Cəmiyyət 

At xəstəlikləri ilə bağlı monitorinqlər aparılacaq

Respublika ərazisində (Naxçıvan Muxtar Respublikası daxil) mövcud olan atlar və digər təkdırnaqlı heyvanların xəstəlikləri üzrə epizootoloji vəziyyəti qiymətləndirmək üçün aprelin 20-30-da monitorinqlər keçiriləcək. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib. Bildirilib ki, monitorinqlər çərçivəsində sözügedən heyvanların həssas olduqları xüsusi təhlükəli xəstəliklər üzrə klinik müşahidələr aparılacaq, laborator müayinələr üçün diaqnostik nümunələr götürüləcək. Həmçinin təsərrüfatlara ümumi baxış keçiriləcək, baytarlıq norma və qaydalarına riayət olunması məqsədilə maarifləndirmə-təbliğat tədbirləri görüləcək, epizootoloji məlumatlar toplanaraq təhlil ediləcək. Monitorinqlərdə Qida Təhlükəsizliyi Agentliyinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin rayon…

Read More
Cəmiyyət 

Pediatrdan xəbərdarlıq: Peyvəndsiz uşaqlar risk altındadır

“İmmunlaşdırma həftəsi” niyə həlledicidir? Aprelin 19-dan 25-dək Azərbaycanda keçiriləcək “İmmunlaşdırma həftəsi” ictimai sağlamlığın qorunması baxımından mühüm mərhələ kimi qiymətləndirilməlidir. Səhiyyə sisteminin əsas prioritet istiqamətlərindən biri olan profilaktik tədbirlərin gücləndirilməsi bu təşəbbüs çərçivəsində daha da aktuallaşır. Xüsusilə müxtəlif səbəblərdən vaxtında peyvənd olunmayan uşaqların yenidən vaksinasiya prosesinə cəlb edilməsi həm fərdi sağlamlığın, həm də ümumi epidemioloji təhlükəsizliyin təmin olunması baxımından vacib addımdır. Səhiyyə naziri Teymur Musayevin tərəfindən imzaladığı müvafiq əmr yalnız texniki bir sənəd deyil, eyni zamanda, ölkədə immunlaşdırma siyasətinin davamlılığını və sistemli yanaşmanı əks etdirir. Bu sənəd çərçivəsində şəhər və rayonlarda…

Read More
Cəmiyyət 

Azərbaycanda aprelin 19-dan fasilələrlə yağıntı olacaq

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Read More
Cəmiyyət 

AAYDA-nın bir qurumu LƏĞV OLUNDU

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) “1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ləğv olunduğunu elan edib. Musavat.com bu barədə MMC-yə istinadən xəbər verir. Qeyd olunub ki, kreditorlar iki ay ərzində tələblərini paytaxtın Binəqədi rayonu, Rəşid İsmayılov küçəsi, 2025-ci məhəllə ünvanına bildirə bilərlər.

Read More
Hava 

Aprelin 19-da hava… – XƏBƏRDARLIQ

Azərbaycanın dağlıq və dağətəyi rayonlarında aprelin 19-da, digər yerlərində isə aprelin 20-dən 21-i gündüzədək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. “İki sahil” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının qısamüddətli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimal olunur. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimalı var.

Read More
Hava 

Sabahdan külək güclənəcək – XƏBƏRDARLIQ

Milli Hidrometeorologiya Xidməti aprelin 18-də Bakıda və Abşeron yarımadasında, 18-20-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Musavat.com xəbər verir ki, bu barədə Xidmət məlumat yayıb. Bakıda və Abşeron yarımadasında sarı xəbərdarlığa uyğun olaraq cənub-qərb küləyi, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Gəncə, Göygöl, Samux, Ağdam, Yevlax, Tərtər, Bərdə, Göyçay, Neftçala, Salyan, Quba, Şabran, Siyəzən, Qobustan, Şəki, Qəbələ, Oğuz, Kəlbəcər, Cəbrayıl, Füzuli, Laçın, Zəngilanda isə sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Daşkəsən, Goranboy, Naftalan, Mingəçevir, Qusar, Xaçmaz, Xızı,…

Read More
Siyasət 

Hikmət Hacıyev: Azərbaycan regional sahibliyin qəti tərəfdarıdır

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda ADF2026-da çıxış etməkdən şərəf duyduğunu qeyd edib. Musavat.com xəbər verir ki, o, bunu Antalya Diplomatiya Forumunda iştirakı ilə bağlı sosial media hesabındakı paylaşımında yazıb. O, artan qütbləşmə və beynəlxalq münasibətlərə inamın azaldığı bir dövrdə regional sahibliyə strateji zərurət və məsuliyyət kimi yanaşıldığını vurğulayıb: “Bizim üçün bu anlayış həm də regional liderlik, regional inklüzivlik və ortaq regional məsuliyyətdən ibarətdir. Azərbaycan ilk gündən etibarən regional sahibliyin qəti tərəfdarı olub. Azərbaycan–Türkiyə tərəfdaşlığından tutmuş regional təhlükəsizliyin…

Read More
Təhsil 

Təhsillə bağlı bu məsələ fikir ayrılığı yaratdı: ləğv, yoxsa islahat?

Son dövrlər məktəblərdə ev tapşırıqlarının ləğv mövzusu ətrafında fərqli yanaşmalar səsləndirilir. Xüsusilə şagirdlərin yüklənməsi, onların psixoloji vəziyyəti və dərsə marağının qorunması baxımından ev tapşırıqlarının zəruriliyi vurğulanır. Bir tərəf hesab edir ki, ev tapşırıqlarının azaldılması( və ya tamamilə ləğvi) şagirdlərin daha sağlam və balanslı inkişafına şərait yarada bilər. Digər tərəf isə ev tapşırıqlarının öyrənilən biliklərin möhkəmləndirilməsi baxımından vacib olduğunu bildirirlər. Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb. Ekspert deyib ki, Elm və Təhsil Nazirliyinin aşağı siniflərdə ev tapşırıqlarının məcburi şəkildə…

Read More