Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Elektron siqaret qadağası başladı – Hamı cərimələnə bilərmi? Qanundakı incə məqam

By Vüsal Rafiqoğlu
03.04.2026 2 Min Read

Azərbaycanda 1 aprel 2026-cı ildən etibarən elektron siqaretlərlə bağlı sərt qadağa qüvvəyə minib. Qanuna görə, elektron siqaretlərin ölkəyə idxalı, ixracı, istehsalı, saxlanılması, satışı və istifadəsi qadağan olunub. Bununla yanaşı, ictimai yerlərdə elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə oluna bilər. Lakin qanunun tətbiqi ilə bağlı yeni bir problem ortaya çıxıb – elektron siqaretlərlə qızdırılan tütün məmulatları tez-tez bir-biri ilə qarışdırılır və nəticədə vətəndaşlar səhvən cərimə edilirlər.

Musavat.com xəbər verir ki, bu barədə “Azad İstehlakçılar” İctimai Birliyi (AİİB) xüsusi bəyanat yayıb.

Xatırladaq ki, Azərbaycanda tütün məhsullarının tənzimlənməsi ilə bağlı əsas sənəd 2001-ci il 8 iyun tarixli “Tütün və tütün məmulatları haqqında” Qanundur. Son 25 ildə bu qanuna dəfələrlə dəyişiklik edilib və tütün məhsullarının istifadəsi mərhələli şəkildə məhdudlaşdırılıb. Qanuna son dəyişiklik isə 2026-cı il fevralın 1-də qəbul olunub və 1 aprel tarixindən etibarən elektron siqaretlərə tam qadağa tətbiq edilib. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərə əsasən, qadağan edilmiş yerlərdə və ictimai məkanlarda elektron siqaret istifadə edən şəxslər 30 manat məbləğində cərimə edilə bilər.

Əsas problem – elektron siqaretlə qızdırılan tütün qarışdırılır

“Azad İstehlakçılar” İctimai Birliyi bildirir ki, son günlər onlara çoxsaylı müraciətlər daxil olur. Vətəndaşlar qadağanın hansı məhsullara şamil edildiyini soruşur, bəziləri isə artıq cərimə olunduqlarını bildirirlər. Bəzi hallarda qanuna nəzarət edən qurumların əməkdaşlarının da məsələni yanlış şərh etdiyi iddia olunur. AİİB-in məlumatına görə, qanun yalnız elektron siqaretlərə aiddir və qızdırılan tütün məmulatlarına şamil edilmir.

Son dəyişikliklər zamanı qanuna iki yeni anlayış daxil edilib və bu iki məhsulun hüquqi statusu ayrıca müəyyənləşdirilib. Qızdırılan tütün məmulatı – tütün qarışığından ibarət məhsuldur və alışdırılmadan qızdırılaraq istifadə edilir. Bu zaman nikotin tərkibli aerozol yaranır. Qanunda açıq şəkildə qeyd olunur ki, qızdırılan tütün məmulatı elektron siqaret hesab edilmir. Elektron siqaret isə tütün istifadə etmədən, xüsusi mayenin buxarlanması ilə işləyən cihazdır və nikotinli və ya nikotinsiz buxar inhalasiya etmək üçün istifadə olunur. Bu fərq hüquqi baxımdan son dərəcə vacibdir.

AİİB bildirir ki, qanunvericiliyə görə, qızdırılan tütün məmulatları və onların cihazları qadağan edilən məhsullar siyahısına daxil deyil. Məsələn, Terea – qızdırılan tütün məhsulu, IQOS – həmin məhsulların istifadə edildiyi cihazdır. Bu məhsullar mövcud qanuna görə elektron siqaret hesab edilmir.

eyyub son.PNG (353 KB)

AİİB-in sədri Eyyub Hüseynov bildirir ki, bəzi hallarda qızdırılan tütün istifadəçiləri də elektron siqaret istifadəçisi kimi qiymətləndirilərək cərimə edilirlər. Birliyin məlumatına görə, belə hallar qanunun yanlış tətbiqi ilə bağlıdır.

Təşkilat bir daha vurğulayır ki, qızdırılan tütün məmulatlarından qanunla qadağan edilməyən yerlərdə istifadə hüquqi məsuliyyət yaratmır.

“Azad İstehlakçılar” İctimai Birliyi hesab edir ki, yeni qadağanın düzgün tətbiqi üçün həm vətəndaşlar, həm də nəzarət edən qurumların əməkdaşları qanunun məzmunu barədə dəqiq məlumatlandırılmalıdır.

Təşkilat bildirir ki, uzun illərdir ölkədə tütün istifadəsinin azaldılması istiqamətində maarifləndirmə aparır və hətta filtrsiz siqaret istehsal edən dörd müəssisənin fəaliyyətinin dayandırılmasına nail olub. Lakin yeni qadağanın tətbiqi zamanı qanunun düzgün şərh olunması və vətəndaşların haqsız cərimələrə məruz qalmaması xüsusi əhəmiyyət daşıyır.

E.Məmmədəliyev,
Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq

Next

Hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ:Nazirlik elan etdi -Mayın 31-dək…

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv