Cəmiyyət 

“Qaçqınkom” Qobudakı yanğınla bağlı MƏLUMAT YAYDI

5 dekabr 2025-ci il, saat 03:20 radələrində Bakı şəhərinin Qaradağ rayonunda yerləşən “Qobu Park-1” yaşayış kompleksinin 4-cü binasının 7-ci mərtəbəsindəki 78-ci mənzildə yanğın baş verib. Hadisə barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib. Nazirliyin əraziyə gələn müvafiq bölmələri qısa müddətdə alovu söndürərək, yanğının digər mənzillərə keçməsinin qarşısını alıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən Musavat.com-a verilən xəbərə görə, yanğınla əlaqədar, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, rayonunun hüquq-mühafizə orqanlarının rəhbərləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri və komitənin aidiyyəti struktur bölmələrin rəhbərləri hadisə yerində olublar. İlkin araşdırma nəticəsində müəyyən edilib…

Read More
Cəmiyyət 

Bərdədə 15 yaşlı qızla evlənən gənc həbs edildi – Toydan sonra

Bərdədə 15 yaşlı qızla evlənən şəxs həbs edilib. “Yeni Sabah” “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayondakı 588 saylı qəsəbədə yaşayan Ağdam rayonundan məcburi köçkün olan 23 yaşlı Nihad Məmmədli (şərti) barəsindəki cinayət işinə Bərdə Rayon Məhkəməsində baxılıb. Bildirilib ki, Nihad 2024-cü ildə 2009-cu il təvəllüdlü Züleyxa (şərti) ilə ailə qurub. Həmin tarixdə onların Bərdədəki “Qızıl Tac” şadlıq evində toyu keçirilib və yetkinlik yaşına çatmayan qız oğlanın evinə köçərək birgə ər-arvad kimi yaşamağa başlayıblar. Polis tərəfindən faktın üstü açılandan sonra Nihada Cinayət Məcəlləsinin 152-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə…

Read More
Cəmiyyət 

Ara tətillər uşaqların akademik və psixoloji adaptasiyasına necə təsir edir?

Kamran Əsədov: Dəyişməli olan əsas məsələ ara tətillərin ləğvi deyil, bu tətillərin məzmununun şagirdin maraq və ehtiyaclarına uyğun təşkil edilməsidir Tədris müəssisələrində tətbiq olunan payız, qış və yaz tətilləri son illər yenidən ictimai müzakirələrin gündəmindədir. Valideynlər arasında “Bu tətillər uşaqların adaptasiyasına mənfi təsir edirmi”, “Tədris keyfiyyəti aşağı düşürmü”, “Ara tətillər ləğv olunmalıdırmı” kimi suallar daha çox səslənir. Məsələ ilə bağlı aparılan müşahidələr göstərir ki, ara tətilləri ikitərəfli təsirə malikdir. Bir tərəfdən, müəllimlər və psixoloqlar bildirirlər ki, qısa fasilələr uşaqların psixoloji yüklənməsinin qarşısını alır, onların dərs motivasiyasını artırır və uzun tədris…

Read More
Cəmiyyət 

Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq

Musavat.com xəbər verir ki, bu gecə ölkəmizdə nadir və təsirli təbii hadisə — Super Ay görünəcək. Bu zaman Ay adi günlərə nisbətən 14 faiz daha böyük, 30 faiz daha parlaq şəkildə müşahidə olunur. Mütəxəssislərin məlumatına görə, Super Ay prosesi dekabrın 4-ü saat 15:07-də başlayıb. Həmin vaxt Ay Yerə ən yaxın nöqtə — perigey məsafəsinə (356 961 km) yaxınlaşıb. Yerin təbii peyki dekabrın 5-i gecə saat 03:15-də tam Ay fazasına çatacaq və məhz bu an Super Ay daha parlaq görünəcək.

Read More
Cəmiyyət 

Sellofan torba bəlası- Marketlər özlərini reklam edir, qiymətləri də bahalaşdırırlar…

Ölkədə kiçik plastik torbaların qiyməti 3 qəpikdən 5 qəpiyə, böyük ölçülü torbaların isə 7 qəpiyə qaldırılması əksəriyyətin diqqətini çəkdi. “Qiymət artımı istehlakçı davranışını dəyişəcəkmi?” sualı sosial şəbəkələrdə də müzakirə olundu. Lakin şəhərdaxili müşahidələr göstərdi ki, hələlik real mənzərə əvvəlki kimidir: insanlar yenə də plastik torbalara üstünlük verməkdə davam edirlər. Supermarketlərdə, bazarlarda, iri ticarət mərkəzlərində vəziyyət dəyişməyib. Kassanın qarşısında dayanan hər on alıcıdan səkkizi polietilen paket alır. Bəziləri hətta narazılıq etsə də, yenə də həmin paketi götürməyə məcbur qalır. Paytaxtın müxtəlif marketlərində danışdığımız alıcıların demək olar ki, hamısı oxşar fikir səsləndirdi:…

Read More
Cəmiyyət 

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub. Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.//Report

Read More
Cəmiyyət 

Zaqatalaya qar yağır – FAKTİKİ HAVA

  Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın(Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır. Yağan qarın hündürlüyü 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir. Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır – TƏHLİL

İşğaldan azad edilmiş ərazilərin sürətli iqtisadi yüksəlişi bu gün Azərbaycanın milli inkişaf strategiyasının mərkəzi xəttini təşkil edir. 2021-2025-ci illəri əhatə edən bərpa mərhələsində dövlət bölgənin dirçəlişini yalnız infrastrukturun qurulması ilə məhdudlaşdırmayıb, paralel olaraq iqtisadi, sosial və institusional sahələrdə sistemli reabilitasiya həyata keçirib. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu kompleks yanaşma “Böyük Qayıdış” siyasətinin real iqtisadi təməlinin formalaşmasına imkan yaradıb. Əlaqələndirmə Qərargahı: 5 illik fəaliyyətin mühüm nəticələri Prezident İlham Əliyevin…

Read More
Cəmiyyət 

Ticarət mərkəzləri, restoranlar niyə “dolub daşır”?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha da çətinləşəcəyi ehtimal olunur. Bir sıra ölkələrdə yaranan böhran vəziyyətinin Azərbaycana necə təsir edəcəyi hələlik məlum deyil. Lakin, çətinliklərə baxmayaraq bütün dünyada restoranlar, ticarət mərkəzləri, telefon mağazaları “ağzına kimi doludur”. Demək olar ki, hər 10 nəfərdən 8-nin əlində “iPhone” var. Yay tətilini hamı xarici ölkədə keçirməyə can atır. Çoxları bu halı rifah göstəricisi hesab etsə də, əslində əlaqəsi yoxdur. Əksinə, böhran vəziyyətlərində yaranan vəziyyətlərdən biridir. Belə ki, iqtisadiyyatda “lipstick” effekti adlandırılan anlayış var. İngilis dilindən tərcümədə dodaq boyası mənasını verən bu anlayış…

Read More