Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Gündəm

Dövlətçiliyin xilasından tarixi zəfərə uzanan yol

By Vüsal Rafiqoğlu
10.06.2026 4 Min Read

Tarixin elə anları olur ki, həmin məqamlar bir xalqın taleyində adi siyasi hadisə olmaqdan çıxaraq bütöv bir milli iradənin ifadəsinə çevrilir. Azərbaycanın müasir tarixində 15 İyun – Milli Qurtuluş Günü məhz belə əhəmiyyətə malikdir. Bu tarix yalnız hakimiyyət dəyişikliyi və ya siyasi prosesin nəticəsi deyildi. O gün Azərbaycan xalqı əslində öz dövlətinin taleyi ilə bağlı seçim etdi, dövlətçiliyin qorunmasını və gələcəyin etibarlı əllərdə olmasını üstün tutdu. Məhz buna görə Milli Qurtuluş Günü Azərbaycanın sonrakı inkişafının siyasi başlanğıc nöqtəsi hesab olunur. 1990-cı illərin əvvəllərində ölkədə yaranmış mürəkkəb vəziyyət Azərbaycanı ağır sınaq qarşısında qoymuşdu. Yenicə müstəqilliyini bərpa etmiş dövlət həm xarici təhdidlərlə, həm də daxildə ciddi problemlərlə üzləşmişdi. Bir tərəfdən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü genişlənir, digər tərəfdən isə ölkə daxilində idarəçilik sistemi iflic vəziyyətinə düşürdü. Siyasi qarşıdurmaların dərinləşməsi, müxtəlif silahlı qruplaşmaların meydana çıxması və dövlət institutlarının zəifləməsi artıq ölkənin gələcəyini təhlükə altına salmışdı. Həmin dövrdə baş verən proseslər göstərirdi ki, dövlət müstəqilliyini qazanmaq qədər onu qoruyub saxlamaq da mürəkkəb və məsuliyyətli vəzifədir. Müstəqillik təkcə hüquqi aktın qəbul olunması ilə möhkəmlənmir. Dövlətin siyasi dayaqları, iqtisadi imkanları və milli həmrəyliyi də bu prosesdə həlledici rol oynayır. Azərbaycan məhz həmin dövrdə dövlətçiliyin ən ağır sınaqlarından keçirdi.

Cəmiyyətin müxtəlif təbəqələrində artıq bir fikir formalaşmışdı ki, ölkəni düşdüyü böhrandan çıxarmaq üçün böyük siyasi təcrübəyə malik, dövlət idarəçiliyinin incəliklərini dərindən bilən və milli maraqları hər şeydən üstün tutan liderə ehtiyac var. Çünki yaranmış vəziyyət emosional qərarlar və təsadüfi addımlarla həll ediləcək səviyyədə deyildi. Məhz belə bir zamanda xalqın ümid ünvanı Ulu Öndər Heydər Əliyev oldu. Onun siyasi təcrübəsi, qətiyyəti və hadisələrə uzaqgörən yanaşması Azərbaycan cəmiyyətində inam yaradan əsas amillərdən biri idi. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkənin siyasi həyatında yeni mərhələnin başlanğıcına çevrildi. Bu qayıdış ilk növbədə dövlət idarəçiliyində sabitliyin təmin olunmasına yol açdı. Qısa müddət ərzində ölkədə xaos və özbaşınalığın qarşısı alındı, dövlət institutlarının fəaliyyəti bərpa edildi, hüquqi əsaslar üzərində idarəçilik mexanizmi quruldu. Ən mühüm məsələlərdən biri isə insanlarda dövlətə inam hissinin yenidən formalaşdırılması idi. Ulu Öndər Heydər Əliyevin siyasi fəaliyyətində xüsusi diqqət çəkən məsələlərdən biri milli həmrəyliyə verdiyi əhəmiyyət idi. O yaxşı bilirdi ki, daxili sabitlik olmadan nə iqtisadi inkişaf, nə güclü ordu quruculuğu, nə də beynəlxalq nüfuz əldə etmək mümkündür. Məhz buna görə onun həyata keçirdiyi siyasətin əsas istiqamətlərindən biri cəmiyyətdə birlik və sabitliyin möhkəmləndirilməsi oldu. Sonrakı illərdə görülən işlər bu siyasi xəttin nə qədər düzgün müəyyənləşdirildiyini göstərdi. Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi tanınmağa başladı, iqtisadi islahatlar həyata keçirildi, enerji strategiyası ölkənin inkişafına mühüm töhfə verdi və dövlətin beynəlxalq mövqeyi əhəmiyyətli dərəcədə gücləndi. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması həmin siyasətin uğurlu nəticələrini nümayiş etdirir. Dövlətçilik tariximizə nəzər saldıqda aydın görünür ki, möhkəm təməl üzərində qurulan siyasət zaman keçdikcə daha böyük nəticələr verir.

Vətən müharibəsində qazanılmış tarixi Zəfər də dövlətçilik siyasətinin gücünü göstərən ən mühüm hadisələrdən biri oldu. Azərbaycan yalnız torpaqlarını işğaldan azad etmədi, həm də bütün dünyaya milli birliyin, güclü dövlət iradəsinin və məqsədyönlü siyasətin nəticəsini nümayiş etdirdi. Bu gün Milli Qurtuluş Gününə nəzər salarkən həmin tarixin əsl mahiyyətini daha aydın görmək mümkündür. Çünki bəzi tarixi hadisələrin dəyəri zaman keçdikcə daha dərindən dərk edilir. 15 İyun da məhz belə tarixlərdəndir. O gün verilən qərarlar yalnız bir dövrün taleyini deyil, gələcək nəsillərin yaşayacağı müstəqil və güclü Azərbaycanın konturlarını müəyyənləşdirdi Azərbaycanın inkişaf modelinin mühüm xüsusiyyətlərindən biri ondan ibarət idi ki, dövlət quruculuğu prosesi yalnız daxili idarəetmənin təkmilləşdirilməsi ilə məhdudlaşmadı. Ulu Öndər Heydər Əliyev ölkənin geosiyasi mövqeyini, enerji resurslarını, regional və beynəlxalq prosesləri düzgün təhlil edərək Azərbaycanın milli maraqlara əsaslanan çoxşaxəli siyasət kursunu müəyyənləşdirdi. Bu siyasət nəticəsində ölkəmiz tədricən regional proseslərin iştirakçısından həmin proseslərə təsir göstərən mühüm siyasi aktora çevrildi. Azərbaycanın əldə etdiyi uğurların təməlində həm də uzaqgörən dövlətçilik siyasəti dayanırdı. Dövlətin gələcəyi yalnız həmin günün problemlərinin həlli ilə deyil, uzunmüddətli inkişaf strategiyasının müəyyən olunması ilə təmin edilə bilərdi. Ulu Öndər Heydər Əliyev də məhz belə bir siyasi məktəbin əsasını qoydu. Bu gün Azərbaycanın beynəlxalq nüfuzunun artması, regionun əsas siyasi və iqtisadi güc mərkəzlərindən birinə çevrilməsi, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparılması həmin siyasətin uğurlu nəticələrini nümayiş etdirir. Dövlətçilik tariximizə nəzər saldıqda aydın görünür ki, möhkəm təməl üzərində qurulan siyasət zaman keçdikcə daha böyük nəticələr verir.

Prezident İlham Əliyevin Ulu Öndərin siyasi kursunu uğurla davam etdirməsi və zənginləşdirməsi sayəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib. Ümummilli Liderin layiqli davamçısı olan cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ölkəmiz yeni nailiyyətlər qazanaraq güclü və nüfuzlu dövlətlər sırasında öz mövqeyini daha da möhkəmləndirib. Həyata keçirilən uğurlu, səmərəli daxili və xarici siyasət həm Azərbaycanın yüksəlişi və inkişafında, milli maraqların qorunmasında, həm də ölkəmizin dünya siyasi arenasında layiqli yer tutmasında öz ifadəsini tapır. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib.
Milli Qurtuluşun siyasi mənası bir həqiqəti aydın şəkildə ortaya qoydu: güclü dövlət təsadüflər üzərində deyil, xalqın iradəsi, uzaqgörən liderlik və milli maraqlara söykənən siyasət üzərində qurulur. Azərbaycanın keçdiyi yol da bunu bir daha sübut edir.

David İbramxəlilov,
YAP Qusar rayon təşkilatının sədri

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Yayda uşaqların sağlamlığı niyə xüsusi diqqət tələb edir? – Pediatrdan MƏSLƏHƏT

Next

Təhsil mühiti dəyişir: Yeni imkanlar, yoxsa asılılıqlar?

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv