Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Şuşa Bəyannaməsi: Tarixi münasibətlərin yeni mərhələsi

By Vüsal Rafiqoğlu
08.06.2026 4 Min Read

Bəyannamə Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan ən yüksək səviyyəli müttəfiqlik sənədidir

2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistan işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan müttəfiqlik sənədi idi.

Müttəfiqlik haqqında Şuşa Bəyannaməsini şərtləndirən siyasi-tarixi amillərə qısaca nəzər salaq.. Məlumdur ki, 1921-cil il Qars anlaşması ilə Türkiyəyə Naxçıvanla bağlı müəyyən mənada zəmanətçi, qoruyucu ölkə statusu verilmişdi. Qeyd edək ki, Türkiyə hələ keçmiş SSRİ-nin mövcud olduğu ərəfədə – 1991-ci il noyabrın 9-da Azərbaycanın dövlət müstəqilliyini tanıdı. 1994-cü il yanvarın 14-də iki ölkə arasında diplomatik əlaqələr quruldu. 1992-ci il avqustun 12-də imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında qarşılıqlı hərbi təlim-təhsil haqqında Müqavilə” məhz 2011-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin imzaladığı Fərmanla təsdiq edildi. 1994-cü ildə iki ölkə arasında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında “Dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə Müqavilə” imzalandı və bu anlaşma ilə əlaqələrin siyasi-hüquqi zəmini formalaşdırıldı. 2010-cu ildə “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Strateji əməkdaşlıq sazişi imzalandı. Müqavilənin bir şərtinə görə, Türkiyə və Azərbaycan ölkələrindən birinə qarşı hücum və ya hücum vəziyyətində hücuma uğramayan ölkə “bütün imkanlarını istifadə edərək” hücuma uğrayan ölkəni dəstəkləyəcək. Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan-Türkiyə əlaqələrini pik zirvəsinə yüksəltdi və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yarandı.

2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini bir daha nümayiş etdirdi.  Azərbaycan-Türkiyə münasibətləri Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” və Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” müdrik kəlamları ilə xarakterizə olunurdu. Bu münasibətlər prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə özünün zirvə mərhələsinə qədəm qoymuş oldu. Türkiyə Prezidentinin Şuşa Bəyannaməsinin imzalanmasından bir gün sonra Azərbaycanın Milli Məclisində çıxışı zamanı söylədiyi sözlər bu sənədin bütün mahiyyətini açıqlayır: “Bu müqəddəs Vətən müharibəsi dövründə Türkiyə həm dövlət, həm də millət olaraq bütün qəlbi ilə Azərbaycanın yanında yer almışdır. Bu gün də bütün imkanlarımızla Azərbaycanın yanındayıq, bütün dünya bilsin ki, İnşallah, sabah da yanında olacağıq. Necə ki, Balkan müharibəsi zamanı Azərbaycanın Dövlət Himninin sözlərinin müəllifi Əhməd Cavad azərbaycanlı gənclərlə birlikdə Osmanlı ordusunun sıralarında döyüşübsə, necə ki, Çanaqqalada Azərbaycandan gələn igidlərlə Anadolunun dəliqanlıları birlikdə mübarizə aparıb, birlikdə şəhadətə ucalıb zəfər qazanıblarsa, necə ki, Qafqaz İslam Ordusunun aslanları – Nuru Paşanın əsgərləri o gün azərbaycanlı qardaşlarımızın yardımına gəlibsə, biz də bu gün və gələcəkdə bir və bərabər olacağıq. Azərbaycanın aydınlığı aydınlığımız, sevinci sevincimiz, azadlığı azadlığımız, taleyi taleyimiz, kədəri kədərimizdir.”

Sənəddə milli mənafelərimiz baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş və birgə fəaliyyətlərin təşviq edilməsi xüsusi yer tutur. Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyət hesab edilir. Şuşa Bəyannaməsində xüsusi önəm daşıyan məsələlərdən biri kimi aktual xarakter daşıyan informasiya siyasəti və lobbiçilik məsələlərini qeyd etmək olar. Bəyannamədə Azərbaycan-Türkiyə Media Platformasının imkanları çərçivəsində iki ölkənin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya və ictimai diplomatiya sahəsində əməkdaşlığın daha da gücləndirilməsi və Azərbaycan və türk diasporları arasında əməkdaşlığın daha sıx inkişaf etdirilməsi, ümumi problemlər qarşısında birlikdə addımların atılması və ardıcıl həmrəylik göstərilməsi kimi müddəaların yer alması bu məsələyə xüsusi önəm verildiyini və fəaliyyətlərin koordinasiya edilməsinin vacibliyini bildirir. Yüz il bundan əvvəl imzalanmış Qars müqaviləsindəki müddəaların yenilənməsi, adıçəkilən müqavilədən fərqli olaraq iki qardaş dövlət arasında belə bir Bəyannamənin imzalanması böyük tarixi nailiyyətdir.

Təbii ki, Qars müqaviləsi kimi, Şuşa Bəyannaməsi də Ermənistanın ciddi narahatlığına səbəb oldu. Tarixə nəzər yetirsək, görərik ki, Ermənistanın zaman-zaman Qars müqaviləsi ilə bağlı böyük narazılıqları olub. Çünki bu müqavilə ermənilərin yeni ərazi iddialarının qarşısına keçilməz bir sədd çəkirdi. Məhz bu baxımdan Şuşa Bəyannaməsinin Qars müqaviləsinə istinad etməsi heç də təsadüfi deyildi. Bu Bəyannamə həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olmaqla bərabər, Azərbaycan və Türkiyə dövlətləri arasında bütün sahələrdə inteqrasiyanın nümunəsidir. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik deməkdir. Liderlərin qətiyyətli baxışı sayəsində Şuşa Bəyannaməsi həm də bütövlükdə Türk dünyasının dirçəliş manifestinə çevrilib. Azərbaycan-Türkiyə Birliyi bu gün Türk Dövlətləri Təşkilatının (TDT) onurğasını təşkil edir və digər Türk respublikaları üçün vahid inteqrasiya standartı rolunu oynayır. Xüsusilə Şərqlə Qərbi birləşdirən Orta Dəhlizin əsas halqası olan Zəngəzur dəhlizinin açılması istiqamətində Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdikləri ortaq iddialı mövqe Türk dünyasının coğrafi və iqtisadi bütövləşməsini labüd edir. TDT daxilində təhlükəsizlik, humanitar və mədəni əlaqələrin dərinləşməsi məhz Şuşada əsası qoyulan bu böyük geosiyasi strateji zəkanın nəticəsidir.

Sevinc Azadi, “İki sahil”

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Əhaliyə xəbərdarlıq: İyunun 9-dan 12-dək…

Next

Ceyhun Bayramov Yaponiyaya getdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv