Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

Müəllimlərə VAHİD geyim TƏLƏBİ – REAKSİYA

By Vüsal Rafiqoğlu
17.06.2026 3 Min Read

Azərbaycan məktəblərində həm şagirdlər, həm də müəllimlər üçün müəyyən edilmiş geyim formalarına riayət olunması rəsmən məcburi xarakter alır. Belə ki, Milli Məclisi tərəfindən Elm və təhsil komitəsinin iclasında müzakirəyə çıxarılan “Ümumi təhsil haqqında” qanuna yeni dəyişiklik layihəsi təqdim olunub.

Layihə təhsil müəssisələrində nizam-intizamın qanunvericilik səviyyəsində tənzimlənməsini nəzərdə tutur. Qanun layihəsində nələr dəyişir?

Hüquqi öhdəlik: Dövlət ümumi təhsil müəssisələrində əvvəllər daxili qayda hesab olunan geyim tələbləri artıq hüquqi müstəvidə təsbit edilir. Müəllimlərə yeni standart: Təkcə şagirdlərin deyil, təhsilverənlərin (müəllimlərin) də geyimi ilə bağlı hüquqi əsas yaradılır.

Bu addım məktəblərdə peşəkar iş mühitini və təşkilati mədəniyyəti gücləndirmək məqsədi daşıyır.

Sosial bərabərlik: Vahid geyim qaydası şagirdlər arasında vizual bərabərliyi təmin edərək, dərslərə daha yaxşı konsentrasiya olmağa kömək edəcək.

Hazırda qüvvədə olan Nazirlər Kabinetinin 96 nömrəli qərarı məktəbli formalarının rəng və modellərini tənzimləyirdi. Parlamentə təqdim olunan yeni qanun layihəsi isə bu qaydalara əməl olunmasını birbaşa qanun pozuntusu statusuna qaldırır və icrasını məcburi edir.

Layihənin yaxın günlərdə plenar iclasda səsverməyə çıxarılması gözlənilir.

Bəs təhsil ekspertlərinin bu məsələyə mövqeyi necədir?

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb: “Bildiyiniz kimi, indiyədək bütün təhsilalanların vahid geyim formasında təhsil müəssisələrinə gəlməsi təsdiqini tapıb. Bu tələb “Təhsil haqqında” qanunvericilikdə də öz əksini tapır və hər bir təhsilalan vahid geyim formasından istifadə etməlidir. Hazırda isə bu istiqamətdə müzakirələr daha çox təhsilverənlərlə bağlı aparılır.

Burada əsas məqsəd təhsilverənlər üçün müəyyən dres-kod qaydalarının tətbiq olunması, yəni onların da vahid geyim formasında fəaliyyət göstərməsinin təmin edilməsidir. Hesab olunur ki, belə bir yanaşma müəllimə münasibətin dəyişməsinə, təhsil mühitində etik davranış qaydalarının güclənməsinə, həmçinin tədris prosesinin ümumi keyfiyyətinə müsbət təsir göstərə bilər”.

Mütəxəssis bildirib ki, dünya təcrübəsində bəzi ölkələrdə bu cür tətbiqlər mövcuddur:

“Lakin həmin təcrübələr adətən bütün təhsil müəssisələrini deyil, əsasən özəl məktəbləri, lisey və gimnaziyaları əhatə edir. Eyni vəziyyət qardaş Türkiyədə də müşahidə olunur. Orada da yalnız məhdud sayda təhsil müəssisələrində müəllimlər üçün müəyyən dres-kod tələbləri və ya vahid geyim forması tətbiq edilir.

Ümumilikdə yanaşdıqda, belə bir addımın görüntü baxımından da müsbət nəticələr verəcəyini söyləmək mümkündür. Bu, ilk növbədə sosial bərabərliyin təmin olunmasına xidmət edə bilər. Yəni bütün müəllimlər eyni formatda geyimdən istifadə etdikdə maddi imkan fərqlərinin vizual şəkildə ön plana çıxmasının qarşısı alınmış olur. Əgər əvvəllər bəzi təhsilverənlər daha bahalı geyimlərdən, aksesuar və digər fərqləndirici vasitələrdən istifadə edirdilərsə, vahid geyim forması tətbiq olunduğu halda hər kəs eyni standart çərçivəsində fəaliyyət göstərəcək. Bu isə sosial bərabərliyin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.

Bundan əlavə, bəzi ölkələrdə rast gəlinən və cəmiyyət tərəfindən birmənalı qarşılanmayan halların da qarşısının alınması baxımından müəyyən tənzimləmələrə ehtiyac duyulur. Düzdür, bizim ölkədə belə hallarla demək olar ki, qarşılaşmırıq. Lakin dünyanın müxtəlif ölkələrində müəllimlərin auditoriyaya həddindən artıq açıq və ya diqqətçəkən geyimlərlə daxil olması halları müşahidə edilir. Bu isə bəzi hallarda şagirdlərin diqqətinin dərsdən yayınmasına səbəb ola bilir. Bir daha vurğulamaq istəyirəm ki, bu fikirlər Azərbaycandakı vəziyyətə aid deyil. Mən burada daha çox ABŞ və bəzi Avropa ölkələrində müşahidə olunan nümunələrdən danışıram. Sadəcə olaraq, ümumi yanaşmanı və vahid geyim qaydalarının hansı məqsədlərə xidmət edə biləcəyini izah etməyə çalışıram. İstənilən halda, həm şagirdlər, həm də müəllimlər, yəni həm təhsilalanlar, həm də təhsilverənlər geyim mədəniyyətinə diqqət yetirməlidirlər. Geyim qaydaları elə formalaşdırılmalıdır ki, qarşı tərəfin diqqətini yayındırmasın və tədris prosesinə mənfi təsir göstərməsin”.

Elçin Əfəndinin fikrincə, vahid geyim formasının tətbiqi müəllim nüfuzunun güclənməsinə də müəyyən dərəcədə töhfə verə bilər: “Belə ki, müəllimlər cəmiyyət içərisində daha asan seçiləcək və tanınacaqlar. Məsələn, ictimai nəqliyyatda və ya küçədə həmin formanı geyinən şəxsə baxdıqda onun müəllim olduğu dərhal məlum olacaq. Hazırda isə bunu müəyyənləşdirmək o qədər də asan deyil. Ən yaxşı halda təhsil sahəsində çalışan insanlar geyim tərzinə əsasən qarşısındakı şəxsin müəllim olub-olmadığını təxmin edə bilirlər. Lakin vahid geyim forması tətbiq edildiyi halda, artıq cəmiyyət üçün də aydın olacaq ki, qarşıdan gələn və ya gedən şəxs təhsilverəndir. Bu isə müəllim peşəsinin ictimai görünürlüğünü artırmaqla yanaşı, müəllim nüfuzuna və müəllimə olan hörmətin güclənməsinə də müsbət təsir göstərə bilər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

DYP piyadalara müraciət etdi

Next

Bu universitetin məzunlarına sevindirici xəbər – Qaydalar dəyişdi

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv