Hər donor qanı hansı yoxlamalardan keçir? – AÇIQLAMA
“Səhiyyə Nazirliyinin Respublika Qan Bankında immunohematoloji testlər sistemi beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanda qan xidmətinin inkişafı, donorların və resipiyentlərin təhlükəsizliyinin təmin edilməsi bu standartların praktik tətbiqi ilə birbaşa bağlıdır”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam Radio”nun (93 FM) “Sağlam səhər” proqramında həkim-laborant Mələk Babayeva səsləndirib. Onun sözlərinə görə, Respublika Qan Bankında həyata keçirilən əsas immunohematoloji müayinələr qan qrupunun təyini, anticisim skrininqi və identifikasiyası, eləcə də uyğunluq (“crossmatch”) testləridir. “Qan qrupunun təyini zamanı donorlar üçün ABO (birbaşa və əks təyinetmə), RhD və zəif D göstəriciləri yoxlanılır. Resipiyentlərdə isə ABO və RhD ilə yanaşı, zərurət…
Read More