Cəmiyyət 

“Yanğın zamanı bağlı olan qapı təxliyə üçün olmayıb” – Rəsmi – VİDEO

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğınla bağlı sosial şəbəkələrdə yayılan iddialar – xüsusilə də təxliyə qapısının bağlı olması məsələsi – geniş müzakirələrə səbəb olub.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini Cəmil Xudiyev məsələ ilə bağlı “Real TV”yə açıqlamasında bu iddialara münasibət bildirib.

Xudiyevin sözlərinə görə, sözügedən qapı texniki sənədlərdə yaşayış üçün deyil, qeyri-yaşayış sahəsinə aid keçid kimi göstərilib. Qaydalar tələb edir ki, qeyri-yaşayış və yaşayış sahələri bir-birindən tam ayrılmış şəkildə olmalıdır. Buna görə də həmin qapı təxliyə çıxışı kimi nəzərdə tutulmadığından, onun bağlı olması tikinti normalarına zidd hesab edilmir.

Rəsmı həmçinin yanğından sonra səsləndirilən digər bir iddiaya — binanın altında quraşdırılmış elektrik şarj cihazları məsələsinə də aydınlıq gətirib. O qeyd edib ki, FHN belə avadanlıqların quraşdırılmasına nə rəy verən, nə də icazə təqdim edən qurumdur.

Daha çox xəbərlər