Cəmiyyət 

Bu gecə Azərbaycanda Super Ay müşahidə olunacaq

Musavat.com xəbər verir ki, bu gecə ölkəmizdə nadir və təsirli təbii hadisə — Super Ay görünəcək.

Bu zaman Ay adi günlərə nisbətən 14 faiz daha böyük, 30 faiz daha parlaq şəkildə müşahidə olunur.

Mütəxəssislərin məlumatına görə, Super Ay prosesi dekabrın 4-ü saat 15:07-də başlayıb. Həmin vaxt Ay Yerə ən yaxın nöqtə — perigey məsafəsinə (356 961 km) yaxınlaşıb.

Yerin təbii peyki dekabrın 5-i gecə saat 03:15-də tam Ay fazasına çatacaq və məhz bu an Super Ay daha parlaq görünəcək.

Daha çox xəbərlər