Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Cəmiyyət

Soyuq yaz, leysan yağışlar – İran müharibəsinin nəticəsi, yoxsa?

By Vüsal Rafiqoğlu
02.05.2026 3 Min Read

Bu il yaz fəsli sanki adi axarından çıxıb. Ötən illərlə müqayisədə daha soyuq, daha sərt və gözlənilməz keçən mövsüm may ayına qədəm qoysaq da, hələ də tam isinmək bilmir. Havanın tez-tez dəyişməsi, gün ərzində bir neçə fərqli iqlim halının müşahidə olunması artıq adi hala çevrilib. Xüsusilə son günlər Azərbaycanda və region ölkələrində yağan aramsız, intensiv yağışlar həm insanların gündəlik həyatına təsir edir, həm də ciddi fəsadlar yaradır.

Normadan artıq düşən yağıntılar, sel və daşqın təhlükəsi fonunda cəmiyyətdə müxtəlif suallar yaranmağa başlayıb: bu qeyri-sabit və anormal hava şəraitinin arxasında nə dayanır? Sadəcə təbii iqlim dəyişiklikləridirmi, yoxsa proseslər daha dərin və narahatedici səbəblərlə bağlıdır?

Müzakirə olunan versiyalardan biri də regionda davam edən hərbi gərginliklə bağlıdır. Xüsusilə ABŞ və İsrailin İranla qarşıdurması fonunda baş verən hadisələrin təkcə siyasi deyil, eyni zamanda ekoloji nəticələr doğurduğu iddia edilir. Bəzi mütəxəssislərin və araşdırmaçıların fikrincə, müasir müharibələrdə istifadə olunan güclü partlayıcı maddələr, raket zərbələri və müxtəlif təsir gücünə malik silahlar atmosfer qatlarına müdaxilə edərək onun təbii balansını poza bilər.

Bu yanaşmaya görə, atmosferin strukturunda yaranan bu cür pozuntular ekosistemin sabitliyini sarsıdır və nəticədə leysan yağışlar, qəfil iqlim dəyişiklikləri, sel və daşqınlar kimi ekstremal hava hadisələrinin artmasına gətirib çıxarır. Region ölkələrində, o cümlədən Azərbaycan, Türkiyə, Gürcüstan və Ermənistanda müşahidə olunan anormal hava şəraiti də bəzi dairələr tərəfindən məhz bu proseslərin mümkün nəticəsi kimi qiymətləndirilir.

Bütün bu iddialar isə cəmiyyətdə həm narahatlıq yaradır, həm də yeni suallar doğurur: doğrudanmı müasir müharibələr təkcə insanlara deyil, təbiətə də görünməz, amma dağıdıcı zərbə vurur?

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı  qəbul olunacaq - AZƏRTAC

Mövzu ilə bağlı ekoloq Rövşən Abbasov Musavat.com-a danışıb:

“Ümumiyyətlə, hazırda insanın əlində elə bir texnologiya yoxdur ki, istər dağıdıcı, istərsə də hər hansı yaradıcı formada iqlim proseslərinə bu dərəcədə geniş miqyasda təsir göstərə bilsin. Əlbəttə, müəyyən texnologiyalar mövcuddur, məsələn, çox kiçik miqyasda süni yağış yaratmaq və ya dolunun qarşısını almaq üçün istifadə olunan üsullar var. Bu cür texnologiyalardan Azərbaycanda da uzun illərdir istifadə olunur. Yəni əsas məqsəd yağan dolunun qarşısını almaq və kənd təsərrüfatına dəyən ziyanı minimuma endirməkdir. Lakin bu tip üsulların iri miqyaslı iqlim və sinoptik proseslərə təsir etməsi barədə deyilənlər elmi əsasdan uzaqdır və təsdiqlənmir. O cümlədən, İran ətrafında gedən hazırkı münaqişənin intensiv yağıntılara təsir göstərməsi ilə bağlı iddiaların da heç bir elmi əsası yoxdur.

İkincisi, həmin ərazilərdə elə bir genişmiqyaslı hərbi əməliyyatlar aparılmır ki, nəticədə bu cür iqlim dəyişiklikləri baş versin. Üstəlik, artıq bir müddətdir ki, İranla bağlı atəşkəs rejimi mövcuddur. Bu baxımdan, hazırda müşahidə olunan hava şəraitini Körfəz regionunda baş verən hərbi proseslərlə əlaqələndirmək doğru deyil”.

Bəs havaların bu qədər yağıntılı keçməsinin səbəbi nədir?

Ekoloqun fikrincə, burada iki əsas amili nəzərə almaq lazımdır:

“Birincisi, iqlim dəyişikliklərinin təsiri ilə yağıntıların zaman üzrə paylanmasında ciddi fərqlər yaranır. Yəni əvvəlki kimi il boyu bərabər paylanmaq əvəzinə, yağıntılar qısa müddət ərzində intensiv şəkildə düşür və bu da iqlim hadisələrinin daha ekstremal xarakter almasına səbəb olur. Nəticədə güclü küləklər, leysan yağışlar baş verir və bu proseslər öz növbəsində sel və daşqın riskini artırır.

İkinci mühüm məqam isə iqlim hadisələrinin dövrlüyü ilə bağlıdır. Bu, çoxillik müşahidələrlə təsdiqlənən bir reallıqdır. Yəni tarix boyu quraq və yağıntılı dövrlər bir-birini əvəz edib. Elə illər olub ki, quraqlıq hökm sürüb. Məsələn, 1998–1999-cu illərin quraqlığı yaxşı xatırlanır. Eyni zamanda, son illərdə də quraqlıq dövrləri müşahidə olunub. Hətta iki il əvvəl ot örtüyünün zəif olması heyvandarlığa ciddi mənfi təsir göstərmişdi. Yəni hər il eyni miqdarda yağıntı gözləmək düzgün deyil, bu, tamamilə təbii və normal bir prosesdir”.

Rövşən Abbasovun fikrincə, hazırda yağan yağışların isə mənfi tərəflərindən çox müsbət tərəfləri var:

“Məsələn, Kür çayında dolma hadisəsi müşahidə olunur, otlaqlar daha məhsuldar vəziyyətə gəlib, su qıtlığı xeyli dərəcədə aradan qalxıb. Düzdür, bəzi hallarda güclü külək və dolu kənd təsərrüfatına müəyyən ziyan vura bilər, lakin ümumi mənzərəyə baxdıqda bu ili bolluq ili kimi qiymətləndirmək olar”.

Ekoloq may ayında daşqınlar gözlənildiyini də qeyd edib:

“Bir vacib məqamı da qeyd etmək lazımdır: Azərbaycanda, xüsusilə Kür çayı ətrafında yerləşən rayonlarda may ayında daşqın riski gözlənilir. Bu səbəbdən yerli əhali, icra strukturları və aidiyyəti qurumlar mümkün təhlükələrə qarşı əvvəlcədən hazırlıqlı olmalıdırlar”.

Xalidə Gəray

Musavat.com

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

“Öp, əə” – Bayraqları bayraq edən həm də yol keçənin ona sahib çıxmasıdır

Next

MM: Azərbaycan-Ermənistan sülh gündəliyini hədəfləyən dezinformasiya kampaniyası həyata keçirilir

Xəbər lenti

  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026
  • Qonşunu izləyən kamera qanunsuz sayıla bilər – Ali Məhkəmədən mühüm qərar 09.07.2026
  • Ceyhun Bayramov: Azərbaycan TRİPP layihəsi üzrə işlərin getməsi barədə məlumatlandırılıb 09.07.2026
  • Azərbaycan XİN-in kollektivi Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib – YENİLƏNİB 09.07.2026
  • Bakıdan Ermənistanla sərhəd barədə mühüm açıqlama: “Müsbət dinamika müşahidə olunur” 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv