Cəmiyyət 

Qeydiyyata alınmamış idman qidaları və bioloji aktiv qida məhsullarının istehsalı, emalı və dövriyyəsi qadağandır – – VİDEO

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, idman qidaları və bioloji aktiv qida məhsullarının (BAQM) istehsalı, idxalı və satışı qüvvədə olan qanunvericiliyin tələblərinə tam uyğun şəkildə həyata keçirilməlidir. “İki sahil” xəbər verir ki, bununla yanaşı, sosial şəbəkələr üzərindən qeydiyyatsız və qeyri-qanuni formada satış fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinin də fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğunlaşdırmaları zəruridir. Belə ki, Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunmuş və qida təhlükəsizliyi sahəsində tələblərə cavab verən idmançı qidaları və BAQM-lar Agentlik tərəfindən verilmiş idxal sağlamlıq aktına malik olmalıdır. Həmçinin, BAQM-ların emalına və dövriyyəsinə həmin məhsulların Agentlik tərəfindən qeydiyyatı aparıldıqdan sonra…

Read More
Gündəm 

Sosial xidmətlərin keyfiyyətinin yüksəldilməsi əsas hədəflərdəndir – TƏHLİL

Dövlət siyasətinin mərkəzində vətəndaş amili və məmnunluğunun təmin edilməsi dayanır        Ölkəmizdə dayanıqlı sosial-iqtisadi inkişafı təmin etmək üçün   genişmiqyaslı islahatlar həyata keçirilir, Dövlət proqramları qəbul edilir, müasir dövrün çağırışlarına uyğun olaraq  sosial xidmət təkmilləşdirilir, vətəndaş məmnunluğu təmin olunur. Bütün bunlar öz növbəsində Azərbaycanın yeni iqtisadi və sosial çağırışların müzakirəsi üçün ideal məkan kimi nüfuz qazanmasında, həmçinin beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qorumasında əhəmiyyətli rol oynayır. Hər bir ölkənin inkişafında iqtisadi amilin rolunu nəzərə alsaq, dayanıqlı inkişafın təmin edilməsində iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nə qədər mühüm rol oynadığını aydın şəkildə…

Read More
Sosial 

Bu tələb ləğv edildi – Arayışa ehtiyac yoxdur

Ailə başçısını itirməyə görə aylıq pensiya və ya müavinət alan ailənin əyani təhsil alan övladlarına bu sosial ödəniş onların 23 yaşı tamam olanadək ödənilir. Musavat.com xəbər verir ki, bunun üçün əgər əvvəllər onlardan oxuduqları təhsil müəssisələrindən hər il arayış təqdim etmələri tələb olunurdusa, artıq bu tələb ləğv edilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi və Dövlət Sosial Müdafiə Fondunun tətbiq etdiyi yeni rəqəmsal həll nəticəsində proses tam avtomatlaşdırılıb. Vəfat etmiş və ya həlak olmuş şəxslərin ölkə daxilində əyani təhsil alan 23 yaşadək övladlarının əyani təhsil almaları…

Read More
Sosial 

Ölkədə uşaqlar “qeybə” çıxır – TƏHLÜKƏ

Azərbaycanda son illərdə uşaq sayı sürətlə azalır. Əvvəllər il ərzində təxminən 180 min uşaq doğulurdusa, indi bu rəqəm 60 minə qədər düşüb. Yəni təbii artım demək olar ki, 3 dəfə azalıb. Bu dəyişiklik artıq adi hal deyil və diqqətçəkən bir vəziyyətə çevrilib. Uşaq sayının azalması gələcəkdə həm əhalinin, həm də işləyən insanların sayına təsir edə bilər. Azərbaycanda təbii artımın azalması ciddi demoqrafik problem yarada bilərmi? Mövzu ilə bağlı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Elşad Musayev Musavat.com-a danışıb. Deputat deyib ki, dünya təcrübəsinə baxdıqda görürük ki, müxtəlif ölkələrdə,…

Read More
Siyasət 

Prezident Ərdoğana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Əziz Qardaşım. Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq. Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik. Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram. Allah rəhmət…

Read More
Hadisə 

Azərbaycanda BƏDBƏXT HADİSƏ – Yaralanan var

Biləsuvarda tikintidə işləyən fəhlə ağır xəsarət alıb. 38 yaşlı şəxs hündürlükdən yıxılıb. Hadisə şəhər ərazisində qeydə alınıb. Belə ki, ticarət mərkəzində tikinti işində çalışan fəhlə 1988-ci il təvəllüdlü Anar Fəxrəddin oğlu Vəliyev hündürlükdən yıxılıb. Ağır bədən xəsarətləri alan A.Vəliyev rayon xəsətəxanasına hospitalizasiya olunub. Faktla bağlı araşdırma aparılır./nocomment.az/

Read More
Şou biznes 

Məşhur azərbaycanlı müğənninin uşaqlıq görüntüsü YAYILDI – AzTV-də çıxışı – VİDEO

Azərbaycanlı müğənni Elnur Məmmədovun uşaqlıq illərinə aid görüntüləri sosial şəbəkələrdə gündəm olub. Yayılan kadrlarda sənətçinin AzTV efirində çıxış etdiyi anlar əks olunub. Onun hələ kiçik yaşlarından səhnədə sərbəst davranışı və ifa bacarığı izləyicilərin diqqətini çəkib. Sosial media istifadəçiləri Elnur Məmmədovun erkən yaşlarından istedadlı olduğunu vurğulayaraq, onun ifasını yüksək qiymətləndiriblər. Bir çoxları sənətçinin bu gün qazandığı uğurların təməlində məhz uşaqlıqdan gələn zəhmət və qabiliyyətin dayandığını qeyd edib. Sözügedən görüntülər qısa zamanda geniş yayılaraq izləyicilər arasında maraqlı müzakirələrə səbəb olub./milli.az/

Read More
Gündəm 

SON DƏQİQƏ! Ermənistandan Azərbaycana idxal edilən malın nə olduğu açıqlandı

Xəbər verdiyimiz kimi, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Dövlət Gömrük Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, idxal olunan mal Niderlanddan gətirilmiş qızılgüldür. ““Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi qeyd olunub”, deyə açıqlamada bildirilib.

Read More
Cəmiyyət 

Məişət zorakılığı və qadın cinayətlərinə görə cəzalar artırılmalıdırmı? – SORĞU

Son dövrlərdə ölkədə qadınlara qarşı törədilən cinayətlərin sayında artım müşahidə olunur və bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Artan hallar qadın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək daha sərt tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Əksər ölkələrdə o cümlədən Avropa Birliyi ölkələrində qadın cinayətlərinə görə çox ağır cəzalar mövcuddur. Bəs ölkəmizdə qadın cinayətlərinə görə cəzaların artırılmasına ehtiyac varmı? BiG.AZ bu barədə şəhər sakinləri arasında sorğu keçirib. Müəllif: İlkin Məmmədkərimov

Read More