Cəmiyyət 

illi Qəhrəmanın qızının toyu oldu – VİDEO

Milli Qəhrəman İbad Hüseynlinin qızının toyu olub. Milli.Az xəbər verir ki, toydan görüntülər sosial şəbəkələrdə yayılıb. Xeyir iş Bakıdakı restoranlardan birində baş tutub. Qeyd edək ki, İbad Hüseynli Birinci Qarabağ müharibəsindəki şücaətinə görə 2020-ci ildə Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Qəhrəman adı ilə təltif edilib. Hazırda 55 yaşı var. Toydan görüntüləri təqdim edirik:

Read More
Cəmiyyət 

Yaşar Nurinin qızı vəfat etdi

Mərhum Xalq artisti Yaşar Nurinin qızı Ülviyyə Yaşarqızı vəfat edib. Bu barədə “Qafqazinfo”ya onun bacısının köməkçisi məlumat verib. Bildirib ki, o, gecə saatlarında ürək çatışmazlığından dünyasını dəyişib. Qeyd edək ki, Ülviyyə Yaşar Nurinin böyük qızıdır. Mərhumun bir övladı var. Ülviyyə Yaşarqızının bacısı Ülkər Yaşarqızı müğənniliklə məşğul olur.

Read More
Cəmiyyət 

Azərbaycanda yeni məktəblər istifadəyə veriləcək – ƏRAZİLƏR ÜZRƏ SİYAHI

Azərbaycanda yeni məktəb binaları istifadəyə veriləcək və bununla bağlı tikinti işlərinə başlanılır. Musavat.com xəbər verir ki, bu barədə İqtisadiyyat.az Elm və Təhsil Nazirliyindən məlumat əldə edib. Belə ki, respublika üzrə 2 ədəd məktəbəqədər və 17 ədəd tam orta məktəb binaları tikiləcək, eləcə də 2 ədəd modul tipli tam orta məktəb binası quraşdırılacaq. Nazirliyin sifarişi ilə təhsil müəssisələrinin tikinti-quraşdırılması ilə bağlı layihə-smeta sənədlərini “Design Project” şirkəti 2,5 milyon manata hazırlayacaq. Həmin təhsil müəssisələri aşağıdakılardır: Xızı rayonu, Giləzi qəsəbə 40 yerlik körpələr evi-uşaq bağçası, Xızı rayonu, Yeni Yaşma kənd 40 yerlik körpələr evi-uşaq…

Read More
Cəmiyyət 

Dekabrda 9 gün iş olmayacaq – TARİXLƏR

2025-ci il üçün iş vaxtı norması və istehsalat təqviminə əsasən, dekabr ayında xüsusi günlərə görə 1 gün qeyri-iş günü olacaq. 31 dekabr həftəiçi gününə təsadüf etdiyindən iş və istirahət günlərinin dəyişdirilməsi nəzərdə tutulmayıb. Beləliklə, şənbə, bazar və xüsusi günlər də daxil olmaqla, dekabr ayında ümumilikdə 9 gün iş olmayacaq./metbuat.az

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Şuşakəndə çatdı

Xocalı rayonuna yola salınan növbəti köş karvanı Şuşakənd kəndinə çatıb. Bu mərhələdə Şuşakənd kəndinə köçürülən ailələr ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Qeyd edək ki, bu mərhələdə kəndə 19 ailə (55 nəfər) köçürülüb.//Report.az

Read More
Cəmiyyət 

Leyla Əliyeva Mingəçevirdə ekoloji aksiyalarda iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevirə səfəri çərçivəsində bir sıra ekoloji aksiyalarda iştirak edib. “İki sahil” xəbər verir ki, əvvəlcə Leyla Əliyevanın iştirakı ilə Mingəçevir su anbarına 25 min sazan balığı buraxılıb. Aksiya su bioresurslarının bərpası, balıq ehtiyatlarının artırılması və su hövzələrinin ekoloji tarazlığının qorunmasına töhfə vermək məqsədi daşıyır. Daha sonra Leyla Əliyeva Korçay Dövlət Təbiət Yasaqlığı ərazisində həyata keçirilən reintroduksiya prosesində iştirak edib. Yasaqlığa Şirvan Milli Parkının ərazisindən gətirilmiş 10 baş ceyran buraxılıb. Ceyranların Yasaqlıq ərazisinə köçürülməsində məqsəd mövcud ceyran populyasiyası arasında gen…

Read More
Cəmiyyət 

Leyla Əliyeva Mingəçevirdə yerləşən avarçəkmə bazasında idmançılarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Mingəçevir şəhərinə səfəri çərçivəsində avarçəkmə bazası ilə tanış olub. “İki sahil” xəbər verir ki, Leyla Əliyevaya Kür çayı üzərində salınmış “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin fəaliyyəti, burada yaradılan infrastruktur, idmançıların hazırlıq prosesi və qazanılan nailiyyətlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Kür” Olimpiya Tədris-İdman Mərkəzi Avropada, eləcə də MDB məkanında bənzəri olmayan avarçəkmə bazalarından biridir. Mərkəz avarçəkmə idman növü üzrə milli komandanın əsas hazırlıq bazalarından biri kimi fəaliyyət göstərir. Burada müxtəlif yaş qruplarına aid idmançıların peşəkar səviyyədə məşq etmələri üçün…

Read More
Cəmiyyət 

Diş həkimlərinin total yoxlanması – təhlükə, yoxsa…

Professor deyir ki, həkimlərin akkreditasiyasını qurmaqla bu problemi birdəfəlik həll etmək olar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar – oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Bu barədə AEM-dən məlumat verilib. Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi…

Read More
Cəmiyyət 

Məktəblərdə “boş saat” dövrü bitir, müəllim hazırlıq və monitorinqə vaxt ayıracaq

“Azərbaycan təhsilində illərlə davam edən ən böyük paradoks ondan ibarət olub ki, müəllimin fəaliyyəti yalnız auditoriyada keçirdiyi 45 dəqiqəlik dərs saatı ilə ölçülüb, lakin sistemdən isə dünya standartlarında nəticə tələb edilib. Bu, həm pedaqoji məntiqə, həm idarəetmə düşüncəsinə, həm də beynəlxalq təcrübəyə zidd modeldir”. Bu sözləri Musavat.com-a açıqlamasında təhsil mütəxəssisi Kamran Əsədov deyib. O qeyd edib ki,  Elm və Təhsil Nazirliyinin irəli sürdüyü yeni model  müəllim fəaliyyətini tam iş günü üzərində qurmağa və real əməkhaqqı artımının hüquqi mexanizmini yaratmağa yönəlir: “PISA 2022 nəticələrində Azərbaycan şagirdlərinin riyaziyyatda 397 bal toplaması, OECD…

Read More