Cəmiyyət 

Mayda iki qeyri-adi hadisə baş verəcək

Bu ilin may ayında nadir astronomik hadisə baş verəcək. May ayının 1-i və 31-i tarixlərində tam ay tutulması yaşanacaq. Bu nadir hadisə bir neçə ildən bir baş verir. Səbəb isə Ayın Yer ətrafında dövr etmə müddəti ilə bağlıdır. Ay Yer ətrafında tam dövrünü təxminən 27,3 günə vurur, lakin Yer Günəş ətrafında hərəkət etdiyi üçün bu müddət təxminən 29,5 günə çatır. Əgər təqvim ayı 31 gündən ibarət olarsa və ilk tam ay tutulması ayın 1-nə düşərsə, ikinci tam ay tutulması ayın son gününə təsadüf edir. Bununla belə, astronomlar üçün tam ay…

Read More
Hadisə 

Mingəçevirdə ağır qəza – Ana və oğul öldü

Mingəçevir şəhərində ağır yol-nəqliyyat hadisəsi törədən sürücü həbs edilib. Bu barədə Şəki Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. Belə ki, hadisə Mingəçevir şəhəri Samux küçəsində baş verib. “Vaz 2107” markalı avtomobil ilə “Mersedes Vito” markalı mikroavtobus toqquşub, sonra “Mercedes” idarəetmədən çıxaraq aşıb. Qəza nəticəsində 2 nəfər – 1989-cu il təvəllüdlü Yasəmən Həbliyeva hadisə yerində, 2020-ci il təvəllüdlü Adəm Həbliyev isə sonradan xəstəxanada dünyasını dəyişib. Qəza zamanı habelə daha 6 nəfər – 1973-cü il təvəllüdlü Teyyub Məhərrəmov, 1985-ci il təvəllüdlü Elgiz İsmayılov, 1980-ci il təvəllüdlü Əlizamin Musayev, 1990-cı il təvəllüdlü Xəyalə Mirzəyeva,…

Read More
Hava 

SON DƏQİQƏ! Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Azərbaycanda son günlər müşahidə olunan dəyişkən hava şəraiti fonunda yağışlı günlərin sayı artıb. Xüsusilə paytaxt Bakı və Abşeron yarımadasında yağıntıların intensivləşməsi gündəlik həyata da təsirsiz ötüşmür. Mövcud vəziyyət fonunda isə əsas sual yaranır ki, yağışlar həftə ərzində də davam edəcəkmi? Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, aprelin 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti 15-i gündüzədək davam edəcək: “Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun isə 12-16 dərəcə olacağı gözlənilir. Bölgələrdə də hazırda yağıntılı…

Read More
Siyasət 

Prezidentin Fərmanı icra olundu: Bundan sonra…

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki reabilitasiya müəssisələrinin Sosial Xidmətlər Agentliyinin tabeliyinə verilməsinə başlanılıb. Musavat.com xəbər verir ki, həmin reabilitasiya müəssisələri Sosial Xidmətlər Agentliyinin tabeliyinə keçdiyini elan edib. Xatırladaq ki, ötən ay Prezident İlham Əliyev “Əhalinin icbari tibbi sığortası sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Fərman imzalayıb. Fərmanla İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsin birləşmə formasında yenidən təşkili yolu ilə nazirliyin tabeliyində Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyi…

Read More
Siyasət 

Prezident yeni səfirləri qəbul etdi – FOTOLARYENİLƏNİ

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Somali Federativ Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Abdinur Dahir Fidounu qəbul edib. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Prezident İlham Əliyev səfirlə söhbət edib. Qəbula görə minnətdarlığını bildirən Abdinur Dahir Fidou Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun salamlarını dövlətimizin başçısına çatdırıb. Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Hasan Şeyx Mahmuda çatdırmağı xahiş edib. Dövlət başçısı ötən il ölkələrimiz arasında dostluq münasibətlərində yeni səhifə açmış Somali Prezidentinin Azərbaycana rəsmi səfərini xatırladaraq,…

Read More
Dünya 

TƏCİLİ: Türkiyədə lisey qarşısında ATIŞMA: Yaralılar var

Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda lisey binasının qarşısında atəş səsləri eşidilib. Musavat.com “Haber Global”a istinadən xəbər verir ki, məktəbə silahla daxil olan bir şəxsin ətrafa atəş açması nəticəsində 7 nəfər yaralanıb. Məlumata görə, hadisə Hasan Çelebi məhəlləsində yerləşən Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində baş verib. İlkin iddialara görə, silahlı hücumu şagirdlərdən biri həyata keçirib. Hadisə yerinə dərhal təcili tibbi yardım, polis və xüsusi təyinatlı qüvvələr cəlb olunub. Məktəbin içərisində olan silahlının bəzi şagirdləri girov götürdüyü bildirilir. Təhlükəsizlik qüvvələri tərəfindən məktəbdəki şagirdlərin böyük bir hissəsi təxliyə edilib. Hazırda silahlının zərərsizləşdirilməsi istiqamətində xüsusi əməliyyat…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Yüksək vəzifəyə təyinat oldu

Fövqəladə Hallar Nazirliyi (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı Rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. Musavat.com xəbər verir ki,Qaynarinfo-nun məlumatına görə, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə daxili xidmət kapitanı Ramil Adilzadə həmin vəzifəyə təyin olunub. Qeyd edək ki, ötən ilin aprel ayında İsmayıllı Rayon Yanğından Mühafizə Hissəsinin rəisi polkovnik-leytenant İlkin Cəfərov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Read More
Cəmiyyət 

Səhiyyə Nazirliyi “Sağlam Radio”da açıqladı: 13 donor 73 insana həyat verdi

“Bu günə qədər beyin ölümü keçirmiş 13 meyid donordan 73 orqan və toxuma transplantasiya edilib”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” efirində Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlayıb. Onun sözlərinə görə, onlardan 23-ü böyrək, 13-ü qaraciyər, 2-i ürək, 30-u isə gözün buynuz qişasıdır: “Ümumilikdə isə beyin ölümü protokolu tərtib olunduqdan bu günə qədər 72 nəfərə beyin ölümü diaqnozu qoyulub. Bunlardan 14 nəfər rəhmətə gedib, ikinci dəfə beyin ölümü təstiqi üçün zaman çatmayıb. 27 nəfərin orqanları köçürülməyə uyğunsuz…

Read More
Cəmiyyət 

Pensiya alanların nəzərinə

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprelin 14-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyaları ödənilib. Publika.az xəbər verir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Cəmiyyət 

İşğaldan azad olunmuş sularımız gur axacaq…

Qarşıdan isti aylar gəlir. Kənd təsərrüfatı üçün sınaq olan bu aylarda yetişdirilən məhsulların su ilə təchizatı əsas məsələdir. Daha doğrusu, məhsulun taleyi həmişəki kimi sudan asılı olacaq. Bu asılılığı biz Qarabağ torpaqları işğal altında qalan müddətdə görmüşük. Bir çox su mənbələrinin və Sərsəng su anbarının düşmən əlində olduğundan onlar Tərtər çayının istiqamətini öz əkinlərinə yönəldir, altı rayonu susuz qoyurdular. Nəticədə hətta çoxillik meyvə ağaclarının, tingliklərin, pambıq, taxıl, soya, çuğundur və arpa sahələrinin, tərəvəz plantasiyaların tamamilə yanıb məhv olduğu illər qıtlığa səbəb olurdu. O illər su çatışmazlığı onun hər damcısının əhəmiyyətini…

Read More