Cəmiyyət 

Xəstənin ölümünə səbəb olan tibb bacısı da azadlıqda – FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində də icra olunub. Musavat.com bildirir ki, amnistiya aktı Xırdalanda xəstənin ölümünə səbəb olan tibb bacısı Şəfaqət Bağıyevaya da şamil edilib. O, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Xalidə Gəray Musavat.com

Read More
Cəmiyyət 

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? – Vacib DETALLAR

Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağın doğumu ilə bağlı atalara ödənişli məzuniyyət hüququnun verilməsi nəzərdə tutulur. Bəs atalıq məzuniyyətinin müddətin və ödənişin hesablanma qaydası necədir? Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə, xüsusilə Əmək Məcəlləsinə əsasən, indiyədək atalara uşağın doğulduğu günə təsadüf edən dövrdə 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulurdu. Deputat qeyd edib ki, hazırda Əmək Məcəlləsinin 125-ci maddəsinə “Hamiləliyə və doğuşa görə məzuniyyətlər”lə bağlı dəyişiklik edilməsi təklif olunub və bu dəyişiklik…

Read More
Cəmiyyət 

Yeni il xristian bayramıdırmı? – İLGİNC faktlar

Yeni il bayramına sayılı günlər qalıb. Hər il bu ərəfədə “Yeni il xristian bayramıdırmı?” sualı yenidən gündəmə gəlir və bu mövzu ətrafında cəmiyyətdə geniş müzakirələr, bəzən isə kəskin mübahisələr yaranır. Sosial şəbəkələrdə, ailə və dost məclislərində, hətta mediada bu məsələ müxtəlif baxış bucaqlarından dəyərləndirilir, fərqli mövqelər ortaya qoyulur. Bir tərəf Yeni ili sırf təqvim dəyişikliyi və dünyəvi bayram kimi qəbul edərək onu digər ümumbəşəri bayramlar kimi qeyd etməyin təbii olduğunu düşünürsə, digər tərəf bu bayrama daha ehtiyatla yanaşır. Belə ki, Yeni ili adi, şənlik xarakterli, insanları bir araya gətirən, ümid və arzularla dolu…

Read More
Cəmiyyət 

Azərbaycana qış gəldi

Bu gün saat 19:03-də Azərbaycana qış fəsli daxil olub. Musavat.com xəbər verir ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Read More
Cəmiyyət 

Balıq bazarında idxal məhsulları yerli istehsalı üstələyir – SƏBƏB

Hazırda Azərbaycanın balıq bazarında idxal məhsulları üstünlük təşkil edir. Musavat.com-un məlumatına görə, bu fikirləri bu gün keçirilən brifinqdə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib. Onun sözlərinə görə, gələcəkdə balığa olan tələbatın yerli istehsal hesabına tamamilə qarşılanacağı ehtimalı azdır: “Azərbaycanda əsas tələbat farel, qızılbalıq və çəki kimilərədir. Nərəkimilərin də ciddi potensialı var. Dəniz krevetləri, Atlantik okeana aid somon kimi məhsullar isə Azərbaycanın iqlim şəraitinə, su hövzələrinin duzluluğuna uyğun deyil. Buna görə də idxal olunması təbiidir”. Ceyhun Əliyev diqqətə çatdırıb ki, qonşu ölkələr olan İran və Türkiyə kimi ölkələrdə yem…

Read More
Cəmiyyət 

Elektron siqaretlərlə bağlı qadağalar-komitə sədri detalları açıqladı

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Tütün və tütün məmulatı haqqında”, “Reklam haqqında” və “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişiklik edilməsi barədə qanun layihəsi Milli Məclisin plenar iclasında 1-ci oxunuşda müzakirə olunaraq qəbul edilib. Komitə sədri Tahir Rzayev çıxış etdikdən sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihəni təqdim etdi. Bildirdi ki, qanun layihəsinin əsas məqsədi və mahiyyəti barədə komitə sədri, hörmətli həmkarımiz Tahir Rzayev ətraflı məlumat verdi: “Biz də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi olaraq elektron siqaretlərin və onların komponentlərinin idxalını, ixracını, istehsalını, saxlanılmasını,…

Read More
Cəmiyyət 

Sosial şəbəkələrlə bağlı şok təkliflər

İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna təklif edilən yeni maddə (13-2.3.6-1 ) qadağan olunan informasiyaların əhatə dairəsini genişləndirir və internet informasiya ehtiyatının və onun domen adının sahibindən və ya informasiya telekommunikasiya şəbəkəsinin istifadəçisindən aşağıdakı informasiyanın yayılmasına yol verməməyi tələb edir. Musavat.com-un məlumatına görə, bunu parlamentdəki müzakirələr zamanı deputat Azay Quliyev deyib. Deputat qeyd edib ki, söhbət “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxdud insan bədəninin hissələrinin əxlaq və…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: Meyxanaçı Ağakərim vəfat etdi

Meyxanaçı Ağakərim (Kərim Novruzov) vəfat edib. Bu barədə meyxanaçının sənət dostu Ağamirzə (Ağamirzə Məmmədov) məlumat verib. Qeyd edək ki, Kərim Novruzov uzun müddətdir, ağır xəstəlikdən əziyyət çəkirdi. Kərim Novruzov 1964-cü ildə Bakının Maştağa kəndində anadan olub. 1993-cü ildə isə Əliağa Vahidə həsr olunmuş Qəzəlxan festivalının ən yüksək mükafatı olan qızıl medala layiq görülüb.//Report

Read More
Cəmiyyət 

Tanınmış meyxanaçı Ağakərimin vəfatından DANIŞDI: “Bir neçə həftə əvvəl…”

Xəbər verildiyi kimi, meyxanaçı Ağakərim (Kərim Novruzov) 61 yaşında vəfat edib.  Həmkarı Ağamirzə Məmmədov Musavat.com-a bildirib ki, meyxanaçı bu gün saat 4-də rəhmətə gedib. O bildirib ki, bir neçə həftə əvvəl Ağakərimə baş çəkibmiş: “Gedirdim, baş çəkirdim. Danışa bilmirdi deyə, nə arzusunu, nə də vəsiyyətini bildim. Bu gün isə ailəsi ölüm xəbərini verdi”. Şahanə Rəhimli Musavat.com

Read More