Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Türk dünyasının iki mühüm dövləti yeni mərhələyə keçir

By Vüsal Rafiqoğlu
22.06.2026 4 Min Read

“Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun Azərbaycana dövlət səfəri iki ölkə arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və qarşılıqlı etimada əsaslanan strateji tərəfdaşlığın yeni mərhələyə daxil olduğunu nümayiş etdirir. Bu səfər, eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi dialoqun daha da dərinləşməsinə, iqtisadi əməkdaşlığın genişlənməsinə, Xəzər regionunda qarşılıqlı fəaliyyətin güclənməsinə və Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verəcək”.

Musavat.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

WhatsApp Image 2026-06-22 at 15.45.23.jpeg (103 KB)

Onun sözlərinə görə, Azərbaycan və Türkmənistan xalqlarını ortaq etnik köklər, dil birliyi, zəngin mədəni irs, tarixi bağlılıq və ümumi mənəvi dəyərlər birləşdirir:

“Əsrlərin sınağından çıxmış bu qardaşlıq münasibətləri müasir dövrdə dövlətlərarası əməkdaşlığın etibarlı təməlinə çevrilib. Məhz bu möhkəm əsas üzərində formalaşan Azərbaycan-Türkmənistan əlaqələri son illərdə məzmun və keyfiyyət baxımından yeni inkişaf mərhələsinə yüksəlib. Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən müstəqil, praqmatik və milli maraqlara söykənən xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı siyasi və iqtisadi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirib, beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu gücləndirib. Türkmənistan da öz növbəsində Mərkəzi Asiyanın mühüm dövlətlərindən biri kimi regional əməkdaşlıq və iqtisadi inteqrasiya proseslərində fəal iştirak edir. Bu baxımdan Bakı ilə Aşqabad arasında əlaqələrin genişlənməsi yalnız ikitərəfli münasibətlərin inkişafına deyil, bütövlükdə Xəzər regionunda sabitliyin, təhlükəsizliyin və iqtisadi tərəqqinin möhkəmlənməsinə xidmət edir”.

Deputat qeyd edib ki, Azərbaycan–Türkmənistan münasibətlərinin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçıları arasında formalaşmış səmimi münasibətlər və intensiv siyasi dialoq mühüm rol oynayır:

“Son illərdə yüksəksəviyyəli qarşılıqlı səfərlərin dinamikası bunun əyani göstəricisidir. Azərbaycan Prezidenti cənab İlham Əliyev Türkmənistana 2 rəsmi və 5 işgüzar səfər həyata keçirib. Dövlətimizin başçısının 2025-ci il avqustun 22-də Türkmənbaşı şəhərində keçirilən Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yüksəksəviyyəli görüşdə iştirakı isə regional əməkdaşlığın yeni formatlar üzrə inkişafına verilən önəmin bariz ifadəsi olub. Bu görüş Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında siyasi dialoqun, iqtisadi əlaqələrin və nəqliyyat-kommunikasiya əməkdaşlığının genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Qarşılıqlı münasibətlərin inkişafına Türkmənistan tərəfi də eyni fəallıqla töhfə verir. Belə ki, Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov 2023-cü ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Bakıya səfər etmişdi. Bundan əlavə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov son illərdə Azərbaycana bir neçə dəfə səfər edərək ikitərəfli münasibətlərin inkişafına mühüm töhfə verib. Xüsusilə onun 2025-ci ildə Qəbələ şəhərində keçirilən Azərbaycan, Türkiyə və Türkmənistan parlament rəhbərlərinin görüşü çərçivəsində ölkəmizə səfəri Türk dünyasında siyasi dialoqun və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi baxımından diqqətçəkən hadisələrdən biri olub. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkmənistan arasında münasibətlər artıq ənənəvi dostluq və qardaşlıq çərçivəsini aşaraq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Dövlət rəhbərləri arasında qarşılıqlı etimad, xalqlarımızı birləşdirən ortaq dəyərlər və üst-üstə düşən milli maraqlar gələcək illərdə bu əməkdaşlığın daha da dərinləşəcəyinə möhkəm əsas yaradır”.

Səbinə Salmanova bildirib ki, Azərbaycan və Türkmənistan arasında formalaşmış əməkdaşlığın mühüm dayaqlarından biri də zəngin hüquqi-normativ bazadır:

“İki ölkə arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat, energetika, humanitar və mədəni sahələri əhatə edən 100-dən çox ikitərəfli sənəd imzalanıb. Həmin sənədlər dövlətlərarası münasibətlərin ardıcıl inkişafı üçün möhkəm institusional zəmin formalaşdırmaqla yanaşı, əməkdaşlığın gələcək istiqamətlərini də müəyyənləşdirir. Hüquqi bazanın davamlı şəkildə təkmilləşdirilməsi Bakı ilə Aşqabad arasında əlaqələrin strateji xarakter daşıdığını və uzunmüddətli perspektivə hesablandığını göstərir. Azərbaycan və Türkmənistan beynəlxalq münasibətlər sistemində də bir-birinin etibarlı tərəfdaşı kimi çıxış edirlər. Hər iki ölkə Birləşmiş Millətlər Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY və digər nüfuzlu beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirir. Bu amil dövlətlərimizin xarici siyasət prioritetlərinin bir çox məsələlərdə üst-üstə düşdüyünü, regional və qlobal proseslərə münasibətdə ortaq yanaşmalar sərgilədiyini təsdiqləyir. Xüsusilə Türk dünyasında inteqrasiyanın gücləndirilməsi, regional sabitliyin möhkəmləndirilməsi və beynəlxalq hüququn fundamental prinsiplərinin qorunması məsələlərində Bakı ilə Aşqabadın mövqeləri yaxınlığı ilə seçilir”.

“İkitərəfli münasibətlərin inkişafında parlament diplomatiyası da mühüm rol oynayır. Azərbaycan və Türkmənistan parlamentləri arasında formalaşmış səmərəli əməkdaşlıq qanunverici orqanlar səviyyəsində siyasi dialoqun genişlənməsinə, humanitar əlaqələrin dərinləşməsinə və qarşılıqlı etimadın daha da möhkəmlənməsinə xidmət edir. Parlament nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, dostluq qruplarının fəaliyyəti və beynəlxalq parlament təşkilatları çərçivəsində əlaqələndirilmiş fəaliyyət Azərbaycan–Türkmənistan strateji tərəfdaşlığının mühüm tərkib hissəsinə çevrilib”, – deputat söyləyib.

Parlamentari söyləyib ki, Azərbaycan ilə Türkmənistan arasında münasibətlərin bugünkü yüksək səviyyəyə yüksəlməsində Prezident İlham Əliyevin məqsədyönlü və uzaqgörən xarici siyasət kursu müstəsna rol oynayır:

“Möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionda etibarlı tərəfdaş, dialoq və əməkdaşlıq məkanı kimi nüfuzunu daha da möhkəmləndirib. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədovun ölkəmizə dövlət səfəri də dövlət başçıları arasında formalaşmış yüksək etimadın, qarşılıqlı hörmətin və strateji baxışın növbəti təzahürüdür. Bu səfər çərçivəsində aparılan müzakirələr və əldə olunan razılaşmalar Azərbaycan-Türkmənistan əlaqələrinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir. Əminliklə demək olar ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl siyasət nəticəsində iki qardaş ölkə arasında əməkdaşlıq bundan sonra da daha da genişlənəcək, Xəzər regionunda sabitliyin, enerji və nəqliyyat təhlükəsizliyinin möhkəmlənməsinə, eyni zamanda Türk dünyasında həmrəyliyin və inteqrasiyanın güclənməsinə mühüm töhfələr verəcək”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah 35 dərəcə isti olacaq

Next

Son 5 ayda 111 min narkotik dövrdən çıxarıldı

Xəbər lenti

  • Enerji təhlükəsizliyindən Cənubi Qafqazda dayanıqlı sülhə doğru 09.07.2026
  • Enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir – TƏHLİL 09.07.2026
  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv