Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Valideynlərə xəbərdarlıq: uşaq travmaları niyə ağır sınıqlara çevrilir? – Səhiyyə Nazirliyinin mütəxəssisi cavab verir

By Vüsal Rafiqoğlu
03.04.2026 4 Min Read
Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Nuşrəvan Şahverdiyev ən çox rast gəlinən travmaları, əlamətləri və müalicə yollarını izah edir.

-Doktor, uşaq travmalarının ən çox görülən növləri hansılardır?

– Uşaq travmaları psixoloji, emosional, fiziki ola və uşağın gələcək inkişafına təsir edə bilər. Travmatoloq olaraq biz bu gün fiziki travmalardan danışacağıq. Fiziki travmalar müxtəlif səbəblərdən yaranır və ciddi fəsadların olmaması üçün vaxtında müdaxilə lazımdır. Daha çox rast gəlinən səbəblər yıxılmalar, nəqliyyat və idman zədələridir. Uşaqlar kiçik yaşlarda tarazlıqlarını qoruya bilmədiklərinə görə tez-tez yıxılaraq travma alırlar və bu müxtəlif sınıqlara səbəb olur. Yuxarı və aşağı ətraf sınıqları ön sıralardadır. Yuxarı ətraf sınıqları çiyin, dirsək və bilək nahiyəsinin travmaları zamanı yaranır və hər nahiyənin yaşa uyğun olaraq fərqli müalicə üsulu var. Dirsək oynağı sınıqlarının müalicəsi daha çox diqqət tələb edir. Nəqliyyat travmaları yüksək enerjili travmalara aiddir böyük sümüklərin ən çox da aşağı ətraf sınıqları ilə müşahidə olunur. İdman zədələri isə hər hansı bir fiziki aktivlik zamanı yaranır. Məsələn, güləş zamanı körpücük, dirsək və bilək sınıqlarının rast gəlmə tezliyi digər sümüklərdən çoxdur.

– Uşaqlarda sınıqlar zamanı əlamətlər hansılardır?

– Uşaqlarda sınıq olan nahiyədə güclü və davamlı ağrı hiss olunur. Tərpənən zaman ağrılar daha da güclənir. Zədə bölgəsində ödem yaranır və dəri qızara bilər. Bu, toxumaların zədələnməsi və qan dövranının pozulması nəticəsində baş verir. Uşaq sınıq olan nahiyəni hərəkət etdirməkdə çətinlik çəkir və ya tamamilə hərəkət etdirmək istəmir. Yerdəyişmiş sınıqlar zamanı ətrafda deformasiyalar yaranır. Sınıq nəticəsində qan damarları zədələndiyi üçün göyərmələr əmələ gələ bilər. Bəzi hallarda sınıq bölgəsində qeyri-normal hərəkətlilik və ya sümüklərin bir-birinə sürtünməsi hiss oluna bilər ki, buna da krepitasiya deyilir.

– Uşaqlarda rast gəlinən sınıqlar və müalicə prinsipləri haqqında nə deyə bilərsiniz?

– Uşaqlarda ən çox yuxarı və aşağı ətraflarda sınıq, çıxıq yaranır. İlk öncə bilək sınıqları haqqında məlumat verim. Bilək sınıqları uşaqlarda əl üzərinə düşmə zamanı yaranır, daha çox zədələnən mil və dirsək sümükləridir. Kiçik yaşlı uşaqlarda sümüküstlüyü qalın olduğuna görə adətən bu sınıqlar sümüküstlüyüaltı (subperiostal) olur və az yerdəyişmə ilə müşahidə olunur. Nümunə olaraq, “yaşıl budaq” sınığını göstərmək olar. Yerdəyişmə varsa sınıq qapalı düzəliş edilərək gips sarğısı ilə fiksasiya olunur. Said sümüklərinin müştərək sınıqları da müalicəsi uşağın yaşı az olduqda gips sarğısı ilə aparılır, amma daha böyük yaşlarda yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi müdaxilə tələb edə bilər.
Dirsək oynağı 3 sümükdən (bazu, mil və dirsək) təşkil olunan mürəkkəb oynaqdır. Bu nahiyədə isə ən çox rast gəlinən bazu sümüyünün aşağı 1/3-nin sınıqlarıdır, digər adı ilə suprakondilyar. Beynəlxalq klassifikasiyada bunların 4 tipi qeyd olunur. Birinci tip yerdəyişməsizdir və 3 həftəlik gips sarğısı kifayətdir. İkinci tip minimal yerdəyişmə ilə xarakterizə edilir, az hallarda cərrahidir. Əgər yerdəyişmə qapalı üsulla düzəldilib stabil qalırsa gipslə müalicə olunur, əks halda ümumi keyləşmə altında qapalı reduksiya millərlə fiksasiya edilir. Üçüncü və dördüncü tiplərdə isə müalicə cərrahidir və yenə də millərlə fiksasiya edilmiş ətraf 3-4 həftə aralığında gips sarğısında saxlanılır. Ümumiyyətlə bu sınıqlar dirsəkdən ətrafı sınıqların təxminən 70 faizini təşkil edir və proqnozu əgər sınıq anatomik düzəliş edilibsə qənaətbəxşdir.
Bazu sümüyünün cisminin və yuxarı 1/3-nin sınıqları kiçik yaşlı uşaqlarda adətən dezo sarğısı və ya gips ilə aparılır. Burada yerdəyişmənin olması dirsəkdən fərqli olaraq az önəm kəsb edir, çünki yaşa bağlı olaraq sümüklərdə remodelizasiya qabiliyyəti çoxdur və gələcəkdə hər hansı problemin olma ehtimalı çox azdır. Böyük yaşlı uşaqlarda isə nadirən də olsa cərrahi müdaxilə tələb edə bilər.
Körpücük sınıqları çiyin üzərinə yıxılma sonrası yarana bilər, müalicəsi adətən dezo və səkkizvari sarğı fiksasiyası ilə konservativdir. Amma sınıq açıqdırsa, damar-sinir zədələnməsi varsa, yerdəyişmə çoxdursa cərrahi müdaxilə tələb edir.

– Hansı növ sınıqlara daha az rast gəlinir?

– Aşağı ətraf sınıqlarına yuxarı ətraf sınıqlarından daha az rast gəlinir. Topuq oynağı ətrafı sınıqlar adətən burxulma sonrası yaranır və daha böyük yaşlı uşaqlarda görünür. Bu sınıqlar çox vaxt böyümə zonasının zədələnməsi ilə müşahidə edilir. Müalicəsi gips sarğısı və yerdəyişmənin xarakterindən asılı olaraq cərrahi də ola bilər. Qamış sümüyünün cisminin sınıqları hər yaşda rastlanan bir sınıqdır, yenə də kiçik yaşlarda bunlar subperisotaldır və gips sarğısı ilə sağalır. Böyük yaşlarda isə yerdəyişmənin xarakterindən asılı olaraq konservativ və ya cərrahi yolla müalicə edilir. Bud sümüyü cisminin sınıqları kiçik yaşlı uşaqlarda yıxılma zamanı yaranır. Ətraf 6-8 həftə koksid gips sarğısında qalır. Bu sümüyün də remodelizasiya qabiliyyəti artıq olduğuna görə yerdəyişmə olsa belə bu yaşlarda nadirən cərrahi müdaxilə tələb edir. Böyük uşaqlarda isə bu sümüyün sınığına yüksək enerji səbəb olur və müalicə çox hallarda cərrahidir. Müxtəlif əməliyyat metodları var, məsələn son vaxtlar üstünlük verdiyimiz üsul daxili fiksasiya ilə birlikdə sümüyün qapalı və ya açıq reduksiyasıdır, bunun xarici fiksasiyadan üstünlüyü istifadə olunan implantın xarici mühitlə əlaqəsini tamamilə kəsmək və gələcəkdə yarana biləcək infeksiya riskini minimala endirməkdir. Bud sümüyü boynunun sınıqları az rast gəlinir, bu travmanın yaranmasına adətən yüksək enerji səbəb olur, məsələn avtoqəzalar. Bu sınıqların müalicəsi əksər hallarda cərrahidir, 24 saat ərzində sınığı anatomik reduksiya edərək vintlərlə fiksasiya etmək lazımdır. Bud sümüyü başının qanla təchizatı zəif olduğuna görə gecikmiş hallarda fəsadlara yol aça bilər.

– Uşaqlarda travmaların uzunmüddətli təsirləri nə ola bilər?

– Uşaqlarda sınıqların uzunmüddətli təsirləri travmanın növünə, yerinə, müalicə keyfiyyətinə və uşağın yaşına bağlı olaraq dəyişə bilər. Sümüklər uşaqlıq dövründə daha elastik və sağalma qabiliyyəti yüksək olsa da, bəzi hallarda uzunmüddətli fəsadlar yarana bilər. Sınıq düzgün bitişmədikdə sümük əyrilikləri, ətrafda qısalmalar ola bilər. Oynaq ətrafı sınıqlar gələcəkdə erkən artrit və hərəkət məhdudiyyəti yarada bilir. Böyümə zonasına təsir edən sınıqlar sümüyün qeyri-bərabər böyüməsinə və ya vaxtından əvvəl bağlanmasına səbəb ola bilər ki bu da gələcəkdə deformasiyalar və travma almış ətrafın sağlama nisbətdə qısa olmasına gətirib çıxarar. Sınıq səbəbilə uzun müddət hərəkətsiz qalmaq əzələ gücünün azalmasına təkan verir. Bəzi sınıqlar damar və sinirlərə təsir edərək həmin nahiyədə qan təchizatının azalmasına və hissiyyat itkisinə səbəb olur. Bunlarla yanaşı ağır sınıqlar uşaqlarda qorxu və hərəkət etməkdən çəkinmə hissi yarada bilər. Fiziki məhdudiyyətlər və bərpa prosesi uşaqlarda sosial həyatdan uzaqlaşma və özgüvən problemləri ilə nəticələnə bilər. Bəzi ağır sınıqlar uşaqların gələcəkdə idman və ya fiziki fəaliyyətlərdə iştirakına mane ola bilir. Bunların qarşısını almaq üçün düzgün ortopedik müalicə və reabilitasiya, fizioterapiya, gücləndirici məşqlər, psixoloji dəstək və motivasiya vacibdir. Erkən diaqnoz və düzgün müalicə ilə uşaqlarda sınıqların uzunmüddətli fəsadlarının qarşısını almaq mümkündür.


Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Hərbi təhsil almaq istəyənlərin NƏZƏRİNƏ:Nazirlik elan etdi -Mayın 31-dək…

Next

Füzuli Şeydayev qəfil öldü

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv