Hava 

Hündür ağacların altında dayanmayın -Əhaliyə ÇAĞIRIŞ

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib. Musavat.com xəbər verir ki, müraciətdə deyilir: “Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, yaxın günlər ərzində ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, şimşək çaxacağı və arabir güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi müvafiq təhlükəsizlik qaydalarını bir daha xatırladır. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Bundan əlavə, güclü küləyin baş verən yanğınların…

Read More
Cəbhədən Xəbər 

Səfərbərlik Xidmətindən bu şəxslərə XƏBƏRDARLIQ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti hərbi xidmətdən yayınanlara xəbərdarlıq edib. Musavat.com xəbər verir ki, qurum vətən qarşısında borcunu ödəməkdən boyun qaçıranları həbs cəzası gözlədiyini açıqlayıb. Bildirilib ki, Cinayət Məcəlləsinin 321-ci maddəsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə isə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə nəzərdə tutulur. Qeyd olunub ki, məcəllənin 321-ci maddəsində “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi…

Read More
Gündəm 

Azərbaycanın bu ərazilərində torpağın sotu 2 MİLYONDUR

“Paytaxtda premium zonalar Səbail, Yasamal, Nərimanov, Nəsimi və Xətai rayonunun bir hissəsi qeyd olunmaqla bu rayonların ərazisində olan küçələri və rezidensləri əhatə edir. Nəsimi rayonunda əsasən “Port Baku” ətrafında qiymətlərin yüksək həddi qeyd olunub. 28 May və Səməd Vurğun ərazilərində, Səbail rayonunda “İçərişəhər” və “Sahil” metrosunun, Yasamalda “Elmlər Akademiyası” metrosunun ətrafı, “Statistika dairəsi” və s. kimi yerlərdə qiymətlər yüksək həddədir”. Musavat.com xəbər verir ki, bunu “Unikal”a açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə Heyətinin sədri Vüqar Oruc deyib. O bildirib ki, premium zonada ortalama qiymətlər bir kvadratmetr üçün 4500-6500 manat arasında dəyişir:…

Read More
Cəmiyyət 

Həcc ziyarətinə sənəd qəbulu dayandırıldı

Həcc ziyarətinə sənəd qəbulu dayandırılıb. Bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat yayıb. Məlumata görə, 1500 yerlik kvota artıq tamamlanıb. Vüsal Cahangiri qeyd edib ki, sənəd qəbulu dayandırılsa da hələ də müraciət edənlər var: “Təəssüf ki, yer qalmayıb və bu şəxslər gələn ilə qalır”. Qeyd edək ki, Həcc ziyarəti üçün ilk uçuş mayın 17-də təşkil ediləcək. Həmin zəvvar qrupunda 180 nəfər olacaq. Həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 AZN təşkil edir.

Read More
Cəmiyyət 

Kartla ödəniş edənlərə PİS XƏBƏR – VİDEO

Müştərilər kartla ödəniş etdikdə kartı buraxan bank və ödənişi qəbul edən bank arasındakı hesablaşmalara görə xidmət haqqı tətbiq edilir. Sözügedən xidmət haqqı ticarət obyektləri tərəfindən banklara ödənilir. Musavat.com xəbər verir ki, bu barədə Baku TV-nin videomaterialında bildirilib. Mərkəzi Bankın müvafiq qərarına əsasən, iyunun 1-dən bu xidmət haqqının yuxarı həddi müəyyən sahələr üzrə aşağı salınacaq. Belə ki, yuxarı hədd 0.25 faiz bəndi endirilməklə aptek və ərzaq mağazaları üzrə ödəniş məbləğinin 1.25 %-i, yanacaq kateqoriyası üzrə 0.75 %-i, ümumi kateqoriyada isə 1.5 %-i səviyyəsində müəyyən olunub. Qeyd edək ki, banklar tərəfindən nağdsız ödənişlərə…

Read More
Gündəm 

Başlıbel qətliamından 33 il keçir

Ermənilərin törətdiyi Başlıbel qətliamından bu gün 33 il keçir. Musavat.com xəbər verir ki, Ermənistan Respublikasının azərbaycanlılara qarşı törətdiyi qətliamlardan biri də 1993-cü ilin aprelində Azərbaycanın Kəlbəcər rayonunun Başlıbel kəndində həyata keçirilib. 1993-cü ilin aprelində Kəlbəcər rayonunun işğalı zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər Başlıbel sakini (əlavə olaraq Başlıbelə pənah gətirən 4 nəfər Laçın rayon sakini və mühasirəyə düşən 9 nəfər əsgər) kənd ərazisindəki kahalara sığınıb. Amma Ermənistan silahlı qüvvələrinə girov düşməmək üçün dağlara sığınan qoca, qadın, uşaqlar cəmi 16 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni hərbçiləri…

Read More
Cəmiyyət 

Azərbaycanda alça bağlarında DƏHŞƏTLİ xəstəlik yayıldı – VİDEO

Alça bağlarında meyvə yığımına hazırlıq görülmür, çünki məhsul çox azdır. Fermerlər deyirlər ki, ötən illərdə hər ağacdan orta hesabla 50 kiloqram meyvə götürürdülərsə, bu mövsüm cəmi iki-üç kiloqram olar, ya olmaz. Musavat.com xəbər verir ki, bu barədə AzTV-nin videomaterialında bildirilib. Fermerlər məhsuldarlığın aşağı düşməsinin səbəblərini belə izah edirlər: “Bu il məhsuldarlıq çox zəif olub. Buna səbəb soyuq hava və yağışlardır. Alça mayalanmadı, arı olmadı. Bunların hamısı mayalanmaya təsir göstərdi”. Aprelin əvvəlində havaların istiləşməsi, daha sonra isə yağışların başlaması bağlara mənfi təsir edib. Alça tez çiçək açdığı üçün yağış tozlanmaya imkan verməyib.…

Read More
Cəmiyyət 

Azərbaycan “kupça” bataqlığından çıxa bilmir – Səbəblər

Azərbaycanda daşınmaz əmlak sahibi olmaq yalnız tikinti ilə bitmir. Bu prosesin hüquqi müstəviyə keçməsi — yəni “çıxarış” (kupça) alınması hələ də minlərlə vətəndaş üçün çətin sınaq olaraq qalır. Baxmayaraq ki, bu sahədə şəffaflığı artırmaq üçün Prezident ardıcıl fərmanlar verir, sərəncamlar imzalatır, icra mexanizmindəki bürokratik boşluqlar əmlakları iqtisadi dövriyyədən kənarda saxlayır. Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, torpaq sahəsinin təyinatının dəyişdirilməsi prosesi artıq tam elektronlaşdırılıb. Vətəndaşlar İqtisadiyyat Nazirliyinin e-services.economy.gov.az portalı vasitəsilə müraciət edə bilərlər. Prosesin nəzəri sxemi kifayət qədər operativ görünür. Müraciətlər “Digital login” və ASAN imza ilə təsdiq olunur. Bundan…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ

Aprelin 18-də, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun…

Read More