Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

“Öp, əə” – Bayraqları bayraq edən həm də yol keçənin ona sahib çıxmasıdır

By Vüsal Rafiqoğlu
02.05.2026 3 Min Read

Sumqayıtda milli bayrağımıza qarşı hörmətsizlik edən və bir gün sonra yaxalanan gəncin psixi baxımdan narahat biri olması məsələnin mahiyyətini bir az dəyişir.

Amma həqiqətənmi o gəncin ruhi vəziyyəti taraz deyil, yoxsa bunu onun yaxınları, hüquq işlərini bilən biri uydurub? Hələ bəlli deyil.

Gəncin yerişindən təşəxxüslü, özünü bir şey sanan biri olduğu görünür. Həm də bayrağa yumruq atıb getdikdən 5-6 saniyə sonra geri qayıdır və daha bir əcaib hərəkətə yol verir. Bu, onu göstərir ki, onun birinci etdiyi hərəkət spontan, impulsiv xarakterli deyil. O, etdiyi hörmətsizlikdən ürəyi soyumadığı üçün geri qayıdır.

Düzdür, gənc həmin qəbahəti törətdikdən sonra qolundan yapışan daha cantaraq gəncin qarşısında cücəyə dönür və onun “öp, əə” tələbi ilə yaxınlaşaraq bir az əvvəl pis bir jest etdiyi bayrağı öpür, amma bütün bu hərəkətlərdən onun tam ağlı başında biri olduğu sezilir.

Onun özündən güclünün əmrinə tabe olması, onun dediyini etməsi, daha sonra onu tüpürdüyünü yalamağa məcbur edən şəxsə barışıq əli uzatması göstərir ki, o, məruz qala biləcəyi zoru fərq etməyəcək qədər naxoş deyil, canının qədrini bilir və qapaz yemək istəmir.

Onu quzuya döndərən gəncə də afərin düşür – həm qeyrətli, həm də təmkinli davrandığına görə. Videoya baxarkən adama elə gəlir ki, o, indicə xuliqanlıq edən gəncə bir-iki qapaz, gedəndə isə arxasına təpik ilişdirəcək. Cantaraq gənc bunların heç birini etmir, eləcə, bayrağa qarşı hörmətsizlik etməyin düz iş olmadığını başa salır.

Ancaq bir iş də var ki, ağıllı adam öz ölkəsində öz milli bayrağına qarşı belə hərəkət etməz. Bunu yalnız düşmən edər. O da ora-bura baxar, heç kəsin görmədiyinə əmin olandan sonra içindəki nifrəti qusar və qaçıb gedər. (Müşahidə kameralarından hara qaçacaq ki?).

Ölkəmizdə milli bayrağımızı sevən milyonlarla uşaq, yeniyetmə, gənc, yetkin adamla yanaşı, onu sevməyən minlərlə, bəlkə də on minlərlə adam var. Onların hərəsinin müxtəlif motivlərinin olması mümkündür.

Məsələn, biri (yüzü, mini) SSRİ nostaljisi ilə yaşayır, atası o vaxt vəzifə yiyəsi olub, ailə proletariatdan fərqli yaşayıb, hər il ittifaq kurortlarına gediblər, qıtlıq, sıxıntı çəkməyiblər, amma indi dövran dəyişib, ailə həmin tərəqqidə deyil. Belələri hesab edirlər ki, Azərbaycan müstəqil olmasaydı, hər yerdə üçrəngli milli bayraq yox, qırmızı sovet-rus bayrağı dalğalansaydı, yenə bunların bir əli yağda, bir əli balda olardı. Ona görə də sırf öz şəxsi maraqlarına görə onların milli bayrağımızı görən gözləri yoxdur.

Başqa biri (yüzü, mini) hesab edir ki, islam (İran) bayrağı olan yerdə başqa bayraqlar olmamalıdır. Belələri yad ağaya qul olmağı üstün tutanlardır, total təbliğata uyublar, başqa ölkənin bayrağının altında daha xoşbəxt olacaqlarını düşünürlər. Burada da şəxsi maraqlar milli maraqları üstələyir. Bəs baxaq, görək, qonşu ölkənin bayrağı altında yaşayan milyonlarla soydaşımız çoxmu xoşbəxtdir?

Fikir verirsinizsə, ölkəmizin ictimai-siyasi fəallarının Türkiyəyə rəğbət bəsləyən kəsimi həm qardaş ölkənin ay-ulduzlu bayrağını, həm də öz bayrağımızı qoşa qaldırır, onları bir-birinə qarşı qoymur. Hətta “Qərbpərəstlər” adlandırılan siyasi fəallar kontingenti də öz bayrağımızı xor görmürlər.

Bir zamanlar avtomobillərin dövlət nömrə nişanının yanında milli bayrağımızı əksi və onu müşayiət edən “Ya sev, ya tərk et” sözləri həkk olunmuş trafaretlər görmək olardı. Ona da ehtiyac yoxdur. Milli bayrağı zorla sevdirmək olmaz. Sarsaq gəncin qolundan tutub ona “öp, əə” deyərək bayrağı öpdürmək onu cəzaladırmaqdır, bu onda vətənə, bayrağa sevgi oyatmayacaq. Sadəcə, o düşüncədə olan başqalarına görk olacaq ki, o bayraq yiyəsiz deyil. Onun ucalarda dalğalanması üçün “minlərlə can qurban ollub”, minlərlə lay divar kimi oğlanlar öz yaşamaq hüququndan keçiblər.

Vətəni də, bayrağı da hamının sevimlisi etmək, gerçəkdən də müqəddəs atributa çevirmək üçün məsuliyyət daşıyanlar var və onlar öz üzərlərinə düşən işi ləyaqətlə görməlidirlər.

Düşmən onsuz da gəbərənə qədər nə bu vətəni, nə bayrağımızı, nə də himnimizi sevəcək. Onları, yaxalayıb bayraq öpdürməklə islah etmək olmaz, onları yalnız bayrağın sapı ilə ram etmək olar.

Xalid KAZIMLI
Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Prezident Kuboku–2026”-da 9 medal

Next

Soyuq yaz, leysan yağışlar – İran müharibəsinin nəticəsi, yoxsa?

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv