Hava 

SON DƏQİQƏ! Qeyri-sabit hava şəraiti BU TARİXƏDƏK davam edəcək

Azərbaycanda son günlər müşahidə olunan dəyişkən hava şəraiti fonunda yağışlı günlərin sayı artıb. Xüsusilə paytaxt Bakı və Abşeron yarımadasında yağıntıların intensivləşməsi gündəlik həyata da təsirsiz ötüşmür.

Mövcud vəziyyət fonunda isə əsas sual yaranır ki, yağışlar həftə ərzində də davam edəcəkmi?

GULSAD.jpg (238 KB)

Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a açıqlamasında bildirib ki, aprelin 14-də Bakıda və Abşeron yarımadasında müşahidə olunan yağıntılı hava şəraiti 15-i gündüzədək davam edəcək:

“Yarımadanın ayrı-ayrı yerlərində yağıntının intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturunun isə 12-16 dərəcə olacağı gözlənilir. Bölgələrdə də hazırda yağıntılı hava şəraiti davam edir. Dağlıq ərazilərə isə qar yağır. Ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Aprelin 15-i isə gündüz yağıntılar tədricən kəsiləcək. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artacaq, dağ çaylarından isə qısa müddətə sel keçəcəyi ehtimalı var.

Aprelin 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin sabitləşəcəyi, gün ərzində yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyi üstünlük təşkil edəcək”.

Daha çox xəbərlər