Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Təhsil

“11 il xarici dil öyrənirlər, nəticə isə acınacaqlıdır” – Məktəblərdə nə baş verir?

By Vüsal Rafiqoğlu
23.06.2026 3 Min Read

2025-ci il üzrə buraxılış imtahanlarının nəticələri məktəblərdə xarici dillərin tədrisi ilə bağlı ciddi problemlərin olduğunu ortaya qoyub.

Modern.az-ın məlumatına görə, bu barədə DİM-in “Abituriyent” jurnalında dərc olunan elmi-statistik materiallarda bildirilib.

Təhlillərə əsasən, məktəblərin 76,01 faizində ingilis dili üzrə orta nəticə 30-70 bal arasında olub. Məktəblərin 21,64 faizində orta bal 30-dan aşağı, cəmi 2,36 faizində isə 70 baldan yuxarı qeydə alınıb. Bu isə o deməkdir ki, ölkə üzrə yalnız 51 məktəbdə ingilis dili üzrə yüksək nəticə əldə olunub.

Həmin məktəblərin 32-si Bakıda yerləşir. Qalanları isə əsasən Sumqayıt, Naxçıvan, Şirvan, Zaqatala, Şəki və bir neçə digər rayonun payına düşür.

DİM-in təhlili göstərir ki, vəziyyət digər xarici dillər üzrə də ürəkaçan deyil. Rus dili tədris olunan məktəblərin cəmi 1,54 faizində orta nəticə 70 baldan yuxarı olub. Alman dili tədris edilən 40 məktəbdən yalnız birində orta bal 70-i keçib. Fransız dili üzrə isə məktəblərin böyük əksəriyyətində nəticələr 30 baldan aşağı və ya orta səviyyədə qalıb.

Xarici dillər üzrə nəticələrin aşağı olmasının əsas səbəbləri nələrdir? Məktəblərdə xarici dil müəllimlərinin peşəkarlıq səviyyəsi bu nəticələrə nə dərəcədə təsir edir? Məktəblərdə xarici dillərin tədrisini gücləndirmək üçün hansı islahatlara ehtiyac var?

EFENDİ.jpg (31 KB)

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb:

“Ölkəmizin təhsil müəssisələrində xarici dillərin tədrisinə demək olar ki, ibtidai sinifdən – birinci sinifdən başlanılır və bu proses 11-ci sinfə qədər davam edir. Şagirdlər təxminən 11 il ərzində xarici dil təhsili alırlar. Tədris proqramında əsas xarici dil və əlavə, alternativ xarici dil nəzərdə tutulur. Məsələn, bəzi məktəblərdə əsas xarici dil ingilis dili, ikinci xarici dil isə rus dili olur. Digər təhsil müəssisələrində əsas dil kimi ingilis dili tədris olunduğu halda, ikinci xarici dil alman dili seçilir və ya əsas dil fransız dili, əlavə dil isə rus dili olur. Yəni məktəblərdə xarici dillərin tədrisi bu prinsip əsasında təşkil edilir. Lakin burada əsas problem ondan ibarətdir ki, şagirdlər 11 il ərzində xarici dili öyrənsələr də, arzuolunan nəticələri əldə etməkdə müəyyən çətinliklərlə üzləşirlər”.

Elçin Əfəndi hesab edir ki, bu vəziyyət ilk növbədə tədris prosesində mövcud olan problemlərdən qaynaqlanır:

“Burada həm təhsilverənlərin peşəkar hazırlığı ilə bağlı məsələlər, həm də dərs vəsaitlərinin keyfiyyəti, tədris proqramlarının mürəkkəbliyi və bəzi hallarda yaş səviyyəsinə uyğun qurulmaması öz təsirini göstərir. Məsələn, uşaq rus dilini öyrənməyə başlayırsa, təsəvvür edin ki, ona bəzən əlifba tam mənimsədilmədən birbaşa sözlər və ifadələr öyrədilməyə çalışılır. Halbuki, hər hansı bir dili öyrənməyin ən fundamental mərhələsi həmin dilin əlifbasını mənimsəməkdir. Uşaq əvvəlcə hərfləri tanımalı, onları oxumağı və yazmağı bacarmalıdır ki, sonrakı mərhələdə sözləri və mətnləri rahat şəkildə qavraya bilsin. Bu baxımdan müəyyən ziddiyyətli məqamlar mövcuddur. Eyni vəziyyəti müəyyən mənada ingilis dili tədrisində də müşahidə etmək mümkündür. Düzdür, ingilis dilində əlifba ilkin mərhələdə tədris olunur. Lakin ibtidai təhsil pilləsində daha çox sözlərin əzbərlədilməsi və müəyyən ifadələrin öyrədilməsi istiqamətində iş aparılır. Nəticədə isə bir çox hallarda şagirdlər məktəbdə aldıqları biliklərlə kifayətlənə bilmirlər və dillərini inkişaf etdirmək üçün əlavə hazırlığa ehtiyac duyurlar. Valideynlər onları repetitor yanına göndərməyə məcbur qalırlar ki, məktəbdə əldə edə bilmədikləri dil bacarıqlarını orada inkişaf etdirsinlər. Təəssüf ki, təkcə məktəb təhsili ilə əldə olunan nəticələr əksər hallarda ürəkaçan olmur”.

Mütəxəssis qeyd edib ki, bölgələrdə xarici dillərin tədrisi ilə bağlı ciddi problemlər mövcuddur:

“Xüsusilə bəzi rayon və kənd məktəblərində həm kadr çatışmazlığı, həm də tədrisin keyfiyyəti baxımından müəyyən çətinliklər özünü göstərir. Bu səbəbdən hesab edirəm ki, növbəti mərhələdə xarici dillərin tədrisi ilə bağlı daha təsirli və alternativ mexanizmlərin tətbiqi zəruridir. Hazırda sertifikasiya prosesi həyata keçirilir və məqsəd yüksək nəticə göstərən, peşəkar pedaqoji heyətin formalaşdırılmasıdır. Bu, əlbəttə ki, vacib addımdır. Lakin düşünürəm ki, gələcəkdə məhz xarici dillərin tədrisi istiqamətində ayrıca qiymətləndirmə və monitorinq mexanizmlərinin tətbiqinə ehtiyac yaranacaq. Burada söhbət yalnız müəllimlərin bilik səviyyəsinin yoxlanılmasından deyil, ümumilikdə tədris prosesinin necə təşkil olunmasının qiymətləndirilməsindən gedir. Müəllimlər dərsləri proqramın tələblərinə uyğun şəkildə keçirirlərmi? Tədris metodları nə dərəcədə effektivdir? Şagirdlərə verilən biliklər onların yaş və inkişaf səviyyəsinə uyğundurmu? Bu kimi məsələlər mütəmadi şəkildə təhlil edilməli və qiymətləndirilməlidir.

Hesab edirəm ki, əgər biz ölkədə xarici dillərin inkişafını diqqət mərkəzində saxlamaq və gələcəkdə daha yüksək nəticələr əldə etmək istəyiriksə, bu istiqamətdə kompleks tədbirlərin həyata keçirilməsi vacibdir. Həm müəllim hazırlığı, həm tədris proqramları, həm də istifadə olunan dərs vəsaitləri yenidən nəzərdən keçirilməli, mövcud problemlərin aradan qaldırılması üçün sistemli addımlar atılmalıdır. Yalnız bu halda şagirdlərimiz uzun illər ərzində öyrəndikləri xarici dillərdən real həyatda sərbəst və səmərəli şəkildə istifadə edə biləcəklər”.

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Sabah Bakıda və rayonlarda yağış yağacaq

Next

Prezidentlər Şuşada gəzinti zamanı balaca sakinlərlə görüşdü – VİDEO

Xəbər lenti

  • AQTA-nın bu qərarı əti bahalaşdıracaq – NECƏ? 09.07.2026
  • Dondurma alarkən BUNLARA diqqət! – Qida mütəxəssisindən xəbərdarlıq 09.07.2026
  • MİQ imtahanları bu tarixdən başlayacaq – AÇIQLANDI 09.07.2026
  • Qarabağın Avropa Liqası yürüşü başladı – “Vestri” ilə oyun start götürdü 09.07.2026
  • İlham Əliyev fərman imzaladı 09.07.2026
  • Vilayət Eyvazovun sədrliyi ilə DİN-də Kollegiya iclası keçirilib – FOTO 09.07.2026
  • Balakəndə seldən sonra son durum – Bələdiyyə sədri danışdı 09.07.2026
  • Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunubFOTO 09.07.2026
  • Azərbaycana yayılan sirli çəyirtkələr haradan gəlib? – AQTA-dan açıqlama 09.07.2026
  • Apteklərdə qiymət etiketləri yoxa çıxıb – SƏBƏB 09.07.2026
  • Məktəbli forması almağa hazırlaşan valideynlərin NƏZƏRİNƏ – QİYMƏTLƏR 09.07.2026
  • Azərbaycan XİN Cənubi Sudanı təbrik etdi 09.07.2026
  • Arıqlama dərmanlarında ÖLÜM təhlükəsi 09.07.2026
  • AQTA-nın əhaliyə əvəzsiz “xidməti”: Ətin qiyməti kəskin artacaq 09.07.2026
  • “Ehtiyat zabit hazırlığı kursu”nun növbəti buraxılış mərasimi keçirilib 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Qubada qadınların sahibkarlıq potensialını gücləndirən layihə başa çatdı – FOTOLAR 09.07.2026
  • SOS! Azərbaycanda ağacların COVID-i yayılır – Milyardlıq aqrar sərmayəsi təhlükə altındadır – FOTOLAR 09.07.2026
  • Sabah 37 dərəcə isti olacaq 09.07.2026
  • Nazirliyin sosial layihəsi üzrə daha 40-dək mənzil satılıb 09.07.2026
  • Yarımştat işlərdə əməkhaqqı necə təyin edilir? 09.07.2026
  • İsti havalar qidaları niyə daha tez təhlükəli hala gətirir? – OXUYUN XƏBƏRİNİZ OLSUN 09.07.2026
  • Birinci yarımildə 25,3 min şəxsə əlillik təyin olunub 09.07.2026
  • Xəzərlə bağlı SOS kimi xəbərdarlıq – Ekoloqun İLGİNC təklifi var 09.07.2026
  • Bu gün Azərbaycanda Diplomatiya Günüdür 09.07.2026

Son Yazılar

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv