Cəmiyyət 

Sadıq Sadıqov vəzifəsindən azad edidli

“Neftçi” İdman Klubunun rəhbərliyində kadr dəyişikliyi olub. İdarəetmə aparatının rəhbəri Sadıq Sadıqov öz istəyi ilə vəzifəsindən azad edilərək klubun İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyinat alıb. Buna qədər İdarə Heyəti sədrinin müşaviri vəzifəsini tutan Fərəc Əliyev isə klubun İdarə Heyəti sədrinin müavini və klubun icraçı direktoru əvəzi təyin edilib. Qeyd edək ki, icraçı direktor vəzifəsi İdarəetmə aparatının rəhbəri vəzifəsinin yerinə təsis edilib. (report)

Read More
Cəmiyyət 

Bu gün Günəşdə ard-arda iki partlayış baş verib

Bu gün Günəşdə rentgen diapazonunda M5.0 və M1.6 gücündə iki partlayış qeydə alınıb. Bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. “3 noyabr saat 13:11-də (Bakı vaxtı ilə 14:11 ) rentgen diapazonunda 60 dəqiqə davam edən M5.0 (N22E84) partlayış, saat 12:25-də (Bakı vaxtı ilə 13:25-də) isə 61 dəqiqə davam edən M1.6 (N26E82) partlayışı qeydə alınıb”, – deyə məlumatda qeyd olunur. Qeyd edək ki, Günəş alışmaları rentgen şüalanmasının gücünə görə beş sinfə – A, B, C, M və X siniflərinə bölünür. A ən zəif, X isə ən güclü partlayış…

Read More
Cəmiyyət 

Azərbaycan və Rumıniya arasında audiovizual sahədə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

Azərbaycan nümayəndə heyəti Rumıniyanın Milli Audiovizual Şurasının qərargahında qurumun vitse-prezidenti, prezident vəzifəsini icra edən Valentin-Aleksandru Jukan ilə görüşüb. Tədbirdə Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev, ölkəmizin Rumıniyadakı səfiri Qüdsi Osmanov və digər nümayəndələr iştirak ediblər. AZƏRTAC xəbər verir ki, görüş zamanı Azərbaycan və Rumıniya arasında audiovizual media sahəsində əməkdaşlığın mövcud vəziyyəti və yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub. Valentin-Aleksandru Jukan bildirib ki, Rumıniya media məkanında informasiya təhlükəsizliyi, rəqəmsal transformasiya və gənc jurnalistlərin təlim proqramları prioritet istiqamətlərdəndir. O,…

Read More
Cəmiyyət 

Şəhidlərin ildönümlərində xatirələri anılıb

03 noyabr 2025-ci il tarixində Ağstafa rayonunda Vətən müharibəsi şəhidləri Quliyev Rusif Asim oğlunun və Yolçuyev Azad Nizami oğlunun ildönümlərində əziz xatirələri yad olunub. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, Ağstafa Rayon İcra Hakimiyyəti aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi”nin müdiri Ariz Qədiməliyev, şəhidimizin ailə üzvləri, şəhid ailələri və rayon ictimaiyyətinin nümayəndələri Xətai və Kolayır kəndlərində şəhidlərin məzarlarını ziyarət ediblər, önlərinə gül dəstələri düzüblər və ruhlarına dualar oxuyublar. Tədbir çərçivəsində şəhidlərimizlə eyni məzarlıqda uyuyan digər şəhidlərimizin də məzarları ziyarət olunub, önlərinə gül…

Read More
Cəmiyyət 

Gədəbəyə vurğun amerikalı qız – sazın-sözün sehrinə düşüb – VİDEO

Amerikalı Marta Lavri illər öncə magistratura təhsili almaq üçün Bakıya gəlib. Musavat.com xəbər verir ki, Marta o illərdə Bakıda bir gədəbəyli ailəsində yaşayıb. Azərbaycanca danışmağı da, saz ifa etməyi də elə onlardan öyrənib: “O ailə mənə o qədər doğma gəldi ki, özümü evdə kimi hiss etdim. Orada xəstələndim, Mirvari “mama” deyəsən, qızılgül mürəbbəsi ilə çay gətirmişdi. Hiss etdim ki, anamın sevgisi var o evdə”. Marta hər yay həmin ailə ilə birgə Gədəbəyə gedib orada dincələrmiş. Deyir ki, sazla ilk tanışlığı Gədəbəydəki toyların birində olub: “Televiziyada aşıqlara baxanda xoşuma gəlirdi. İstəyirdim o…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak etdi

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib. Publika.az xəbər verir ki, IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir. Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sonra konfransın açılış mərasimində çıxış edən Leyla Əliyeva gənclərin…

Read More
Cəmiyyət 

“Art Weekend” çərçivəsində “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı keçirilib

YARAT Müasir İncəsənət Mərkəzində “Bakıya uçuş. Art Weekend. Gələcəyi İNDİ hiss et” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) təşəbbüsü çərçivəsində həyata keçirilən “Nəfəs – söz və səsin vəhdəti” adlı növbəti layihənin təqdimatı olub. “İki sahil” xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alyona Əliyeva iştirak ediblər. Festival üçün xüsusi olaraq SÖZ multidisiplinar mərkəzi tərəfindən hazırlanmış immersiv performans mistik musiqini, sufi poeziyasını və insan səsinin gücünü bir araya gətirib. Səhnədə Savalan və Çardaq…

Read More
Cəmiyyət 

“Art Weekend” çərçivəsində “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim edilib

“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ Duy” (Fly to Baku. Art Weekend. Sense the Future NOW) layihəsi çərçivəsində Azərbaycan Dövlət Akademik Rus Dram Teatrında “Nə qədər kifayətdir?” adlı inklüziv rəqs tamaşası təqdim olunub. “İki sahil” xəbər verir ki, tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və direktoru Leyla Əliyeva iştirak edib. “DanceAbility Azerbaijan”ın kollektivi tərəfindən hazırlanan teatr-rəqs performansı dövrümüzün ekoloji və sosial çağırışlarına bədii cavab olub. COP29-un 2024-cü ildə Bakıda keçirilməsi kontekstində yaradılan bu tamaşa aldığımız geyimlərdən tutmuş istehsal etdiyimiz tullantılara qədər gündəlik seçimlərimizin planetin…

Read More
Cəmiyyət 

Daş Salnamə Muzeyində “Suyun sirri” pantomim tamaşası təqdim olunub

Tədbirdə “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva iştirak ediblər Daş Salnamə Muzeyində “Bakıya Uçuş. İncəsənət həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı üçün xüsusi hazırlanan “Suyun sirri” pantomim tamaşası təqdim olunub. “İki sahil” xəbər verir ki, tədbirdə iştirak edən “Art Weekend” layihəsinin təşəbbüskarı, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva, Arzu Əliyeva və Alena Əliyeva səhnə əsərini izləyiblər. Tamaşanın mövzusu incəsənət festivalının əsas elementi kimi seçilən su üzərində qurulub. Xalq artisti, pantomim…

Read More
Cəmiyyət 

Leyla Əliyeva “EcoMind 2025” konfransında iştirak edib

Noyabrın 2-də Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Avropa Azərbaycan Məktəbində keçirilən “EcoMind 2025” konfransında iştirak edib. “İki sahil” xəbər verir ki,  IDEA İctimai Birliyi və Avropa Azərbaycan Məktəbinin birgə təşkilatçılığı ilə baş tutan konfransın məqsədi uşaq və gənclər arasında ekoloji məsuliyyətin təbliği, məktəblərdə təhsil prosesində ətraf mühitə dair biliklərin və yaşıl düşüncə tərzinin təşviqidir. Əvvəlcə Leyla Əliyeva məktəblilərin ətraf mühit problemlərinə, onun həlli yollarına, təbiətin qorunmasına dair ideyalarını əks etdirən əl işlərindən ibarət sərgiyə baxış keçirib. Sonra konfransın açılış mərasimində çıxış edən Leyla…

Read More