Cəmiyyət 

Tərk edildikdən sonra ölən Nurcanla bağlı – Rəsmi açıqlama

Sosial Xidmətlər Agentliyi “Təmiz Dünya” Qadınlara Yardım İB-də vəfat edən 16 yaşlı Nurcanla bağlı açıqlama yayıb. “Qafqazinfo” xəbər verir ki, açıqlamada deyilir: “Bildiririk ki, 21 avqust 2025-ci il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qohumlarının evindən qaçan Nurcan Elşad qızı Cəfərova barəsində məlumat daxil olub. Tərəfimizdən uşağın mənafeyinin qorunması məqsədilə dərhal tədbirlər görülüb və qiymətləndirilməsi aparılıb. Məlum olub ki, Nurcanın anası Vüsalə Orucova 2014-cü ildə vəfat edib, atası isə Rusiyada yaşayır. Uşağın xalası Turanə Həsənova müxtəlif səbəblərdən ona qayğı göstərmək istəmədiyini bildirib”. Bildirilir ki, qiymətləndirmə prosesində Nurcan…

Read More
Cəmiyyət 

Müəllim məktəbə “müştəri yeri” kimi baxırsa, o, mənim üçün müəllim deyil – Emin Əmrullayev

Müəllim məktəbə “müştəri yeri” kimi baxırsa, o mənim üçün müəllim deyil. “İki sahil” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev “İTV”də yayımlanan “Diqqət Mərkəzi” proqramında deyib. “Əgər müəllim 6 sinifdə dərs deyirsə və düşünürsə ki, hər sinifdən 15 uşaq repetitorluğa müraciət edəcək və onun da həyat səviyyəsi yüksələcək, bu adam mənim üçün müəllim deyil. Müəllim məktəbə gəlir, əməkhaqqını alır, amma onun əvəzini birbaşa sinifdə verməlidir. Kim istəsə, dərsdən sonra özəl sektorda işləyə bilər. Bu hər bir vətəndaşın hüququdur. Amma dövlət sektorunda çalışan müəllimin əsas məqsədi şəxsi qazancını artırmaq…

Read More
Cəmiyyət 

210 manat maaş alan müəllimlərin sayı AÇIQLANDI

“Azərbaycanda 17186 müəllimin ortaaylıq maaşı 1589 manatdır”. Oxu.Az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin efirində yayımlanan “Diqqət Mərkəzi” verilişində qonaq olarkən deyib. O bildirib ki, bu müəllimlərin həftəlik dərs saatı 30-36 saat aralığında dəyişir. Nazirin sözlərinə görə, 3487 nəfər müəllimin ortaaylıq maaşı 210 manatdır: “Bu müəllimlərin həftəlik dərs yükü 0-6 saat aralığındadır”. Həmçinin qeyd olunub ki, 38 711 nəfər müəllim ortalama ayda 979 manat maaş alır ki, onların da dərs yükü 18-24 saat aralığında dəyişir.

Read More
Cəmiyyət 

Sığınacaqda qalan daha bir yeniyetmənin həyatı təhlükədə

lli.Az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə öz sosial şəbəkə hesabında məlumat yayıb. O bildirib ki, valideyn himayəsindən məhrum olmuş və reabilitasiya məqsədilə sığınacağa yerləşdirilən yeniyetmə qız məktəbdən qayıtmayıb. “Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə itkin düşmə ilə bağlı məlumat verilib. Bu kimi uşaqların əksəriyyəti valideynlərin biganəliyi və zorakılığı səbəbindən reabilitasiya proqramına cəlb olunurlar. Lakin valideyn hüquqları məhdudlaşdırılmadığı üçün ailə ilə ünsiyyət saxlanılır, uşağa qarşı birbaşa cinayət faktı yoxdursa, valideynlərlə görüşlər davam etdirilir. Bir neçə gün əvvəl yeniyetmənin atası Sosial Xidmətlər Agentliyinə müraciət edəcəyini…

Read More
Cəmiyyət 

Burun əməliyyatı zamanı komaya düşən Nigarın son vəziyyəti

Bu il aprelin 30-da Bakıdakı “MedAura” klinikasında burun əməliyyatı zamanı komaya düşən Şəmkir vətəndaşı Nigar İlham qızı Budaqlının vəziyyəti kritik olaraq qalır. Milli.Az bildirir ki, bu barədə Nigarın hüquqlarını müdafiə edən, 20 saylı büronun vəkili Rusif Eminli Bizim.Media-ya məlumat verib. “Məsələ öz ciddiliyini qoruyub saxlayır. Hələ də Nigar Budaqlının koma vəziyyətinə düşməsinə səbəb olan həkimlər xəstənin vəziyyəti ilə maraqlanmır. İstintaqla bağlı da hazırda yeni bir məlumat yoxdur. Nigarın vəziyyəti isə kritikdir”-deyə vəkil bildirib. Qeyd edək ki, N.Budaqlının əməliyyatını həkim-cərrah Yaqub Əsədi və anestezioloq Cəmilə Əliyeva icra edib.

Read More
Cəmiyyət 

Ucuz kolbasa məhsullarından birinin tərkibində at əti aşkarlandı: “Dünən gələn məhsulun tarixi artıq silinib”

Paytaxt bazarlarında aparılan son araşdırmalar zamanı satışda olan ucuz kolbasa məhsullarından birinin tərkibində at ətinin aşkarlanması ciddi narahatlıq yaradıb. Bu fakt digər bazarlarda satılan ucuz kolbasa məhsullarının tərkibi və qiymətinə dair sualları yenidən gündəmə gətirib. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərək deyib ki, belə məhsulların tərkibində daha aşağıkeyfiyyətli və mənşəyi bilinməyən ətlər də ola bilər: “Təəssüf ki, ölkədə demək olar ki, heç bir ətin satışına qadağa qoyulmur. İstehlakçının aldadılmaması üçün ətin mənşəyi mütləq göstərilməlidir. Bazarlara gətirilən bu tip ət məhsulları çox zaman yararlılığı şübhəli heyvan ətlərindən hazırlana…

Read More
Cəmiyyət 

600 abonentin qazı KƏSİLƏCƏK

Sabah Sumqayıt şəhərində 600 abonentin qaz təchizatında fasilə yaranacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, balans qovşaqlarının mövcud şəbəkəyə qoşulması ilə əlaqədar 21 noyabr saat 10:00-dan etibarən 600 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. İşlər bitdikdən sonra qazın verilişi bərpa olunacaq.

Read More
Cəmiyyət 

Azərbaycanda niyə yağış yağmır? – RƏSMİ CAVAB

Payız fəslində olmağımıza baxmayaraq, Azərbaycanda yağışlı hava müşahidə olunmur. Bəs bunun səbəbi nədir? Publika.az xəbər verir ki, Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bu barədə “Yeni Sabah”a danışıb. O bildirib ki, ölkə ərazisində müşahidə olunan mülayim isti hava şəraitinin səbəbi sinoptik şəraitdən asılı olaraq isti hava kütlələrinin cənubdan hərəkət etməsi, cənub-şərq küləklərinin üstünlüyüdür: “Bu da hava şəraitinin mülayim keçməsinə, temperaturun yüksəlməsinə səbəb olur. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 22, rayonlarda isə 25 dərəcəyədək yüksəlir. Bakıda və Abşeron yarımadasında havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından 2.9 dərəcə yüksək…

Read More
Cəmiyyət 

Gündə 15 ədəd püstə yeyin!

Püstə yüksək kalorili və yağlı məhsuldur, lakin ürək-damar sisteminin işini yaxşılaşdırmaq, metobolizmi və maddələr mübadiləsini sürətləndirmək üçün qida rasionuna daxil edilməlidir. “Qafqazinfo” xəbər verir ki, püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır. Püstənin tərkibində yüksək miqdarda kalium və maqnezium qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək edir. Püstənin faydalarını artırmaq üçün gündə 15 ədəd yemək tövsiyə edilir. Uşaqların isə yeddi püstədən çox yeməməsi daha yaxşıdır. Antioksidantlarla zəngin olan püstə həm də orqanizmdə qocalma prosesini ləngidir, hüceyrələrin…

Read More
Cəmiyyət 

Şirvanın “zümrüd”ü niyə yoxa çıxır?..

Şose yolla Hacıqabul rayonunun yanından ötüb Şirvan şəhərinə və Aran bölgəsinə aparan yolların lap yaxınlığından keçəndə sərnişinlər istər-istəməz dönüb zümrüdə bənzəyən gölə tamaşa edərdilər. Gölün gözəlliyi öz yerində,  başqa bir yaraşığı orada üzən quşların səs-küy salaraq dəstə-dəstə uçmaları, ov axtarmaları, ora-bura vurnuxmaları, bunlarla bərabər, öz təhlükəsizlikərini də hər an nəzarətdə saxlamaları idi. Çöl quşları-ördəklər, qaşqaldaqlar (anqutlar), qaranquşlar, sərçələr, leyləklər gölün gözəlliyini bir az da artırırdılar. Təəssüf ki, keçən iki il müddətində zümrüd gözlü göldəki bu həyatdan əsər-əlamət qalmayıb, suyu sürətlə azalaraq quruyub, gölü üzük qaşı kimi qoynuna alan yaşıllıqlar susuzluqdan…

Read More