Cəmiyyət 

Miras və vərəsəlik – Kim hansı əmlaka iddia edə bilər?

Bir insan dünyasını dəyişəndən sonra onun əmlakı, borcları və digər hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada vərəsəsinə keçir. Lakin təcrübə göstərir ki, miras məsələsi bir çox ailələrdə anlaşılmazlıq və mübahisələrə səbəb olur. Mülki qanunvericiliyə görə, vərəsəlik iki formada yaranır: Vəsiyyət üzrə və qanun üzrə. Əgər mərhum vəsiyyət tərtib etməyibsə, miras qanunun müəyyən etdiyi növbələrə uyğun bölüşdürülür. Birinci növbədə övladlar, rəsmi nikah əsasında olan həyat yoldaşı və valideynlər miras hüququ əldə edirlər. Onlar mövcud olduqda digər qohumların mirasa çıxışı olmur. Birinci növbə olmadıqda, ikinci növbədə olan qardaş-bacılar, nənə-babalar və onların övladları miras…

Read More
Cəmiyyət 

Qoruq elan olunan Tuğ kəndində hansı işlər görüləcək? – Video

Xocavənd rayonunun Tuğ kəndi iki il əvvəl qoruq elan edilib. Kənd Azərbaycan tarixini özündə əks etdirən yaşayış məntəqələrindən biridir. Burada tikilən evlərin quruluşu və memarlıq üslubu diqqət çəkir. Tuğ Qafqaz Albaniyasının qədim tarixini özündə əks etdirən və bu tarixi ehtiva edən abidələrlə zəngindir. Burada xeyli sayda kilsə və monastır mövcuddur. Qısa zamanda burada qoruğun yenidən dirçəlməsi istiqamətində işlər aprılacaq və onlar əsasən ərazinin tarixiliyini qorumaq məqsədi daşıyacaq. Daha ətraflı AzTV-nin videomaterialında:

Read More
Cəmiyyət 

“Yanğın zamanı bağlı olan qapı təxliyə üçün olmayıb” – Rəsmi – VİDEO

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğınla bağlı sosial şəbəkələrdə yayılan iddialar – xüsusilə də təxliyə qapısının bağlı olması məsələsi – geniş müzakirələrə səbəb olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev məsələ ilə bağlı “Real TV”yə açıqlamasında bu iddialara münasibət bildirib. Xudiyevin sözlərinə görə, sözügedən qapı texniki sənədlərdə yaşayış üçün deyil, qeyri-yaşayış sahəsinə aid keçid kimi göstərilib. Qaydalar tələb edir ki, qeyri-yaşayış və yaşayış sahələri bir-birindən tam ayrılmış şəkildə olmalıdır. Buna görə də həmin qapı təxliyə çıxışı kimi nəzərdə tutulmadığından, onun bağlı olması tikinti normalarına…

Read More
Cəmiyyət 

Ceyhun Mirzəyevin yeganə qızı niyə küçədə acınacaqlı vəziyyətdə yaşayır?VİDEO

Baku TV-nin “Retro Baku” verilişinin yeni buraxılışı “Ögey ana” və “Fəryad” filmlərindəki İsmayıl obrazı ilə yaddaşlarda dərin iz buraxan əvəzedilməz aktyor və rejissor Ceyhun Mirzəyevə həsr olunub. Mərhum aktyorun sənət dostları onunla bağlı unudulmaz xatirələrini bölüşüblər. Xalq artisti Hacı İsmayılov Ceyhun Mirzəyevin rejissorluq etdiyi və aktyor kimi çəkildiyi son filmi – “Fəryad”ın çəkilişləri barədə danışıb: “Xocalıda baş vermiş səhnənin təkrarı qurulmuşdu. Hava da yağışlı idi. Bizi də oraya helikopterlə gətirmişdilər. Mühərrikini söndürmürdülər, çünki ermənilər gəlib atəş aça bilərdilər. Həmin kadrları çəkmək çox çətin idi. Yer palçıq, əynimizdə isə əsgər paltarı…

Read More
Cəmiyyət 

Binaların altında hansı obyektlər fəaliyyət göstərə bilməz?VİDEO

Yaşayış binalarının zirzəmisi, kürsüsü, birinci və ikinci mərtəbələrində ictimai təyinatlı obyektlərin yerləşdirilməsinə yol verilmir. Musavat.com Xəzər TV-yə istinadən xəbər verir ki, bu, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının təsdiqlədiyi “Yaşayış binaları. Layihələndirmə normaları”nda öz əksini tapıb. Lakin buna baxmayaraq, paytaxtda demək olar ki, əksər binaların altında belə obyektləri görmək olar. Təhlükəsizlik eksperti Elmar Nurəliyev deyir ki, əgər bina layihələndirilərkən sözügedən obyektlər nəzərdə tutulmayıbsa, qanuni hesab edilmir. Ekspert bildirib ki, kafe, restoran və ya hər hansı obyekt fəaliyyətə başlamazdan əvvəl bütün yanğın təhlükəsizliyi qaydaları nəzərə alınmalıdır. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının…

Read More
Cəmiyyət 

Laçında səmaya ucalan tikili: 1800 metr hündürlükdə MÜHƏNDİSLİK MÖCÜZƏSİ

Azərbaycanın qərbində, Laçın rayonunun Qorçu kəndində mühəndislərdən ibarət komanda çətin bir layihəyə başladı. Mürəkkəb relyef, çətin hava şəraiti… Mühəndislər burada yorulmadan çalışdılar. Dağlar yarıldı və nəticədə rekord müddətdə – dörd il ərzində beynəlxalq standartlara cavab verən hava limanı inşa edildi. Layihə koordinatoru Səlim Akbay hava limanının niyə məhz bu ərazidə tikilməsi sualı ilə bağlı AzTV-yə açıqlama verib: “Bu layihədə ən çətin məsələ başlayarkən hava limanını harada inşa edəcəyimiz idi. Bildiyiniz üzrə Laçın ərazisinin hər yeri dağlıqdır. Bu dağlar silsiləsi içərisində 1700-1800 metr yüksəklikdə bir hava limanı inşa etmək üçün öncə…

Read More
Cəmiyyət 

TƏCİLİ! 4 ofisiantın ölümünə görə “Lake Hotel”in icarədarı həbs edildi

Binəqədidə otelin 4 işçisinin ölümündə təqsirləndirilən rəhbər şəxs həbs edilib. Bu barədə Musavat.com-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, noyabrın 21-də paytaxtın Binəqədi rayonu, Xırdalan–Binəqədi şossesində yerləşən “Lake Hotel”in işçiləri – 1997-ci il təvəllüdlü Cavidan Muradlı, 2005-ci il təvəllüdlü Emil Quliyev, 2006-cı il təvəllüdlü Eltac Əliyev və 2007-ci il təvəllüdlü Əkbər Zeynalovun iş görən zaman elektrik cərəyanı vurması nəticəsində ölmələri faktına görə Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.3-cü (əmək mühafizəsi qaydalarının pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Toplanmış sübutlarla “Lake…

Read More
Cəmiyyət 

Azaldılan xərc, zəif nəzarət, kadr çatışmazlığı: Azərbaycanda bu sahə acınacaqlı durumda

Son illər Azərbaycanda keytrinq xidmətlərinə tələbat artıb. Xüsusilə də korporativ tədbirlər, ofislər və istehsalat müəssisələrində bu sahənin canlanması nəzərə çarpır. Lakin artan rəqabət fonunda bəzi şirkətlərin qida təhlükəsizliyi standartlarına tam əməl etməməsi və xidmət keyfiyyətində çatışmazlıqlar müşahidə olunur. Qida Təhlükəsizliyi Agentliyi (AQTA) 2025-ci ilin yanvar-sentyabr ayları ərzində ölkə ərazisində fəaliyyət göstərən 14 keytrinq xidməti müəssisəsində yoxlama keçirib. Məlum olub ki, bəzi keytrinq şirkətləri qida təhlükəsizliyi tələblərinə əməl etmir və onların fəaliyyətində ciddi nöqsanlar var. Agentlik xəbərdarlıq edir ki, qaydalara əməl olunmadığı təqdirdə kütləvi zəhərlənmə, insan həyat və sağlamlığı üçün risklər…

Read More
Cəmiyyət 

İstirahət gününün havası AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında noyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq, mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-14° isti, gündüz 16-20° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 17-21° isti, dağlarda gecə 1-6° isti, gündüz 12-17° isti…

Read More