Cəmiyyət 

Pensiyalar bu tarixdə VERİLƏCƏK

Aprelin 14-də Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayının pensiyaları ödənilib.  Musavat.com xəbər verir ki, respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyalarının ödənişi isə aprel ayının 21-də həyata keçiriləcək. Qeyd edək ki, pensiyaçılar aprelin 21-dən etibarən bank kartları vasitəsilə bankomatlardan nağdlaşdıra bilərlər.

Read More
Cəmiyyət 

Kürdəmir üzərindən Qarabağa yol açılır

“Kürdəmir stansiyasının yenidən xidmətə verilməsi dəmir yolları üçün əlamətdar hadisədir. Çünki Kürdəmir coğrafi yerləşməsinə görə həm ölkəmizdən keçən beynəlxalq dəhlizlər, həm də ölkədaxili marşrutlar üzərində mühüm mövqeyə malikdir”. Musavat.com xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini Arif Ağayev Kürdəmir stansiyasına sərnişindaşıma xidmətinin bərpası ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı deyib. Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları”nın buraya qatar səfərlərini bərpa etməsi ilə bu üstünlük artıq sərnişindaşımada da hiss olunacaq: “Bakı-Qazax-Bakı, Bakı-Balakən-Bakı, Bakı-Ağdam-Bakı, eləcə də həftəsonu və bayram günlərində Bakı-Ağstafa-Bakı marşrutlarına inteqrasiya ediləcək Kürdəmir stansiyası vasitəsilə həm burada, həm…

Read More
Siyasət 

Azərbaycan XİN Suriyanı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Suriyanı Milli Gün münasibətilə təbrik edib. “İki sahil” xəbər verir ki, bu barədə nazirliyin “X” sosial media hesabında paylaşım edilib. “Suriyanın Milli Günü münasibətilə Suriya hökumətini və xalqını səmimi qəlbdən təbrik edir, ən xoş arzularımızı çatdırırıq. Milli Günün mübarək, Suriya!”, – paylaşımda qeyd olunub.

Read More
Cəmiyyət 

17 Aprel – Ümumdünya Hemofiliya Günüdür.

Hemofiliya qanın laxtalanması prosesinin pozulması ilə əlaqədar olan irsi xəstəlikdir. Bu günün təsis edilməsinin məqsədi isə ictimaiyyətin diqqətini bu xəstəlikdən əziyyət çəkən insanların problemlərinə cəlb etməkdir. Ölkəmizdə də hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara yardım üzrə Dövlət Proqramı qəbul edilib və uğurla icra olunur.

Read More
Cəbhədən Xəbər 

Hərbi xidmət haqqında qanunvericilik yenilənir

Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb. Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb. Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir. İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub: 4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat…

Read More
Hava 

Bu gün 22 dərəcə isti olacaq

Azərbaycanda aprelin 17-də 22 dərəcə isti olacaq. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-12° isti, gündüz 17-21° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə 60-65 % olacaq. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz…

Read More
Cəmiyyət 

Yeniləşən, müasirləşən yol infrastrukturu

İşğaldan azad edilmiş ərazilərdə möhtəşəm yol şəbəkəsinin yaradılması keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmalarına, Qarabağın və Şərqi Zəngəzurun gələcək inkişaf planlarının həyata keçirilməsinə töhfədir 6 ilə yaxındır ki, işğaldan azad olunmuş ərazilər böyük tikinti və yenidənqurma məkanına çevrilib. Dövlətimiz tərəfindən həyata keçirilən infrastruktur layihələri fasiləsiz və planlı şəkildə icra olunur. Əsas məqsəd keçmiş məcburi köçkünlərin təhlükəsiz və firavan şəraitdə doğma torpaqlarına qayıdışını təmin etməkdir. İndiyədək işğaldan azad olunmuş ərazilərin bərpasına büdcədən 25 milyard manatdan çox vəsait ayrılıb. 2026-cı il dövlət büdcəsində isə bu istiqamətə 3,5 milyard manat, yəni ümumi xərclərin…

Read More
Cəmiyyət 

Qərarları tələsmədən və şüurlu şəkildə vermək daha məqsədəuyğundur – PSİXOLOQDAN AÇIQLAMA

İntuisiya insanın əvvəlki təcrübələrinin və qeyri-şüuri biliklərinin nəticəsi kimi formalaşır və bəzi hallarda, xüsusilə tanış situasiyalarda sürətli qərarvermədə faydalı ola bilər. Bu barədə psixoloq Təranə Paşayeva “İki sahil”ə açıqlamasında bildirib. Onun sözlərinə görə, yalnız intuisiya ilə qərar vermək risk daşıyır və bu zaman məntiqi düşüncə ilə balansın qorunması vacibdir. Daxili səsi dinləmək üçün sakit mühit və emosional sabitlik mühüm rol oynayır. Psixoloq qeyd edib ki, güclü qorxu və ya həyəcan halları intuisiya ilə qarışa bilər və bu da yanlış qərarların verilməsinə səbəb olur. Buna görə də qərarların tələsik deyil, şüurlu…

Read More