Cəmiyyət 

Laçında səmaya ucalan tikili: 1800 metr hündürlükdə MÜHƏNDİSLİK MÖCÜZƏSİ

Azərbaycanın qərbində, Laçın rayonunun Qorçu kəndində mühəndislərdən ibarət komanda çətin bir layihəyə başladı. Mürəkkəb relyef, çətin hava şəraiti… Mühəndislər burada yorulmadan çalışdılar. Dağlar yarıldı və nəticədə rekord müddətdə – dörd il ərzində beynəlxalq standartlara cavab verən hava limanı inşa edildi.

Layihə koordinatoru Səlim Akbay hava limanının niyə məhz bu ərazidə tikilməsi sualı ilə bağlı AzTV-yə açıqlama verib:

“Bu layihədə ən çətin məsələ başlayarkən hava limanını harada inşa edəcəyimiz idi. Bildiyiniz üzrə Laçın ərazisinin hər yeri dağlıqdır. Bu dağlar silsiləsi içərisində 1700-1800 metr yüksəklikdə bir hava limanı inşa etmək üçün öncə mühəndislərimiz bütün Laçın ərazisini addım-addım gəzərək ən uyğun yeri araşdırdılar. Gördüyünüz kimi ən uyğun yerdə belə dağlar var”, – deyə o bildirib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Daha çox xəbərlər