələbə şəhərciklərinin, kampusların yaradılmasından gedir. Yəni bu, sadəcə universitet binasının başqa əraziyə köçürülməsi deyil, bütöv bir akademik-ekosistemin formalaşdırılması deməkdir. Təbii ki, belə genişmiqyaslı layihələrin həyata keçirilməsi ciddi maliyyə vəsaiti tələb edir. İnfrastrukturun sıfırdan qurulması, kommunikasiya xətlərinin çəkilməsi, müasir təhsil mühitinin yaradılması və yaşayış üçün əlverişli şəraitin təmin olunması böyük investisiya tələb edən prosesdir. Bu səbəbdən layihənin qısa müddətdə tam reallaşdırılması real görünmür. Çox güman ki, bu proses mərhələli şəkildə, bir neçə il ərzində həyata keçiriləcək.

Məhz bu baxımdan, planlı və addım-addım yanaşma daha məqsədəuyğun hesab edilə bilər. Xüsusilə Xankəndi, Ağdam və Füzuli kimi şəhərlərin tələbə şəhərciklərinə çevrilməsi bu baxımdan diqqət çəkən variantlardır. Bu şəhərlərin coğrafi mövqeyi, yenidənqurma imkanları və strateji əhəmiyyəti nəzərə alınaraq, burada müasir universitet kampuslarının yaradılması mümkündür. Belə bir yanaşma həmin ərazilərin sürətli məskunlaşmasına, yeni iş yerlərinin yaranmasına, xidmət sektorunun inkişafına və ümumilikdə Qarabağ iqtisadiyyatının dirçəlməsinə güclü təkan verə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Türkiyənin vitse-prezidenti Azərbaycana səfərə gəlib

Next

Müdafiə Nazirliyi Aprel döyüşlərinin 10 illiyi əlaqədar MƏLUMAT YAYDI

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv