Cəmiyyət 

Cəmil Həsənli istintaqdan çıxdı, bunları yazdı: “DTX məni Ramiz Mehdiyev işi ilə bağlı dindirdi…”

Musavat.com xəbər verir ki, Milli Şuranın 12 ildir rəhbəri olan Cəmil Həsənli bu gün Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verdikdən sonra sərbəst buraxılıb. Şahid qismində dindirilən Həsənli çıxışından dərhal sonra sosial şəbəkələrdə sərt və aqressiv açıqlamalar yayaraq müxtəlif media qurumlarını və tanınmış şəxsləri təhqir edib. Onun sözlərinə görə, istintaq zamanı Ramiz Mehdiyev işi, Ziyalılar Forumu, Milli Şura, 2013-cü il prezident seçkiləri, habelə bu strukturların maliyyələşməsi ilə bağlı suallar verilib. Həsənli bildirib ki, istintaq xüsusilə Ziyalılar Forumu və Milli Şuranın maliyyə mənbələri ilə maraqlanıb. Cəmil Həsənli Dubaya uçmaq istədiyi gün sərhəddən buraxılmadığını…

Read More
Cəmiyyət 

Polad Bülbüloğlunun oğluna vəzifə verildi – FOTO

Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə yeni dirijor təyin olunub. Musavat.com “Modern.az”a istinadla xəbər verir ki, bu posta Murtuza Bülbül təyin edilib. O, SSRİ Xalq artisti Bülbülün nəvəsi, Xalq artisti Polad Bülbüloğlunun oğludur. 2001-ci ildə doğulan Murtuza Bülbül musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb. 2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib. Məlumat üçün qeyd edək ki, Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru…

Read More
Cəmiyyət 

Paytaxtda ilk – Qadın sürücülər avtobus sükanı arxasında

Zərif cinsin nümayəndələri bu stresli işin öhdəsindən gələ biləcəkmi?  Paytaxtda ilk dəfə qadın avtobus sürücülərinin sükan arxasına keçməsi həm ictimai nəqliyyatda yeni mərhələnin başlanğıcı, həm də gender balansı baxımından mühüm hadisə kimi qiymətləndirilir. AYNA və “BakuBus” MMC-nin birgə həyata keçirdiyi təlim proqramını uğurla tamamlayan xanımlar artıq 121E və 141E ekspress xətlərində sərnişinlərə xidmət göstərirlər. Bu addım Bakıda uzun illərdən sonra avtobus idarə edən ilk qadınların yolçular qarşısında məsuliyyət daşıdığı real təcrübəyə çevrilib. Təlim proqramına müraciət edən xanımlar ciddi seçim mərhələlərindən keçiblər: tibbi müayinə, psixoloji qiymətləndirmə, təhlükəsizlik üzrə yoxlamalar və praktiki…

Read More
Cəmiyyət 

Əsgərlikdən möhlət alanlarla bağlı YENİ XƏBƏR- Yoxlama başlayır

Müxtəlif illərdə hərbi xidmətə çağırışla bağlı möhlət hüququ alan şəxslərin sağlamlıq vəziyyəti yenidən yoxlanılır. “Report” xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Təşkilati Nəzarət Baş İdarəsinin rəisi, polkovnik Əziz Hidayev vətəndaş cəmiyyətinin üzvləri ilə görüşü zamanı deyib. O bildirib ki, son bir il ərzində müxtəlif dövrlər üzrə hərbi xidmət çağırışla bağlı müəyyən xəstəliklərlə bağlı möhlət hüququ alan şəxslər arasında təkrar yoxlanışdan sonra səhhətində ciddi problem aşkarlanmayanlar hərbi xidmətə cəlb olunur.

Read More
Cəmiyyət 

Rayonlara gedənlərin diqqətinə-RƏSMİ

Baş Dövlət Yol Polisi İdarəsinin həftəsonu yollardakı vəziyyətlə bağlı müraciət edib. Musavat.com xəbər verir ki, yollarda hərəkət intensivliyinin artması qəza ehtimalına təsirsiz ötüşmür. Bu mənada həftəsonları, xüsusilə avtomagistrallarda nəqliyyat axınının sürətlənməsi sürücülərdən daha da məsuliyyətli olmağı tələb edir. Təəssüf ki, bəzən sürücülərin yola çıxarkən zəruri təhlükəsizlik qaydalarına əməl etməməsi, hərəkət zamanı məsuliyyətsiz davranması həftəsonu ağırlıq dərəcəsi yüksək olan qəzalara səbəb olur. Baş Dövlət Yol Polisi İdarəsi xüsusilə səfərə hazırlaşan sürücülərə müraciət edərək, onlara mənzil başına təhlükəsiz çatmaq üçün nasaz nəqliyyat vasitələri ilə yola çıxmaqdan çəkinməyi, sürət rejiminə, ötmə və manevr zamanı…

Read More
Cəmiyyət 

İcbari tibbi sığortadakı yenilik məşğulluğa necə təsir göstərəcək?

Ekspertə görə, imtiyazlı şərtlərlə xırda torpaq payçılarının sığortasını dövlət subsidiyalaşdırmalıdır Azərbaycanda əmək qabiliyyətli olub işləməyən şəxslərin icbari tibbi sığortadan kənarda qalması gözlənilir. Hökumətin qəbul etdiyi qərara əsasən, 2026-cı ildən etibarən belə şəxslər ayda 16 manat ödəməsələr, pulsuz tibbi xidmətdən yararlana bilməyəcəklər. Bu yenilik ölkədə ciddi müzakirələrə səbəb olub. Bir qisim işsiz şəxslərin ayda 16 manatı ödəmək imkanında olmayacaqlarını bildirirlər. Bir qisim isə bildirir ki, işsiz sayılan şəxslərin çoxu faktiki olaraq rəsmiləşdirilmədən işləyir. Rəsmi izahata əsasən bu addımın əsas məqsədi insanları əmək müqaviləsi ilə işləməyə sövq etməkdir: Pulsuz tibbi xidmət almaq…

Read More
Cəmiyyət 

Azyaşlılarda texnologiya asılılığı: Səssiz irəliləyən psixoloji problem

Günümüzdə uşaqların  ünsiyyət probleminin əsas səbəbi internet və texnologiya asılılığıdır. İnternet asılılığı uşaqların gündəlik həyatına müxtəlif formalarda təsir edir, sosiallaşmanı əhəmiyyətli dərəcədə azaldır. Azyaşlı uşaqlarda ekran asılılığı valideynlərin laqeyd yanaşmasından qaynaqlanır. Mütəxəssislər xüsusən də 0-2 yaş aralığındakı uşaqların texnoloji alətləri istifadə etməsindən çəkinmək lazım olduğunu bildirirlər. Ekran qarşısında çox vaxt keçirmək, eyni zamanda, uşaqlarda diqqət dağınıqlığı yaradır. Çünki fasiləsiz dəyişən görüntülər və sürətli dinamika onların diqqət müddətlərini qısaldır və real həyatın daha yavaş ritminə uyğunlaşmalarını çətinləşdirir. Bununla yanaşı, texnologiyadan həddindən artıq istifadə uşaqların emosional tənzimləməsinə də mənfi təsir edir. Uşaqlar…

Read More
Cəmiyyət 

UNESCO-nun mədəni-mənəvi irsimizə verdiyi dəyərin növbəti təzahürü

Aşıq Dirili Qurbaninin anadan olmasının 550 illiyi və Aşıq Ələsgərin vəfatının 100 illiyi UNESCO-nun 2026–2027-ci illər üçün yubileylər proqramına daxil edilib. Qərar UNESCO Baş Konfransının 43-cü sessiyasında təsdiq olunub. Şübhəsiz, bu aşıqların yubileylərinin UNESCO-nun yubileylər proqramına daxil edilməsi onların irsinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edir. Bunu həm də bəşəri mədəni irsin ayrılmaz hissəsi olan Azərbaycan aşıq sənətinə, onun çoxəsrlik ənənələrinə və xalq yaradıcılığına verilən dəyər kimi qiymətləndirmək olar. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bunu aşıq sənətimizin beynəlxalq təntənəsi adlandırdı: “Azərbaycanın UNESCO ilə çoxillik və səmərəli əməkdaşlığı ölkəmizin zəngin…

Read More
Cəmiyyət 

Gəncədə məşhur şəxslərin uyuduğu Fəxri xiyabandan REPORTAJVİDEO

Baku TV Gəncənin Fəxri xiyabanından reportaj hazılayıb. Reportajda qeyd edilib ki, burada bir çox tanınmış simalar, dövlət xadimləri, alimlər, əmək qəhrəmanları dəfn ediliblər. İlahiyyatçı Əlisəftər Səfərəliyev qeyd edib ki, Fəxri xiyabanda dəfn edilən ilk şəxs Sosialist Əməyi Qəhrəmanı Rüstəm Əliyev olub: “Rüstəm Əliyevin Mirzə İbrahimovla yaxın münasibəti var idi. O, Sosialist Əməyi Qəhrəmanının həyatı barədə “Böyük dayaq” romanında da yazıb. Əsər əsasında Azərbaycanın ən yaxşı filmlərindən biri çəkilib”. “Fəxri xiyabanda dəfn edilmiş Əkbər Babayev SSRİ-nin ən görkəmli türkoloqlarından biri olub. Nazim Hikmətlə də yaxın dost idilər. Gəncənin ziyalı ailələrindən birində…

Read More
Cəmiyyət 

Bu qış Bakıda sərt keçəcək – Ekoloqdan XƏBƏRDARLIQ – VİDEO

Bu il payızın anomal, yəni nisbətən isti keçməsi qışın sərt ola biləcəyi ilə bağlı ehtimalları artırıb. ”Qış şaxtalı və qarlı olacaq”. Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bunu açıqlamasında Coğrafiya İnistutunun şöbə müdiri, ekoloq Ənvər Əliyev deyib. Mütəxəssis bildirir ki, müşahidə olunan hava dəyişikliyi əvvəllər də nadir hallarda qeydə alınıb və bunun ardınca qış aylarında şaxtalı günlər yaşanıb. Mütəxəssis bildirir ki, qışın bir qədər sərt keçməsi mövcud problemləri daha da artıracaq. Uzunmüddətli hava proqnozlarının çox da dəqiq olmadığını deyən ekoloq yenə də ehtiyatlı davranmağı zəruri hesab edir. Mütəxəssis onu da əlavə…

Read More