Cəmiyyət 

Quzu ətinin 32 manata qalxmasına MM-in qərarı səbəb olub? – İqtisadçı ekspert

Bakıda quzu əti kəskin bahalaşıb. Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Vahid Məhərrəmli məlumat verib. O bildirib ki, noyabrın 21-də bazarlarda quzu ətinin bir kiloqramı 32 manat olub: “Hər gün bazarlardan məlumat alıram. Satıcılar bunun səbəbini quzu ətinin kəsilməsinə qoyulan qadağa ilə əlaqələndirib. İndi quzu kəsimi ilə məşğul olanları yoxlayan orqanların sayı da artıb. Kimin hardasa bir cüzi vəzifəsi varsa, onlara irad tutur ki, quzu kəsmisən, bu da qanunla qadağadır. Onlar da məcbur olub ayrı yollara əl atırar”. Vahid Məhərrəmli bu gün imkanlı adamların quzu ətinə üstünlük verdiyini vurğulayıb: “Heyvan…

Read More
Cəmiyyət 

Yol polisi hava şəraiti ilə bağlı müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsinin dumanlı hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib. İdarədən Musavat.com-a verilən məlumata görə, müraciətdə deyilir: “Hazırda paytaxtda, eləcə də respublikanın bir sıra rayonlarında dumanlı hava müşahidə edilir ki, bu da məhdudiyyətli görünmə şəraitində yol hərəkəti iştirakçılarına, xüsusilə sürücülərə bir sıra çətinliklər yaradır. Dumanlı hava yol hərəkəti zamanı nişanların, nişanlama xətlərinin, ümumiyyətlə nizamlama vasitələrinin və digər hərəkət iştirakçılarının vaxtında və aydın görünməsinə maneə yaratdığı üçün sürücülər belə havalarda daha da diqqətli olmalı, sürət həddini hava şəraitinə uyğun seçməli, nəqliyyat vasitəsinin, xüsusilə xarici işıq cihazlarının sazlığına əmin…

Read More
Cəmiyyət 

Bu ilin 10 ayında 78 stomatoloji klinikada yoxlama keçirilib, 72-də nöqsanlar aşkarlanıb

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bu ilin yanvar- oktyabr ayları ərzində 78 stomatoloji klinikada yoxlama keçirib, onlardan 72-də müxtəlif nöqsanlar aşkar edilib. Bu barədə “Report”un sorğusuna cavab olaraq AEM-dən məlumat verilib. Bildirilib ki, nöqsanlardan 33-ü lisenziya şərtləri sualı üzrə, 15-i lisenziya olmadan iş və fəaliyyət, 8-i lisenziyadan kənar iş və fəaliyyət, 9-u sertifikasiya şəhadətnaməsi olmadan özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 2-si lisenziya və sertifikasiya şəhadətnaməsi olmadan, lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma faktı, 5-i isə sertifikasiya şəhadətnaməsi olmadan və lisenziyadankənar özəl tibb fəaliyyəti ilə məşğul olma…

Read More
Cəmiyyət 

Azərbaycan-İslandiya oyununa hakim təyinatları AÇIQLANDI

Azərbaycan və İslandiya yığma komandaları arasında keçiriləcək DÇ-2026-nın seçmə mərhələ oyununa hakim təyinatları açıqlanıb. Matç Monteneqrodan olan hakimlər briqadasına həvalə edilib. Oyunun baş hakimi FIFA referisi Nikola Dabanoviç olacaq. Ona Vladan Todoroviç və Srdan Yovanoviç kömək göstərəcəklər. Dördüncü hakim funksiyasını isə Miloş Boşkoviç yerinə yetirəcək. VAR-da serbiyalı Momçilo Markoviç, AVAR-da isə onun həmyerlisi Aleksandar Jivkoviç olacaqlar. Qeyd edək ki, noyabrın 13-də saat 21:00-da start götürəcək Azərbaycan – İslandiya oyunu 8-ci km stadionunda keçiriləcək. (Oxu.Az)

Read More
Cəmiyyət 

Rəşad Dağlı həbsdən azad olunub? – SON DƏQİQƏ AÇIQLAMASI

“İnstagram” və “Tik Tok” sosial şəbəkələrində həbsdə olan tanınmış meyxanaçı Rəşad Dağlının azadlığa çıxması və onun məclislərdən birində rəqs etməsi ilə bağlı məlumatlar yayılıb, videolar paylaşılıb. Musavat.com yayılan məlumatları dəqiqləşdirmək üçün meyxanaçının bibisi qızı, jurnalist Könül Aypara ilə əlaqə saxlayıb. O saytımıza sözügedən xəbərlərin həqiqəti əks etdirmədiyini və videoların köhnə olduğunu dedi: “Rəşad həbsdədir, azadlığa çıxmayıb. Sosial şəbəkələrdə bəzi səhifələr ip yığmaq məqsədi ilə belə saxta məlumatlar paylaşırlar. Yaxın günlərdə bununla bağlı oğlu açıqlama verəcək. Rəşadın həyatında hansısa dəyişiklik baş verməyib, həbs həyatı davam edir”. Xatırladaq ki, Rəşad Dağlı 2022-ci il noyabrın…

Read More
Cəmiyyət 

Əhaliyə bu gün və sabahla bağlı XƏBƏRDARLIQ

Noyabr ayında Günəşdə artan partlayışlar nəticəsində Yer kürəsinə bir neçə dəfə maqnit qasırğaları təsir göstərəcək. Musavat.com-un xarici mediaya istinadən məlumatına görə, ay ərzində həm yüngül, həm də orta dərəcəli maqnit aktivliyi müşahidə olunacaq. Bu hadisələr təkcə təbiət hadisəsi kimi deyil, həm də insanların gündəlik həyatına, sağlamlığına və texnoloji sistemlərə təsir göstərə bilər. Geomaqnit qasırğaları Günəşdən çıxan plazma axınlarının Yerə çatması ilə yaranır. Bu axınlar planetin maqnit sahəsində dalğalanmalara səbəb olur və nəticədə peyk rabitəsində nasazlıqlar, GPS siqnallarında zəifləmə, elektrik xətlərində yüklənmə halları baş verir. Proqnozlaşdırılan tarixlər: 11–13 noyabr – Maqnit…

Read More
Cəmiyyət 

“Euronews” Bakı Beynəlxalq İncəsənət Festivalı və onun iştirakçılarına material həsr edib

“Euronews” telekanalı Bakı Beynəlxalq İncəsənət Festivalı (BIAF) haqqında material hazırlayıb. “Bakı Beynəlxalq İncəsənət Festivalı keçirildiyi ikinci həftədən etibarən mədəni əməkdaşlığı genişləndirməyə can atır” başlıqlı məqalədə tədbir iştirakçıları, onların təəssüratları, həmçinin dünya incəsənət səhnəsinin nümayəndələri üçün bu festivalda iştirakın əhəmiyyəti haqqında danışılır. Telekanal qeyd edir ki, “Oskar” mükafatı laureatı, daha çox “Oturan pələng, gizlənən əjdaha” filmi ilə tanınan quruluşçu rəssam Tim İp şəhərdə böyük ajiotaj yaradıb. O, İqor Stravinskinin dünyaca məşhur “Müqəddəs bahar” baleti üçün dekorasiyalar yaradıb, əsərin interpretasiyasını isə tanınmış çinli xoreoqraf Yan Lipin həyata keçirib. “Euronews” xatırladır ki, festivalda…

Read More
Cəmiyyət 

İcra başçıları toya nə qədər pul yazdırır?

Bakıda şadlıq saraylarında menyuların qiyməti fərqli olduğu kimi, qonaqların bəylə gəlinə hədiyyəsi də bir-birindən kəskin fərqlənir. Orta statistik azərbaycanlı toya tək gedəndə, adətən, siyahıya 100-200 manat, məclisdə ailə üzvləri ilə birlikdə iştirak edəndə isə 300-500 manat pul yazdırır. Birinci dərəcəli qohumların “nəməri” isə bəzən daha yuxarı olur. Vəzifəli şəxslər bu məsələdə sıravi şəxslərdən ciddi şəkildə fərqlənir. Məlum olub ki, icra başçıları nazirlərin, komitə sədrlərinin övladlarının toyuna 5000 manat pul yazdırırlar. Pandemiyadan əvvəl bu məbləğ 3000 AZN olub. Bu, Azərbaycanda yazılmamış qaydalarla standart rəqəm kimi qəbul olunub. Bu ənənə uzun illərdir dəyişmir. (Yeni Sabah)

Read More
Cəmiyyət 

“Gələcəyə nəfəs!” aksiyası çərçivəsində 111 min 111 ağac əkiləcək

Qardaş Türkiyənin “Gələcəyə nəfəs!” çağırışı ilə hər il noyabrın 11-də təşkil olunan genişmiqyaslı ağacəkmə aksiyası artıq Azərbaycanda ənənəyə çevrilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova “İki sahil”ə bildirib ki, bu il də Azərbaycan qardaş Türkiyənin bu təşəbbüsünü dəstəkləyir. “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkəmizin bütün bölgələrini əhatə edəcək aksiya çərçivəsində 111  min 111 ədəd ağac əkiləcək. İnanırıq ki, əkilən ağaclar gələcəkdə geniş yaşıllıq sahələrinə çevrilərək, ətraf mühitə böyük töhfə olacaq”, – deyə İradə İbrahimova qeyd edib. Nazirliyin sözçüsü, bu il noyabrın 11-i istirahət gününə düşdüyü üçün Azərbaycanda…

Read More
Cəmiyyət 

Vətən müharibəsi şəhidi Orxan Babayevin ildönümündə xatirəsi anılıb

10 noyabr 2025-ci il ağstafalı Vətən müharibəsi şəhidi Babayev Orxan Sərvan oğlunun ildönümüdür. Bu münasibətilə Qarahəsənli kənd qəbirstanlığında məzarı ziyarət olunub, önünə gül dəstələri düzülərək, əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub.   Tədbirdə Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının əməkdaşları, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.   Tədbir çərçivəsində şəhidimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül dəstələri düzülərək əziz xatirələri yad edilib.   Daha sonra tədbir iştirakçıları şəhid Orxan Babayevin ailəsini ziyarət edib, onların…

Read More