Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Sosial

İcbari sığorta ilə plastik əməliyyat-YENİLİK

By Vüsal Rafiqoğlu
02.04.2026 2 Min Read

Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyətə başlayan Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasında 9 daimi plastik cərrah həkim fəaliyyət göstərəcək. Plastik Rekonstruktiv əməliyyatlar burada icbari tibbi sığorta ilə həyata keçiriləcək. Bunu Plastik və Rekonstruktiv Cərrahiyyə Klinikasının baş həkimi Dilqəm Məmmədov jurnalistlərə açıqlamasında deyib. Baş həkim qeyd edib ki, klinika tədris və praktikanın inteqrasiyası ilə fərqlənir: “Klinika rezidentura və ixtisasartırma bazası kimi fəaliyyət göstərəcək, müxtəlif tibb sahələri üzrə mütəxəssislərlə multidissiplinar əməkdaşlıq quracaq. Müasir texnologiyalar, beynəlxalq protokollar və elmi-tədqiqat işləri burada əsas prioritet olacaq”. D. Məmmədov bildirib ki, klinikada rekonstruktiv, estetik və mikrocərrahiyyə əməliyyatları, yanıq və postyanıq rekonstruksiyası, onkoplastik və travma sonrası bərpa cərrahiyyəsi, kraniofasial və əl cərrahiyyəsi, dəri və yumşaq toxuma defektlərinin örtülməsi, süd vəzisi və üz rekonstruksiyası, rinoplastika, blefaroplastika, mammoplastika, liposaksiya, abdominoplastika, üz gərmə kimi estetik əməliyyatlar icra olunacaq.
“Klinika peşəkar komanda ilə təchiz olunub. Burada yüksək ixtisaslı plastik cərrahlar, anestezioloq-reanimatoloqlar, reabilitoloqlar, psixoloqlar və beynəlxalq təlim keçmiş mütəxəssislər fəaliyyət göstərəcək. Gənc həkim-mütəxəssislərin hazırlanmasına xüsusi diqqət yetiriləcək. Müasir əməliyyatxanalar, mikrocərrahiyyə avadanlıqları, lazer və endoskopik sistemlər, 3D planlama və görüntüləmə texnologiyaları, reanimasiya və intensiv terapiya avadanlıqları klinikanın texniki bazasını təşkil edir”, – deyə baş həkim vurğulayıb. O əlavə edib ki, klinikanın fəaliyyəti Azərbaycan səhiyyəsində plastik və rekonstruktiv cərrahiyyənin inkişafına ciddi impuls verəcək və əhalinin sağlamlığının qorunmasına mühüm töhfə olacaq.
Adil Qeybulla Tofiq Yaqublunu təcridxanada müayinə etdi

Həkim-cərrah, professor Adil Qeybulla mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib: “Rusiyada diplomdan sonrakı təhsil mərhələsi kimi fəaliyyət göstərən tibb akademiyaları var idi. Bu akademiyalar əsasən Moskva və Sankt-Peterburq şəhərlərində fəaliyyət göstərirdi və müəyyən mənada effektiv tədris bazası hesab olunurdu. Lakin hesab edirəm ki, bu sistem daha çox Sovet dövründən qalma yanaşmanın davamıdır və müasir dövrdə tam şəkildə özünü doğrultmur. Bu gün biz Qərb təbabətinin standartlarına inteqrasiya etməyə çalışırıqsa, burada əsas prinsip fərqlidir. Qərb modelində həkim ixtisasını dəyişmək və ya yeni sahə üzrə fəaliyyət göstərmək istəyirsə, mütləq şəkildə yenidən rezidentura keçməlidir. Yəni o, seçdiyi sahə üzrə həm nəzəri bilikləri, həm də praktiki bacarıqları sıfırdan mənimsəməli, peşəkar səviyyədə hazırlanmalıdır. Əsas məqsəd isə səhiyyədə keyfiyyət və təhlükəsizliyi təmin etməkdir. Həkimlər yüksək ixtisaslı və peşəkar olmalıdır ki, onların fəaliyyəti insanların sağlamlığı üçün etibarlı olsun. Səhiyyə sistemi yalnız bu halda güvənli və effektiv ola bilər. Bu baxımdan, alternativ strukturda belə fakültə və ya tədris modellərinin yaradılması müəyyən mənada tanış və sabit sistem təsiri bağışlayır. Çünki bu yanaşma keçmiş Sovet məkanında geniş tətbiq olunub. Şəxsi təcrübəmdən də qeyd edə bilərəm ki, mən Rusiyada, Sankt-Peterburqda diplomdan sonrakı tibb akademiyasında estetik cərrahiyyə üzrə kurs keçmişəm və bu sahə üzrə Rusiya nümunəli diplom əldə etmişəm. Yəni bu sistem mövcuddur və müəyyən çərçivədə işləkdir. Bununla belə, düşünürəm ki, əgər biz doğrudan da Qərb təbabətinin standartlarını tətbiq etmək istəyiriksə, bu yanaşma bütün sahələrdə ardıcıl şəkildə həyata keçirilməlidir. Yalnız bu halda daha müasir, keyfiyyətli və etibarlı səhiyyə sistemi qurmaq mümkün olacaq”.
Afaq Mirayiq,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Məsud Pezeşkian Prezident İlham Əliyevə zəng etdi

Next

Mədəniyyət Nazirliyinin bu şöbəsi LƏĞV EDİLDİ

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv