Cəmiyyət 

Cəmil Həsənli istintaqdan çıxdı, bunları yazdı: “DTX məni Ramiz Mehdiyev işi ilə bağlı dindirdi…”

Musavat.com xəbər verir ki, Milli Şuranın 12 ildir rəhbəri olan Cəmil Həsənli bu gün Dövlət Təhlükəsizliyi Xidmətində ifadə verdikdən sonra sərbəst buraxılıb.

Şahid qismində dindirilən Həsənli çıxışından dərhal sonra sosial şəbəkələrdə sərt və aqressiv açıqlamalar yayaraq müxtəlif media qurumlarını və tanınmış şəxsləri təhqir edib.

Onun sözlərinə görə, istintaq zamanı Ramiz Mehdiyev işi, Ziyalılar Forumu, Milli Şura, 2013-cü il prezident seçkiləri, habelə bu strukturların maliyyələşməsi ilə bağlı suallar verilib. Həsənli bildirib ki, istintaq xüsusilə Ziyalılar Forumu və Milli Şuranın maliyyə mənbələri ilə maraqlanıb.

Cəmil Həsənli Dubaya uçmaq istədiyi gün sərhəddən buraxılmadığını da açıqlayıb. O, bununla bağlı sərhəd xidməti əməkdaşlarının ona məlumat verdiyini, daha sonra geri qayıtdığını qeyd edib.

DTX-dan çıxdıqdan sonra Həsənli Müsavat Media Qrupunu, Qafqazinfo-nu, REAL TV-ni və sosial şəbəkə istifadəçilərini hədəf alaraq onları təhqiredici ifadələrlə tənqid edib. Onun bu davranışı istintaqdan sonra vəziyyəti gərginləşdirməyə yönəlmiş addım kimi qiymətləndirilir.

Daha çox xəbərlər