Hadisə 

Şəhid anası VƏFAT ETDİ

Azərbaycan Silahlı Qüvvələrinin şəhid giziri Fizuli Salahovun anası vəfat edib.

Musavat.com xəbər verir ki, Sevda Salahova yaşadığı Şabran rayonunun Gəndov kəndində dünyasını dəyişib.

Qeyd edək ki, Fizuli Salahov 28 aprel 1978-ci ildə indiki Şabran rayonunun Gəndov kəndində anadan olub. O, 2003-cü ildən Azərbaycan Silahlı Qüvvələrində xidmət etməyə başlayıb. Hərbi xidmətdə fərqləndiyinə görə dəfələrlə təltif olunub. Prezident İlham Əliyevin cəbhə bölgəsinə səfəri zamanı Fizuli Salahova 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı təqdim edilib. 2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Fizuli Salahov 13 dekabr 2017-ci il tarixində cəbhənin Füzuli istiqamətində erməni silahlı qüvvələrinin törətdiyi təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olub.

Fizuli Salahov göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra 2-ci dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.

şəhid.jpg (130 KB)

Daha çox xəbərlər