Bu ölkələrə səfər etməyin – RƏSMİ XƏBƏRDARLIQ
Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib. “Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə…
Read More