Sosial 

Cəmiyyətin “şortik” problemi… varmı?

Bir neçə gün qabaq İçərişəhərdə baş verən qalmaqallı insidentin görüntüləri sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Kadrlarda şortik geyinən gənc oğlanla orta yaşlı kişi arasında gərgin mübahisə yaşandığı görünür. İddialara əsasən, yaşlı kişi gənci geyiminə görə təhqir edib və ona sərt şəkildə irad bildirib. Hətta görüntülərdə kişinin “Səni bir də bu məhlədə görməyim!” dediyi eşidilir. Hadisə qısa müddətdə sosial şəbəkələrin əsas müzakirə mövzularından birinə çevrilib. Bir çox istifadəçi baş verənləri şəxsi azadlıqlara müdaxilə kimi qiymətləndirib, digərləri isə yaşlı kişinin davranışını sərt tənqid edib. Qalmaqallı görüntülərə tanınmış simalar da münasibət bildiriblər.…

Read More
Siyasət 

Ceyhun Bayramov Yaponiyaya getdi

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb. Musavat.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, səfər çərçivəsində C. Bayramovun 10 iyun tarixində Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Read More
Gündəm 

Şuşa Bəyannaməsi: Tarixi münasibətlərin yeni mərhələsi

Bəyannamə Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər arasında imzalanan ən yüksək səviyyəli müttəfiqlik sənədidir 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il yarım Ermənistan işğalında olan və 8 noyabr 2020-ci ildə azad edilən tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 İyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921) yüz il sonra iki dost və qardaş dövlətlər…

Read More
Cəmiyyət 

Əhaliyə xəbərdarlıq: İyunun 9-dan 12-dək…

Azərbaycanda hava şəraiti ilə bağlı xəbərdarlıq edilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, iyunun 9-dan 12-dək gündüz saatlarında ölkənin bəzi dağlıq və dağətəyi rayonlarında arabir yağıntılı hava şəraitinin davam edəcəyi gözlənilir. Məlumata görə, ayrı-ayrı ərazilərdə yağıntıların qısamüddətli intensiv xarakter alacağı, şimşək çaxacağı və dolu düşəcəyi ehtimal olunur. Qeyd olunub ki, yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı gözlənilir. Həmçinin bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı var.

Read More
Siyasət 

Bayramov gürcü həmkarı ilə nələri müzakirə etdi?

İstanbulda keçirilmiş Türkiyə, Azərbaycan və Gürcüstan XİN başçılarının 10-cu Üçtərəfli Görüşü çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov gürcüstanlı həmkarı Maka Boçorişvili ilə görüşüb və birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər. Musavat.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) və C. Bayramovun “X” sosial şəbəkə hesablarında məlumat paylaşılıb. “Nazirlər regional sabitliyə, enerji təhlükəsizliyinə və davamlı iqtisadi inkişafa töhfə verən Cənub Qaz Dəhlizi, Orta Dəhliz və digər bağlantı təşəbbüsləri də daxil olmaqla, birgə layihələrin irəlilədilməsinə dair ortaq sadiqliklərini bir daha təsdiq ediblər”, – paylaşımda bildirilib…

Read More
Siyasət 

Bağı olanlara ŞAD XƏBƏR – Prezident sənəd İMZALADI

Azərbaycanda bağçılıq subsidiyasının verilməsi nəzərdə tutulur. Musavat.com xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib. Fərmana əsasən, “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” yenilənib. Bağçılıq subsidiyası – fermerlərə çoxillik əkmələrin altında olan torpaqlarda həmin torpaqların məqsədli təyinatına uyğun olaraq kənd təsərrüfatı bitkilərinin becərilməsi (əkilməsi və aqrotexniki qulluğun göstərilməsi) üçün bağın salındığı birinci ildə istifadə etdikləri kənd təsərrüfatı istehsal vasitələrinin alınmasına, torpaqların aqrokimyəvi analizinin aparılmasına, aqrotexniki xidmətlərdən istifadə edilməsinə, müasir suvarma sistemlərinin qurulmasına…

Read More
Hadisə 

Şəhid anası VƏFAT ETDİ

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Fizuli Salahovun anası vəfat edib. Musavat.com xəbər verir ki, Sevda Salahova yaşadığı Şabran rayonunun Gəndov kəndində dünyasını dəyişib. Qeyd edək ki, Fizuli Salahov 28 aprel 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində anadan olub. O, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Fizuli Salahov 13 dekabr 2017-ci il tarixində cəbhənin Füzuli istiqamətində erməni…

Read More
Gündəm 

Yeni qanun sosial şəbəkələrə nələri məcbur edir?

Milli Məclisdə müzakirəyə çıxarılan “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişikliklər sosial şəbəkələrdən istifadə ilə bağlı yeni yaş məhdudiyyətini gündəmə gətirib. Təklifə əsasən, 16 yaşdan kiçik şəxslərin sosial platformalarda hesab açmasına icazə verilməyəcək, 16–18 yaş arası istifadəçilərin fəaliyyəti isə valideyn nəzarəti altında həyata keçiriləcək. Məqsəd uşaqları rəqəmsal mühitdə rast gəlinən zərərli kontent, psixoloji təzyiqlər, bullinq və digər risklərdən qorumaq kimi izah olunur. Yeni yanaşma həm valideynlər, həm də cəmiyyət üçün bir sıra suallar yaradır: bu qadağa işlək olacaqmı? Yaş məhdudiyyətinə əməl olunmasına necə nəzarət ediləcək? Valideyn nəzarət…

Read More
Cəmiyyət 

Şuşadakı abidələrlə bağlı yeni qadağa tətbiq olunur

Şuşa şəhərinin ərazisində yerləşən abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan edilir. Bu məsələ Milli Məclisin Mədəniyyət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb. Sənəddə qeyd olunub ki, Şuşa şəhərinin ərazisində yerləşən abidələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan, təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.

Read More