Alçanın qiyməti düşmür: Bahalığın səbəbi nədir?
Bu il bazarlarda alça qıtlığı gözləntisi real səbəblərə əsaslanır və artıq fermerlər tərəfindən də təsdiqlənir. 2026 mövsümündə bir çox bölgədə məhsuldarlıq kəskin azalıb. Əvvəlki illərdə bir ağacdan təxminən 50 kq məhsul götürülürdüsə, bu il bəzi bağlarda bu göstərici 2-3 kq-a düşüb, hətta ümumiyyətlə məhsul olmayan ağaclar var. Üstəlik, bəzi meyvələr keyfiyyətsiz olduğu üçün bazara çıxarılmır. Fermer İlqar Süleymanov Milli.Az-a bildirib ki, qıtlığın əsas səbəbi əlverişsiz hava şəraitidir. “Erkən istiləşmə ağacların tez çiçəkləməsinə səbəb olub, sonrakı yağış və dolu isə çiçəklərə zərər verərək tozlanmanı pozub. Arı aktivliyinin azalması mayalanmanı zəiflədib, yüksək…
Read More