Sosial şəbəkələrlə bağlı şok təkliflər
Deputat qeyd edib ki, söhbət “Kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxdud insan bədəninin hissələrinin əxlaq və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə dair məlumatlar”dan gedir.
“Bundan başqa, rəqəmsal təhlükələri vaxtında zərərsizləşdirmək üçün milli qanunveriliyimizə rəqəmsal asılılıq, rəqəmsal manipulyasiya, rəqəmsal klonlaşdırma, alqoritmik təhlükəsizlik kimi vacib anlayışları daxil etməli və onların qarşısını almaq üçün hüquqi mexanizmlər müəyyənləşdirməliyik. Məlum olduğu kimi, təkcə son dövrlər onlarla dövlət başçısı, siyasətçi və ictimai xadim rəqəmsal klonlaşmanın qurbanına çevrilib, səsin klonlaşdırılması nəticəsində çoxlu sayda maliyyə dələduzluğu faktları qeydə alınıb. Bu tələblərin və anlayışların qanunvericiliyə gətirilməsi Azərbaycanın rəqəmsal suverenliyinin və təhlükəsizliyinin təmin edilməsi, həmçinin milli maraqların və gələcək nəsillərin müdafiəsi baxımından strateji əhəmiyyət daşıyır”.