Azərbaycanda yeni sığorta növü yaradılır: Bu şəxslər istifadə edə biləcəklər
Azərbaycanda kənd təsərrüfatı sektorunda quraqlıq risklərinin sığortalanması istiqamətində yeni mexanizm hazırlanır. Aqrar Sığorta Fondunun müşaviri Rəvan Səmədlinin sözlərinə görə, fermerlərin ən çox üzləşdiyi və təsərrüfata ciddi zərər vuran əsas təhlükələrdən biri məhz quraqlıqdır. Onun sözlərinə görə, məsələ ilə bağlı Fonda artıq çoxsaylı müraciətlər daxil olur və sahədə xüsusi sığorta mexanizminə ehtiyacın yüksək olduğu müşahidə edilir. Maraqlıdır, hazırlanan yeni quraqlıq sığortası fermerlərin gözləntilərini hansı səviyyədə qarşılaya biləcək? Məsələ ilə bağlı News24.az-a danışan sığorta eksperti Vüsal Bədəlov bildirib ki, hazırda Aqrar Sığorta Fondu əkinçiliklə bağlı dolu, yanğın, zəlzələ, torpaq sürüşməsi, qasırğa, şaxta…
Read More