Cəmiyyət 

Bakıda iki şəhidin məzarı qarət edilib – VİDEO

Şəhidlər ailələrinə onları xatırladan əşyaları, xalqımıza isə Vətənimizin bütövlüyünü əmanət ediblər. Bu əmanətə sədaqət isə hər birimizin borcudur. Hər şəhid məzarının qarşısında qoyulan güllər də, məzar önünə düzülən şəxsi əşyalar da… Musavat.com Xəzər TV-yə istinadən bildirir ki, bir şəhidin müharibədə döyüş boyu ayağında olan çəkməsi, kaskası, digər şəhidin isə gitarası məzarının önündən oğurlanıb. Hadisə Bakıxanov qəsəbəsində yerləşən Şəhidlər xiyabanında baş verib. Şəhid Mayor Səyavuş Kəlbalıyevin həyat yoldaşı Pərvanə Kəlbalıyeva deyir ki, hadisə ilə bağlı xəbəri səhər saatlarında alıb. Şəhidin oğurlanan yeğanə əşyaları 4 ildir şüşə qutunun içərisində, məzarın yanında qorunurdu. Şəhidin…

Read More
Cəmiyyət 

Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub

Noyabrın 19-da Yeni Klinikada Yeni Robotik Reabilitasiya və Sümük İliyi Transplantasiyası mərkəzlərinin açılış mərasimi olub. “İki sahil” xəbər verir ki, mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Əvvəlcə Yeni Robotik Reabilitasiya Mərkəzi ilə tanışlıq keçirilib. Bildirilib ki, 3 min 600 kvadratmetr ərazidə yerləşən Yeni Robotik Reabilitasiya Mərkəzi Azərbaycanın reabilitasiya sahəsində texnoloji inqilab yaradan ilk mərkəzlərindən biridir. Əsas məqsəd pasiyentlərin funksional müstəqilliyini bərpa etmək, həyat keyfiyyətini yüksəltmək və hərəkət imkanlarını maksimum səviyyəyə çatdırmaq, həmçinin ölkəmizdə əlillik səviyyəsini minimuma endirməkdir. Mərkəz həm…

Read More
Cəmiyyət 

Yeni sistem nə vəd edir?

Kamran Əsədov: Müəllimlərin əməkhaqqının dərs saatına görə deyil, iş saatına uyğun müəyyənləşdirilməsi ən real və modern mexanizmdir Ölkədə müəllimlərin dərs yükü və əməkhaqqı mexanizminin yenilənməsi ilə bağlı müzakirələr genişlənib. Müəllimlərin əməkhaqlarının dərs saatına deyil, iş saatına uyğun qaydada müəyyənləşdirilməsi təklifi xüsusi diqqət çəkib. Bu təklif Milli Məclisin ötən həftə keçirilən iclasında “Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı səsləndirilib. Təklif edilən mexanizmin əsas məqsədi müəllimlərin gəlirinin sabitləşdirilməsi və iş vaxtının daha effektiv şəkildə təşkil olunmasıdır. Yeni yanaşmaya əsasən, mövcud “dərs saatı” sistemi mərhələli olaraq “iş saatı” prinsipi ilə…

Read More
Cəmiyyət 

Azərbaycanda 1 həftə iş olmayacaq

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı ilə əlaqədar ölkədə bir həftəlik tətil olacaq. 2025-ci ilin 29, 30, 31 dekabr və 2026-cı ilin 1, 2, 3, 4 yanvar tarixləri qeyri-iş günləri olacaq. Belə ki, iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2025-ci ilin 29 və 30 dekabr iş günləri 27 və 28 dekabr şənbə-bazar günlərinin yerləri dəyişdiriləcək. Beləliklə, 29 dekabr 2025-ci ildən 5 yanvar 2026-cı ilədək ölkədə bayram tətili olacaq. ///Bakıvaxtı.az

Read More
Cəmiyyət 

Təhsil və elmə ayrılacaq vəsait açıqlandı

2030-cu ilə müəyyən edilmiş milli prioritetlərdən biri olan təhsil və elm xərclərinə 5,2 milyard manat vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə 658 milyon manat və ya 14,3 faiz çoxdur. Musavat.com-un məlumatına görə, bunu maliyyə naziri Sahil Babayev parlamentdəki büdcə müzakirələrində deyib. Nazir qeyd edib ki, ortamüddətli büdcə dövrü, yəni 2022-ci illə müqayisədə 2026-cı ildə təhsil və elm xərcləri 36 faiz artacaq. Nazir bildirib ki, növbəti ildə dövlət sifarişi və dövlət hesabına kadr hazırlığı üzrə təhsil alanların sayı 150 min nəfərə, təqaüd alanların sayı…

Read More
Cəmiyyət 

Zabrat yolunda yenilik -Sürücülərin nəzərinə!

Bakıda Şəhər şosesində (Zabrat yolu) ümumi istifadədə olan nəqliyyat vasitələri üçün xüsusi hərəkət zolağı təşkil edilir. Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib. Bildirilib ki, Sabunçu rayonunun bu ərazisində xüsusi hərəkət zolağının mövcudluğuna baxmayaraq, şosenin sonunda – yolötürücünün başlanğıcından Heydər Əliyev prospekti ilə kəsişməyədək zolaq mövcud olmayıb. “Bu da ictimai nəqliyyat vasitələrinin sıxlıq halları ilə üzləşməsinə səbəb olurdu. Şəhər şosesində zolağın yaradılması ilə gün ərzində 17 müntəzəm marşrut xətti üzrə 160-dan çox avtobus rahat hərəkət edəcək. İctimai nəqliyyat istifadəçilərinin rahat, maneəsiz və əlavə vaxt itkisinə məruz qalmadan daşınmasına şərait…

Read More
Cəmiyyət 

“Qalatasaray” “Real Madrid”in hücumçusunu icarəyə götürmək istəyir

Türkiyənin “Qalatasaray” futbol klubu “Real Madrid”in cinah hücumçusu Rodriqo Qoesi icarəyə götürmək istəyir. Lakin Türkiyə klubu “Real Madrid” 24 yaşlı futbolçunun maaşının yarısını bir neçə ay ərzində ödəyəcəyi təqdirdə belə müqavilə imzalamağa hazırdır. “Report” xəbər verir ki, bu barədə AS məlumat yayıb. Məlumata görə, braziliyalı cinah oyunçusu daha çox oyun vaxtı qazanmaq üçün Çempionlar Liqası komandasına icarəyə verilə bilər. Rodriqo Qoes cari mövsümdə 13 oyunda meydana çıxıb və iki məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir. “Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar qiyməti 80 milyon avrodur.

Read More
Cəmiyyət 

Milli-mənəvi irsimizə ehtiramın ifadəsi

Naxçıvan şəhərində görkəmli Azərbaycan şairi, dramaturqu və mütəfəkkiri Hüseyn Cavidin qəbri üzərində ucaldılmış məqbərə bərpa olunacaq. Bununla əlaqədar olaraq Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması üçün layihə-smeta sənədlərinin hazırlanması ilə bağlı satınalma elan olunub. Milli Məclisin deputatı Ülviyyə Həmzəyeva mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi tərəfindən məqbərədə bərpa konservasiya işlərinin aparılması təşəbbüsü yalnız memarlıq baxımından deyil, həm də mənəvi və milli irsimizin yaşadılması baxımından böyük əhəmiyyətə malikdir: “Bu mənada məqbərənin bərpası, ilk növbədə, milli irsimizə ehtiramın ifadəsidir”. H. Cavidin Azərbaycan ədəbiyyatının,…

Read More
Cəmiyyət 

“Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirildi – FOTO

Noyabrın 18-də “LIBRAFF” kitab mağazaları şəbəkəsinin “Park Akademiya” filialında Səbinə Əliyeva, Hüzurə Ağayeva və Gülarə Əmirovanın həmmüəllifi olduqları “Azərbaycan dilini öyrənirik” kitabının təqdimat mərasimi keçirilib. Publika.az xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər. Təqdimat mərasimində çıxış edən kitabın həmmüəllifi Səbinə Əliyeva kitabın 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulduğunu, ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində yetişən uşaqlara, o cümlədən Azərbaycandan kənarda yaşayan balaca həmyerlilərimizə ana dilini öyrətmək, dilimizə qarşı sevgi oyatmaq, öz dilimizdə ünsiyyət qurmaq bacarıqlarını uşaq yaşlarından…

Read More