Gündəm 

SON DƏQİQƏ! Ermənistandan Azərbaycana idxal edilən malın nə olduğu açıqlandı

Xəbər verdiyimiz kimi, bu ilin mart ayında Azərbaycan Ermənistandan ilk dəfə 960 ABŞ dolları dəyərində mal idxal edib. Dövlət Gömrük Komitəsindən Musavat.com-un sorğusuna cavab olaraq bildirilib ki, idxal olunan mal Niderlanddan gətirilmiş qızılgüldür. ““Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən, idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızılgüllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi qeyd olunub”, deyə açıqlamada bildirilib.

Read More
Cəmiyyət 

Məişət zorakılığı və qadın cinayətlərinə görə cəzalar artırılmalıdırmı? – SORĞU

Son dövrlərdə ölkədə qadınlara qarşı törədilən cinayətlərin sayında artım müşahidə olunur və bu hal cəmiyyətdə ciddi narahatlıq doğurur. Artan hallar qadın təhlükəsizliyi məsələsini yenidən gündəmə gətirərək daha sərt tədbirlərin görülməsinin vacibliyini ortaya qoyur. Əksər ölkələrdə o cümlədən Avropa Birliyi ölkələrində qadın cinayətlərinə görə çox ağır cəzalar mövcuddur. Bəs ölkəmizdə qadın cinayətlərinə görə cəzaların artırılmasına ehtiyac varmı? BiG.AZ bu barədə şəhər sakinləri arasında sorğu keçirib. Müəllif: İlkin Məmmədkərimov

Read More
Cəmiyyət 

Ölkədə siqaretə QADAĞA qoyula bilər – DETALLAR

Xəbər verdiyimiz kimi, Türkiyədə tütünə qarşı tarixi qadağa gündəmdədir. Məlumata görə hakim Ədalət və İnkişaf Partiyası (AKP) tərəfindən hazırlanmış yeni qanun layihəsi ölkədə tütün istifadəsinin mərhələli şəkildə aradan qaldırılmasını, 2040-cı ilə qədər isə tam imtinanı nəzərdə tutur. Bəs Türkiyədə tütün məhsullarının tam qadağan edilməsi planı nə dərəcədə real və iqtisadi baxımdan dayanıqlı görünür? Azərbaycanda da belə bir qərar ola bilərmi? İqtisadçı Natiq Cəfərli Musavat.com-a bildirib ki, tütün məmulatları və spirtli içkilərin qadağan edilməsi ilə davamlı nəticə əldə etmək mümkün deyil. Onun sözlərinə görə, tarixi və iqtisadi təcrübə göstərir ki, belə…

Read More
Cəmiyyət 

Azərbaycan və Rusiya rəsmiləri Zəngilanda

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökümətlərarası Dövlət Komissiyasının 24-cü iclasının iştirakçıları Zəngilan şəhərinə gəliblər. Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev hər iki tərəfin nümayəndə heyətinə Zəngilan şəhəri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, artıq Zəngilanda bir çox yenidənqurma işləri görülüb. Zəngilan şəhərində 2-ci, 3-cü, 4-cü yaşayış komplekslərinin, uşaq bağçasının təməli qoyulub. Zəngilan Konqres Mərkəzi Kompleksinin açılışı olub. Oxçuçayın rayon ərazisindən keçən hissəsində tikilmiş “Cahangirbəyli” Su Elektrik Stansiyası istismara verilib. Heydər Əliyev Fondu tərəfindən Zəngilan şəhər məscidi inşa edilib.…

Read More
Cəmiyyət 

Bazarlardakı at əti – müsəlman yeyə bilərmi?

At ətinin haram olması barədə dini mənbələrdə konkret qadağa yoxdur, amma… Qida Təhlükəsizliyi Agentliyinin Lənkəran-Astara regional bölməsinin və Daxili İşlər Nazirliyinin Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri reyd zamanı istehlaka yararsız, ümumi çəkisi 227 kq ət aşkarlanıb. Məlumata görə, baxış zamanı məhsulun müvafiq müşayiətedici sənədləri və mənşəyi olmadığı, həmçinin at əti olduğu müəyyən edilib. At ətinin Biləsuvar kənd sakini Əzizov Məlik Sabir oğlu tərəfindən qanunsuz şəkildə kəsildiyi, Kərimli Əmrah İslam oğlu tərəfindən isə 10 XP 977 dövlət qeydiyyat nişanlı “Nissan” markalı avtomobillə Bakı şəhərinə aparılması planlaşdırıldığı bildirilib. Yararsız ət…

Read More
Təhsil 

Emin Əmrullayev Xaçmazda tədris prosesi ilə tanış olub – Fotolar

Elm və təhsil naziri Emin Əmrullayev Xaçmaz şəhəri C.Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində olub. Elm və Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, əvvəlcə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev ilə birlikdə Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub. Daha sonra sözügedən təhsil müəssisəsində şəhidlərin xatirəsinə ucaldılmış abidə ziyarət olunub, onların əziz xatirəsi ehtiramla yad edilib. Nazir məktəbdə yaradılmış şəraitlə tanış olub, sinif otaqlarında keçirilən dərs prosesini izləyib, müəllim və şagirdlərlə görüşüb. Görüş zamanı tədrisin keyfiyyəti, təhsil mühitinin təşkili və şagirdlərin bilik və bacarıqlarının…

Read More
Siyasət 

Prezident xanımı ilə Türkiyədədir – FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 5-ci Antalya Diplomatiya Forumunda iştirak etmək üçün aprelin 16-da Türkiyəyə işgüzar səfər edib. Musavat.com xəbər verir ki, Antalya Beynəlxalq Hava Limanında Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Antalya şəhərinin valisi Hulusi Şahin və digər rəsmi şəxslər qarşıladılar.

Read More
Gündəm 

Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisi 2028-ci ildə tamamlanacaq

Zəngəzur dəhlizinin mühüm həlqəsi olan Horadiz–Ağbənd dəmir yolu xəttinin tikintisinin 2028-ci ildə başa çatdırılması planlaşdırılır. Bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib. Onun sözlərinə görə, bu dəmir yolu xəttinin ümumi uzunluğu təxminən 110 km, yan yollar nəzərə alınmaqla isə təxminən 140 km təşkil edir: “Hazırda layihənin həyata keçirilmə səviyyəsi təxminən 75 %-dir. Əsas tikinti işləri artıq yerinə yetirilib”.//Report

Read More
Siyasət 

Prezident onu “Şöhrət” ordeni ilə TƏLTİF ETDİ – FOTO

Hikmət Baba oğlu Məmmədov “Şöhrət” ordeni ilə təltif edilib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla o mükafata Azərbaycanın ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə layiq görülüb. Qeyd edək ki, Milli Məclisin deputatı Hikmət Babaoğlunun aprelin 17-də 60 yaşı tamam olur.

Read More
Cəmiyyət 

Vətən müharibəsi qazisi müdir təyin olundu

Balakən Rayon İcra Hakimiyyətində (RİH) yeni kadr təyinatları olub. Musavat.com iqtisadiyyat.az-a istinadla xəbər verir ki, bununla bağlı icra başçısı Natiq Ağayev müvafiq əmrlər imzalayıb. Belə ki, icra başçısının əmri ilə Hacı Muradov Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini, eləcə də Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun isə müdiri vəzifəsinə təyin edilib. Digər əmrlə Asif Məmmədov Sənəd dövriyyəsi, vətəndaş müraciətləri və inzibati işlər şöbəsinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş sektorunun müdiri təyin olunub. Qeyd edək ki, A.Məmmədov bu təyinatadək Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsində məsləhətçi,…

Read More