Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Prezidentin tarixi Böyük Qaladərəsi mesajları – deputatdan açıqlamalar

By Vüsal Rafiqoğlu
29.05.2026 4 Min Read

Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər Azərbaycanın postmünaqişə dövründə formalaşdırdığı yeni siyasi reallığın əsas istiqamətlərini əks etdirir.

Bunu Musavat.com-a açıqlaması zamanı Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bildirib.

Rizvan Nəbiyev: “Zayed İnsan Qardaşlığı Mükafatı” Prezident İlham Əliyevin sülhsevər siyasətinin beynəlxalq təsdiqidir

Deputat ölkə Prezidentinin səsləndirdiyi fikirlərə diqqət çəkib: “Dövlət başçısı çıxışında xüsusilə vurğuladı ki, Azərbaycanın əldə etdiyi hərbi-siyasi nəticələr təsadüfi deyil, uzunmüddətli strateji hazırlığın nəticəsidir:

“Biz güc yığırdıq, güc toplayırdıq – həm iqtisadi, həm hərbi, həm beynəlxalq müstəvidə”.

Bu fikir Azərbaycanın məhz Prezident İlham Əliyevin son 20 ildən artıq bir müddətdə həyata keçirdiyi dövlət quruculuğu modelinin mahiyyətini ifadə edir. Ölkənin iqtisadi potensialının gücləndirilməsi, müasir ordunun formalaşdırılması və beynəlxalq diplomatik mövqelərin möhkəmləndirilməsi nəticə etibarilə Azərbaycanın regional güc balansında mövqeyini ciddi şəkildə dəyişdi.

Prezident İlham Əliyev həm 2020-ci il Vətən müharibəsini, həm də 2023-cü ildə suverenliyin tam bərpasını “Şanlı Zəfər” kimi xarakterizə edərək vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam şəkildə təmin olunub. Bu nəticə yalnız hərbi qələbə deyil, həm də siyasi və hüquqi baxımdan tarixi dönüş nöqtəsidir”.

R.Nəbiyevin sözlərinə görə, Prezident İlham Əliyevin Şuşa rayonunun Böyük Qaladərəsi kəndində sakinlərlə görüşü zamanı səsləndirdiyi fikirlər yalnız postmünaqişə dövrünün cari siyasi reallıqlarını deyil, eyni zamanda Azərbaycanın son 30 illik dövlətçilik strategiyasını, milli müqavimət fəlsəfəsini və regional güc balansında formalaşdırdığı yeni geosiyasi mövqeyi əks etdirir:

“Dövlət başçısının çıxışında Zəfər, dövlət suverenliyi, milli iradə, tarixi ədalətin bərpası və güclü dövlət quruculuğu kimi əsas ideoloji xəttlər xüsusi yer tutur”.

Deputat hesab edir ki, Prezidentin çıxışının əsas ideoloji xəttlərindən biri Azərbaycan xalqının milli iradəsi və mənəvi dayanıqlılığı ilə bağlı idi: “Prezident qeyd etdi ki, xalq ağır humanitar və sosial çətinliklərə baxmayaraq, heç vaxt doğma torpaqlara qayıdış ümidini itirməyib.

“Xalqımız nə qədər əzəmətlidir, vüqarlıdır və yenilməzdir”.

Bu kontekstdə Prezidentin keçmiş məcburi köçkünlərlə bağlı fikirləri xüsusi əhəmiyyət daşıyır. 30 il ərzində doğma yurdlarından uzaqda yaşamalarına baxmayaraq, insanların qayıdış ümidini itirməməsi dövlət və cəmiyyət arasında formalaşmış milli həmrəylik modelinin göstəricisi kimi təqdim olunur. Bu yanaşma postmünaqişə dövründə həyata keçirilən “Böyük Qayıdış” siyasətinin yalnız infrastruktur layihəsi deyil, həm də sosial-mənəvi və siyasi proses olduğunu göstərir”.

R.Nəbiyev bildirib ki, azad edilmiş ərazilərə qayıdışın təmin olunması dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi vurğulandı: “Prezident İlham Əliyev çıxışında Azərbaycanın müstəqillik tarixinin mürəkkəb mərhələlərinə də toxunaraq tarixi müqayisə və paralellər apardı. O qeyd etdi ki, 1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti cəmi iki il fəaliyyət göstərə bildi və o dövrdə müstəqilliyi qorumaq mümkün olmadı. Bununla yanaşı, dövlət başçısı vurğuladı ki, 1991-ci ildə yenidən əldə edilmiş müstəqillik də ciddi təhlükələrlə üzləşmişdi. Ermənistanın hərbi təcavüzü, daxildəki siyasi böhran və vətəndaş qarşıdurması ölkəni ağır vəziyyətə salmışdı. Məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı dövlətçiliyin qorunmasında həlledici rol oynadı. Ölkədə sabitlik bərpa edildi, iqtisadi və siyasi inkişafın əsasları formalaşdırıldı, dövlət institutları möhkəmləndirildi. Bu kontekstdə Prezident İlham Əliyevin “biz hər gün azadlıq gününü yaxınlaşdırırdıq” fikri dövlət strategiyasının uzunmüddətli və ardıcıl xarakter daşıdığını göstərir. Azərbaycan illər ərzində həm hərbi, həm iqtisadi, həm də diplomatik gücünü sistemli şəkildə artıraraq hədəfinə doğru irəlilədi”.

Deputat qeyd edib ki, Prezident çıxışında azad edilmiş ərazilərin coğrafi relyef və hərbi baxımdan son dərəcə mürəkkəb olduğunu da xüsusi vurğulayıb: “Laçın, Kəlbəcər, Füzuli və digər istiqamətlərdə möhkəmləndirilmiş müdafiə xətləri, mina sahələri və çətin dağ relyefi mövcud idi. Buna baxmayaraq, Azərbaycan Ordusu yüksək peşəkarlıq və qəhrəmanlıq nümayiş etdirərək bu maneələri aşdı.

Dövlət başçısı şəhidlərin və qazilərin fədakarlığını xüsusi qeyd etdi:

“Bizim qəhrəman övladlarımız sinələrini qabağa verərək, özlərini qurban verərək o xətləri yardılar”.

Prezident İlham Əliyev 44 günlük müharibənin nəticəsini haqqlı olaraq müasir tarixdə nadir rast gəlinən “mütləq Qələbə” kimi xarakterizə etdi. Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi və Azərbaycanın bütün strateji məqsədləri reallaşdı”.

Regional təhlükəsizlik və Azərbaycanın fərqli modelindən bəhs edən Milli Məclis üzvü qeyd edib ki, dövlət başçısı çıxışında regionda və dünyada davam edən müharibələrə də diqqət çəkdi:

“O qeyd etdi ki, hazırda müxtəlif bölgələrdə gedən münaqişələrin nəticələrinin necə olacağı məlum deyil və tərəflərin hər biri özünü qalib elan etməyə çalışır. Prezident vurğuladı ki, Azərbaycan nümunəsi bu baxımdan fərqlənir. Çünki burada həm hərbi, həm siyasi, həm də hüquqi nəticələr tam şəkildə təmin edilib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bərpa olunub, yeni regional reallıq, yeni siyasi şərait formalaşıb. Bu yanaşma Azərbaycanın postmünaqişə modelini beynəlxalq müstəvidə fərqləndirən əsas amillərdən biri kimi təqdim olunur. Məhz bu amillərə görə, Prezident İlham Əliyev 2025-ci ilin sentyabrında BMT Baş Məclisində etdiyi çıxışda beynəlxalq birliyə mesaj verdi ki, “Azərbaycan müharibəni uddu, sülhü qazandı””.

Prezident İlham Əliyevin sakinlərlə görüşdə 28 May – Müstəqillik Gününü azad edilmiş torpaqlarda qeyd etməsinin artıq ənənəyə çevrildiyini bildirməsinə diqqət çəkən R.Nəbiyev daha sonra bildirib: “Bu, azad edilmiş ərazilərin dövlət həyatına tam reinteqrasiyasının və milli yaddaşın ayrılmaz hissəsinə çevrildiyinin simvolik ifadəsi kimi qiymətləndirilir. Hazırda işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa layihələri həyata keçirilir. Yeni yaşayış məntəqələrinin salınması, müasir infrastrukturun qurulması və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi Azərbaycanın postmünaqişə inkişaf modelinin əsas istiqamətlərindən biridir. Posmünaqişə dövrü şəhərsalma və məskunlaşma siyasətində Azərbaycan modeli məhz 176 dövlətin 60 minə yaxın nümayəndəsinin də BMT-nin Şəhərsalma Forumunun Bakı sessiyasından apardığı əsas təcrübələrdən oldu.

Ümumilikdə Prezident İlham Əliyevin Böyük Qaladərəsi kəndindəki çıxışı Azərbaycanın müasir siyasi tarixinin əsas xəttlərini – dövlətçilik, milli iradə, hərbi güc, strateji səbir və tarixi ədalətin bərpası ideyalarını özündə birləşdirən konseptual siyasi mesaj kimi qiymətləndirilə bilər. Çıxış həm keçmişin siyasi dərslərinə, həm də postmünaqişə dövründə Azərbaycanın gələcək inkişaf strategiyasına dair mühüm mesajlar ehtiva edir”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Azərbaycanda kərə yağı ilə bağlı qərar verildi

Next

Hava kəskin dəyişir – XƏBƏRDARLIQ EDİLDİ

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv