Dünya 

UNECE-nin icraçı katibi: “COVID-19 pandemiyası bütün ölkələrə təsir edib”

“COVID-19 pandemiyası dünyanın hər bir ölkəsinə təsir edib. Onlar sərhədlərin bağlanması, işsizlik və sair kimi problemlərlə üzləşib”. Bu fikirləri BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibi Olga Algayerova Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü çərçivəsində keçirilən plenar iclasda çıxışı zamanı deyib. “Pandemiya bizə dəyişikliyin vacibliyini göstərib və onlardan biri də rəqəmsallaşmadır. Texnoloji inklüzivlik ölkələrin dayanıqlı inkişafına səbəb olur”, – o bildirib. İcraçı katib qeyd edib ki, “yaşıl” bərpa məsələsində UNECE-nin standartları tətbiq olunur: “Komissiya həmçinin “ağıllı şəhərlər”in inkişafına və enerji səmərəliliyinə diqqət yetirir”. O.Algayerova vurğulayıb ki,…

Read More
Maraqlı 

Azərbaycanda 25 nəqliyyat vasitəsi özəlləşdirilib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən keçirilən növbəti hərracda 25 nəqliyyat vasitəsi özəlləşdirilib. Hərraca çıxarılan nəqliyyat vasitələrinə ümumilikdə 318 sifariş qəbul edilib, bunun 40-ı elektron qaydada həyata keçirilib. Dövlət əmlakının özəlləşdirilməsi sahəsində elektron xidmətlərin tətbiqi, sifariş və onlayn şəkildə qatılmaq imkanı hərraclarda iştirak prosedurunu daha da sadələşdirib. Bu isə, hərrac iştirakçılarının sayında artıma səbəb olur. Nəqliyyat vasitələrinin əksəriyyətinin rəqabətli olması bunun göstəricisidir. Budəfəki hərracda Avropa və Cənubi Koreya istehsalı olan avtomobillərə maraq daha çox olub. Belə ki, ilkin satış qiyməti 14 min manat olan “Land Rover Defender” markalı…

Read More
Cəmiyyət 

İyulda 12 gün iş olmayacaq

İyul ayında bayramlarla əlaqədar qeyri-iş günlərinin sayı açıqlanıb. ƏƏSMN-nin Dövlət Əmək Müfəttişliyi Xidmətinin məlumatına görə, iyulun 9-10-u Qurban bayramıdır. İyulun 9-u və 10-u şənbə və bazar günlərinə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən iyulun 11-i və 12-si qeyri-iş günü olacaq. Qeyd edək ki, iyulda həftəsonları ilə birgə 12 gün iş olmayacaq.

Read More
Cəmiyyət 

Qəlyana görə 1400 manatlıq cərimə tətbiq olundu – VİDEO

Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq hələ də bəzi ictimai-iaşə obyektlərində müştərilərə qəlyan təklif edilməsi hallarına rast gəlinməkdədir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sumqayıt şəhərində yerləşən “Breeze” çay evində qəlyandan istifadə edilməsi barədə Sumqayıt Şəhər Polis İdarəsinə məlumat daxil olub. Həmin ünvana baxış keçirilib və obyektin icarədarı Vüsal Mədətov polislər tərəfindən saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmə tərəfindən V.Mədətov barəsində 10 sutka inzibati qaydada həbs qərarı verilib. Çay evində qəlyandan istifadə edən 5 nəfər müştəri isə ümumilikdə…

Read More
Cəmiyyət 

Bərdədə ağır qəza: Ölən var

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Arantv.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndində baş verib. Kənd sakini,  1946-ci il təvəllüdlü Heydərov Maarif Fərəc oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 09 BH 987 dövlət nömrə nişanlı avtomobil qarşıdan gələn “Mercedes” markalı  sərnişin avtobusu ilə toqquşub. Zərbənin təsirindən “VAZ” markalı avtomobil yol kənarındakı elektrik xəttinin beton dirəyinə çırpılıb. Avtomobilin sürücüsü M.Heydərov hadisə yerində ölüb. Faktla bağlı araşdırma aparılır.

Read More