Cəmiyyət 

Azərbaycana xaricdən ət gətirilməsi artıb –Rəsmi

Bu ilin yanvar-mart aylarında Azərbaycan 12 min 299 ton ət idxal edib. Musavat.com Dövlət Gömrük Komitəsinə istinadla xəbər verir ki, bu həcmdə ətin dəyəri 28 milyon 630 min ABŞ dolları təşkil edib. Bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 410 ton (3,4 %), dəyər baxımından isə 3 min 805 min dollar (15,3 %) çoxdur. Hesabat dövründə ət idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,7 %-ni təşkil edib. 3 ay ərzində Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni…

Read More
Cəmiyyət 

Yay gəlir, Azərbaycan yenə milyonlar itirir

Azərbaycanda turizm prioritet elan edilsə də, uzun illərdir ki, bu sektorda ciddi irəliləyiş müşahidə edilmir. Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna,…

Read More
Siyasət 

İran səfiri İlham Əliyevə təşəkkür etdi

İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu son dövrlərdə baş verən hadisələr zamanı nümayiş etdirdiyi mövqeyə görə Prezident İlham Əliyevə təşəkkür edib. Musavat.com xəbər verir ki, səfir bu barədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədovla görüşündə danışıb. O, İran ilə Azərbaycan arasında tarixi, dini və mədəni bağların mövcudluğunu vurğulayaraq, bu əlaqələrin daha da möhkəmləndirilməsinin vacibliyini qeyd edib. M.Dəmirçilu Azərbaycan dövləti tərəfindən edilən humanitar yardımların və göstərilən mənəvi dəstəyin xüsusi əhəmiyyətə malik olduğunu, yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. R.Məmmədov ölkədə mənəvi dəyərlərin qorunması və inkişafına dövlət tərəfindən göstərilən xüsusi qayğını vurğulayaraq bildirib…

Read More
Siyasət 

Prezidentdən Natiq İbrahimovla bağlı SƏRƏNCAM

Natiq Səhrab oğlu İbrahimov yenidən Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib. Musavat.com xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb. Qeyd edək ki, Natiq İbrahimov 2016-cı il may ayından 2021-ci il aprelin 23-nə qədər Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edib. O, 2021-ci il aprelin 23-də Lənkəran Dövlət Universitetinin rektoru təyin edilib.

Read More
Cəmiyyət 

Bakının bəzi təhsil müəssisələrində dərslər distant olacaq-Nazirdən ƏMR

Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasının (WUF13) keçirildiyi dövrdə (17-22 may) Bakı şəhərində bəzi təhsil müəssisələri distant formada fəaliyyət göstərəcək. Musavat.com xəbər verir ki, bununla bağlı elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, sözügedən dövrdə Bakı şəhərində fəaliyyət göstərən təhsil müəssisələrində (məktəbəqədər və internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla) tədris və təlim-tərbiyə prosesinin təşkilində bəzi dəyişikliklər ediləcək. Belə ki, ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qrupları və ibtidai sinifləri üzrə mayın 18-dən 22-dək tətil (1-5 may tarixləri əvəzinə) müəyyən ediləcək. Bundan başqa, Pirallahı, Qaradağ, Suraxanı, Sabunçu…

Read More
Region Xəbərləri 

Prezident İlham Əliyevin Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri zamanı mətbuata verdiyi bəyanatın siyasi əhəmiyyəti

2026-cı il aprelin 22-də Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə keçirilən görüşdən sonra mətbuata verilən bəyanatlar iki ölkə arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilə bilər. Dövlət başçısının çıxışında səsləndirilən fikirlər təkcə Azərbaycan-Latviya əlaqələrinin hazırkı vəziyyətini deyil, eyni zamanda gələcək inkişaf istiqamətlərini də aydın şəkildə ortaya qoydu. Prezident İlham Əliyev çıxışında Latviya Prezidentini səmimiyyətlə salamlayaraq onun Azərbaycana rəsmi səfərinin əhəmiyyətini xüsusi vurğuladı. O qeyd etdi ki, Edqars Rinkeviçs əvvəlki vəzifələrində dəfələrlə Azərbaycanda olmuşdur, lakin prezident kimi…

Read More
Cəmiyyət 

Təbii çayı necə seçək? – İstehlakçılar üçün vacib məqamlar – QİDA EKSPERTİNDƏN AÇIQLAMA

Gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilən çay istehlakı ilə bağlı son vaxtlar mühüm bir sual daha çox gündəmə gəlir: bazarda satılan məhsulların nə qədəri həqiqətən təbiidir? Rəng, ətir və dad baxımından cəlbedici görünən bir çox çay növünün tərkibi ilə bağlı şübhələr istehlakçıları daha diqqətli seçim etməyə vadar edir. Bu şəraitdə təbii çayın necə seçilməsi, keyfiyyətli məhsulu saxta və ya qatqılı çaylardan necə fərqləndirmək mümkün olduğu məsələsi aktuallaşır. İstehlakçılar üçün həm sağlamlıq, həm də keyfiyyət baxımından düzgün seçim etmək getdikcə daha vacib hala gəlir. Mövzu ilə bağlı qida eksperti Fərid Səfərov BiG.AZ-a açıqlamasında…

Read More
Cəbhədən Xəbər 

Türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olublar

Türkiyə Respublikasının Milli Müdafiə Universitetinin (MMU) rektor müavini professor Talat Canbolatın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri davam edir.  Səfər çərçivəsində türkiyəli qonaqlar işğaldan azad edilmiş ərazilərdə olub, bir sıra tarixi abidələri ziyarət ediblər. Nümayəndə heyətinə Ermənistan silahlı qüvvələri tərəfindən xalqımıza qarşı törədilən vandalizmin nəticələri və dağıntılar, eləcə də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərimizdə aparılan bərpa-quruculuq və yenidənqurma işləri haqqında ətraflı məlumat verilib. Həmçinin hərbi qulluqçular 44 günlük Vətən müharibəsi və digər uğurlu əməliyyatlarla bağlı xatirələrini bölüşüblər. N hərbi hissəsini ziyarət…

Read More
Cəmiyyət 

Psixoloqdan məktəblərdəki hadisələrlə bağlı SOS! Şagirdlərin psixoloji pasportları olmalıdır

Son zamanlar məktəblərdə baş verən təhlükəli hadisələr cəmiyyətdə ciddi narahatlıq yaradıb. Aprelin 20-də 2010-cu il təvəllüdlü yeniyetmə 2011-ci il təvəllüdlü şəxsin üzərinə spirt tökərək alışqanla yandırıb. Yeniyetmə yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Elə bu günlərdə 87 nömrəli tam orta ümumtəhsil məktəbində təhsil alan 15 yaşlı yeniyetmə təhdid və müəllimlərə qarşı təhqiredici məzmunlu paylaşımlar yayıb. Aparılan araşdırmalar nəticəsində yayılan iddiaların əsassız olduğu müəyyən edilib. Aprelin 21-də isə Ağstafa şəhəri 3 nömrəli tam orta məktəbinin IX sinif şagirdi eyni məktəbdə oxuyan VIII sinif şagirdinə aralarında yaranmış mübahisə zamanı bıçaqla yüngül xəsarət yetirib. Bunlar…

Read More
Hava 

Aprelin 24-ü ilə bağlı RƏSMİ XƏBƏRDARLIQ

Aprelin 24-də gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80%, gündüz 60-65% olacaq. Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin bəzi dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq…

Read More