Cəmiyyət 

Şuşada iki yaşayış kompleksinin inşasına BAŞLANILDI

Gələn il Şuşada bərpa-quruculuq işləri davam edəcək. Hazırda Şuşa şəhərində intensiv tikinti işləri aparılır, iki yaşayış kompleksinin inşasına start verilib. Yaxın aylarda üçüncü yaşayış kompleksinin inşasına da başlanılacaq. Musavat.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov jurnalistlərə açıqlamasında deyib. “Gələn ilin sonu – 2027-ci ilin əvvəlində mərhələli olaraq binaları şuşalıların istifadəsinə verəcəyik. Keçmiş məcburi köçkünlərin növbəti köç dalğası baş tutacaq. Yaxın aylarda Sadıqcanın ev-muzeyinin bərpası bitəcək. Altı tarixi abidədə konservasiya layihələri həyata keçirilərək tamamlanacaq. Bundan başqa, bir neçə layihə də yekunlaşacaq. Şəhərin mərkəzi olan Qarabağ…

Read More
Cəmiyyət 

Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət iştirak edib

Bu gün Vətən Müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradda 5 mindən çox şəxsi heyət, 100-dən çox texnika iştirak edib. “Report” xəbər verir ki, hərbi paradda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5 min nəfər şəxsi heyəti, Türkiyə Respublikası Silahlı Qüvvələrinin 240 nəfər şəxsi heyəti, Pakistan İslam Respublikası Silahlı Qüvvələrinin 120 nəfər şəxsi heyəti iştirak edib. Həmçinin Azərbaycanın 50 aviasiya vasitəsi, 5 Türkiyə aviasiya vasitəsi, 39 ədəd xüsusi təyinatlı avtomobil texnikası və silah sistemi, 53 ədəd hava hücumundan müdafiə vasitəsi, 63 ədəd raket-artilleriya silahları, eləcə də parada 12 gəmi paradda nümayiş…

Read More
Cəmiyyət 

Xankəndidə Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilirFOTOVİDEO

Xankəndi şəhərində “8 Noyabr” Zəfərin 5 illiyi münasibətilə möhtəşəm konsert proqramı keçirilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən “Report”un Qarabağ bürosuna verilən məlumata görə, bayram konserti Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə baş tutub. Zəfər konsertində tanınmış ifaçılar, incəsənət xadimlərinin ifasında, vətənpərvərlik ruhunda mahnılar səslənib.

Read More
Cəmiyyət 

Şuşada “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramı təşkil olunubFOTO

Şuşada 8 Noyabr Zəfər gününə həsr edilən silsilə tədbirlər davam edir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbərə görə, Qarabağ Universiteti və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə konsert proqramı keçirilib. “8 Noyabr – Zəfərin təntənəsi” adlı konsert proqramında tanınmış incəsənət nümayəndələri və Qarabağ Universiteti tələbələri rəngarəng nömrələrlə çıxış ediblər. Konsert proqramında şəhər sakinləri, şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları, Şuşa rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin nümayəndələri iştirak ediblər.

Read More
Cəmiyyət 

Xankəndidə Zəfər atəşfəşanlığı olduFOTO

Xankəndi şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə keçirilən konsert proqramının ardınca atəşfəşanlıq olub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, Zəfər meydanında şəhərin səması rəngarəng işıqlara bürünüb. Atəşfəşanlıq Xankəndi sakinləri tərəfindən böyük sevinclə qarşılanıb, hər kəsdə xoş ovqat yaranıb.

Read More
Cəmiyyət 

Azadlıq meydanından ƏN SON GÖRÜNTÜLƏR – FOTOLAR

Vətən müharibəsindəki Zəfərin 5 illiyinə həsr olunan hərbi paradla bağlı hazırlıq işləri tamamlanıb. Paradda keçid edəcək şəxsi heyət, hərbi texnika artıq hazır vəziyyətə gətirilib. Həmin əraziyə yaxın küçə və prospektlər, eləcə də binaların eyvanları Azərbaycan bayraqları ilə bəzədilib. Qeyd edək ki, bu gün Bakıda Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunan hərbi parad keçiriləcək. Paradda Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Pakistanın Baş naziri Şahbaz Şərifin iştirakı gözlənilir. Bundan başqa, paradı izləmək üçün Bakıya Slovakiyanın, Serbiyanın və digər ölkələrin dövlət nümayəndələri də gəliblər. (Report)

Read More
Cəmiyyət 

4 günlük tətil başladı

Bu gündən Zəfər Günü ilə əlaqədar ardıcıl 4 gün iş olmayacaq. 8 Noyabr Zəfər Günü, 9 Noyabr isə Dövlət Bayrağı Günüdür. Əmək Məcəlləsinə və Nazirlər Kabinetinin müvafiq qərarlarına uyğun olaraq, hər iki tarix şənbə və bazara təsadüf etdiyi üçün noyabrın 10-11-i də qeyri-iş günü olacaq. Noyabrın 12-si isə bayramlardan sonra ilk iş günü olacaq. Qeyd edək ki, Konstitusiya Günü (12 Noyabr) və Milli Dirçəliş Günü (17 Noyabr) isə iş günü olan bayram günləridir.

Read More
Cəmiyyət 

Gəncə terrorunda valideynlərini itirən Sevil ana oldu

Gəncəyə düşən raket zərbələri nəticəsində valideynlərini itirən Sevil Əliyeva ana olub. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Təsir dairəsi” verilişində aparıcı Lalə Azərtaş məlumat verib. “Sevili dağıntılar altından xilas edən Talış onu öz xanımı etdi. Şükürlər olsun ki, bir neçə dəqiqə bundan qabaq onların Rəşad adlı oğulları dünyaya göz açdı. Bu, bizim üçün ən gözəl Zəfər bayramı hədiyyəsi oldu. Sevil mənim öz balamdır və onu çox istəyirəm. Ümid edirəm ki, valideynlərinin ruhu şaddır, çünki nəvələri dünyaya göz açdı”.

Read More
Cəmiyyət 

2025-ci ilin iqtisadiyyat xəbərləri…

Artım çoxdur, yoxsa azalma? Artıq 2025-ci ilin sonlarına yaxınlaşırıq. Bu dövrdə Azərbaycanda iqtisadiyyatın bəzi sahələrinin  inkişafı da müşahidə olunmaqdadır. Bəs cari ilin doqquz ayında iqtisadiyyatın hansı sahələrində artım və ya azalma qeydə alınıb? 9 ayda dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib 2025-ci ilin yanvar – oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 14 milyard 378,4 milyon manat vergi daxil olmaqla proqnoza 105,5 faiz əməl edilib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə vergi daxilolmaları 229,9 milyon…

Read More